Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mətbuat və



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə27/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   23   24   25   26   27   28   29   30   ...   97
Mülki müdafiə-converted

Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mətbuat və 
İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio 
Verilişləri Şirkəti həyata keçirirlər. 

Mülki Müdafiə təbliğatının məqsədləri aşağıdakılardır: 
1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün 
təsəvvürün yaradılması. Ölkənin hər bir vətəndaşı bilməlidir ki, canının və malının 
mühafizəsi ona konstitusiya ilə verilmiş əsas sosial hüquqlardan biridir və buna 
dövlət tərəfindən təminat verilir. Dövlətin bütün orqanları mühafizə tədbirlərində fəal 
iştirak etməklə yanaşı, bunun üçün qanun qarşısında məsuliyyət daşıyırlar.
2. Əhalinin 
Mülki Müdafiə sahəsində aldığı biliklərin möhkəmləndirilməsi. 
Mülki Müdafiə biliklərinin təbliği, hərbi vətənpərvərlik tərbiyəsinin ayrılmaz tərkib 
hissəsi olduğu üçün bunlar kompleks halda təbliğ edildikdə, əhali 
Mülki Müdafiə 
biliklərinə daha yaxşı yiyələnir, düşmənin müasir qırğın silahlarını və onlardan 
mühafizə üsullarını öyrənə bilir. Buna görə də təbliğat işi elə təşkil edilməlidir ki, 
Mülki Müdafiə biliklərinin öyrənilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin təbliği ilə 
üzvi surətdə vəhdət təşkil etsin. 
3. 
Mülki Müdafiə tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına 
əhalidə möhkəm inamın yaradılması. Əhali bilməlidir ki, 
Mülki Müdafiə 
mütəxəssisləri tərəfindən müəyyən olunmuş qaydalara dəqiq əməl etməklə, ən 
mürəkkəb şəraitdə belə itkiləri minimuma endirmək mümkündür. 
4. Əhali arasında siyasi sayıqlığın artırılması. İstənilən şəraitdə belə yüksək 
mütəşəkkilliyin göstərilməsi, təxribatlara və panikaya qarşı sayıq olmağın 
vacibliyinin hər bir insanın şüuruna çatdırılması. 
5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanması. 
Mənəvi-psixoloji tərbiyə dedikdə: qorxu hissinə qalib gəlmə bacarığı, təhlükə 
zonasında müəyyən olunmuş normalara riayət etmək, mütəşəkkillik göstərmək, 
təmkinli, cəsarətli, fədakar, iradəli və sədaqətli olmaq, insanlar arasında ünsiyyətin 
möhkəmləndirilməsi, mehribançılığın yaradılması, mənəvi ruhun yüksəldilməsi, 
qarşılıqlı köməkliyin təşkili və digər müsbət cəhətlərin tərbiyə olunması nəzərdə 
tutulur.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin