Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakı tələblərə əməl



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə19/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   15   16   17   18   19   20   21   22   ...   97
Mülki müdafiə-converted

İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakı tələblərə əməl 
olunmalıdır: 
- yaşayış məntəqələrinin və yerli əşyaların adları xəritədə yazıldığı kimi 
hallanmadan ancaq iri hərflərlə yazılmalıdır; 
- kiçik yaşayış məntəqələri və yerli əşyalar böyük yaşayış məntəqələrinin 
nisbində, yaxud koordinatlarla göstərilməlidir; 
- Mülki Müdafiə qərargahları və xidmət (qüvvə) növləri mövcud işarələrlə 
göstərilməlidir; 
- koordinat setkası olmayan sənədlərdə «şimal-cənub» işarəsi qoyulmalıdır; 
- yazılı sənədlərdə Mülki Müdafiə qüvvələrinin sayı hərflərlə, cədvəl və qrafik 
sənədlərdə isə rəqəmlərlə göstərilməlidir; 
Xidmət rəisləri, kiçik şöbə və qərargah işçiləri öz xəritələrində, onlara bilavasitə aid 
olan şərait və qərarları göstərirlər. 
Bütün sənədlər məxfi sənədlərin mövcud əsasnaməsinə uyğun olaraq, göndərilir 
və saxlanılır. 
Mülki Müdafiə qərargahlarının vəzifələri fasiləsiz olaraq genişlənir və onların 
rolu daim artır. Bu respublikamızın sürətlə inkişafından, dünya birliyinə 
inteqrasiyasından, günbəgün məhdudlaşan vaxt amilindən, iş həcminin artmasından 
və onun idarə olunmasının çətinləşməsindən irəli gəlir. Bu isə qərargah işçilərindən 
savadlı, intizamlı və mütəşəkkil olmalarını, əsas diqqəti hansı tədbirə 
yönəldəcəklərini bilmələrini və nəhayət işin məqsədi ardıcıllıqla aparılmasını tələb 
edir. 
§ 4.Mülki müdafiə tədbirlərinin planlaşdırılması 
 
Mülki Müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin dəqiq 
planlaşdırılması və vaxtında həyata keçirilməsi ilə təmin olunur. 
Mülki Müdafiə tədbirləri istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və 
iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ 
sənədlərdə və planlarda nəzərdə tutulur. 
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil 
edilir və bu ərazidə olan bütün insanları əhatə edir. 
Mülki Müdafiə tədbirlərinin həcmi və məzmunu, mövcud qüvvə və vasitələrin 
miqdarından və onlardan maksimum səmərəli istifadə edilməsi əsasında müəyyən 
edilir. 
Fövqəladə hadisələr zamanı Mülki Müdafiə üzrə tədbirləri qısa müddətdə və 
mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq 
tələb olunur.
Mülki müdafiə planında görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri 
müəyyən edilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə 
yetirmək üçün fəaliyyət planıdır və belə hallarda mülki müdafiənin idarə edilməsi 
üçün əsas sənəddir. 


Hazırda Mülki Müdafiə sistemində, o cümlədən istehsalat və sosial təyinatlı 
obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir. 
Mülki Müdafiə planı fövqəladə hadisələr zamanı işçilərin istehsalatı müdafiə 
etmək və bu halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili 
qaydasını müəyyən edir. 
Mülki Müdafiə planının düzgün və keyfiyyətli tərtib edilməsi, onun həyata 
keçirilməsi üçün mühüm şərtdir. 
Mülki Müdafiə planı müvafiq obyekt rəhbərlərinin başçılığı ilə Mülki Müdafiə 
qərargahı tərəfindən tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də 
cəlb etmək olar (obyekt rəhbərinin göstərişi ilə). 
Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası 
müvafiq rəhbərin qərarı ilə müəyyən edilir. 
Tərtib edilmiş plan Mülki Müdafiə qərargahının rəisi tərəfindən imzalanır, 
regional şöbələrin rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq edilir. 
Təsdiq edilmiş planlar aidiyyatı üzrə icraçılara çatdırılır və onların icrasına nəzarət 
təşkil edilir. 
Mülki Müdafiə planı hər il yanvar ayının 1-nə qərargah rəisi tərəfindən 
dəqiqləşdirilir və bu haqda plandakı düzəliş vərəqəsində qeydlər edilir. Ciddi 
məsələlərə aid düzəlişlər (dəyişikliklər) barədə obyektin rəhbərinə məlumat verilir. 
Mülki Müdafiə planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında 
həyata keçirilir.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin