Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə23/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   19   20   21   22   23   24   25   26   ...   97
Mülki müdafiə-converted

 
Əlavələr: 
1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki 
müdafiə tədbirlərinin təqvim planı. 


2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli. 
3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən) 
nəzarət cihazları ilə təmin olunması cədvəli. 
4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat 
cədvəli. 
5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında). 
6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi. 
7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə). 
8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan 
köçürülməsinin hesabatı (aidiyyəti üzrə). 
9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki 
müdafiə qüvvə və vasitələrinin hesabatı. 
§5. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili, 
Mülki Müdafiə biliklərinin təbliği 
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində 
əhalinin hazırlığının təşkili. 
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki 
müdafiənin əsas vəzifələrindən biridir. 
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu 
zaman 6-16 yaşlı şəxslərə-fövqəladə hadisələrdən müdafiə üsulları, 17 yaşdan yuxarı 
şəxslərə isə, bundan əlavə belə halların nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət 
qaydaları da öyrədilir. 
Mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki 
nazirlik, komitə, idarə və müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, 
kadrların hazırlanması sistemində əsas vəzifələrlə yanaşı mülki müdafiə üzrə 
vəzifələr də nəzərə alınmaqla həyata keçirilir. 
Obyektlərdə mülki müdafiənin öyrədilməsi, tədris qruplarında məşğələ 
keçməklə və ya mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə həyata 
keçirilir. 
Məşğələlərin mövzuları, keçirilmə qaydası və vaxtı (iş vaxtı və ya işdən 
sonra) yerli şərait, istehsalın xüsusiyyətləri və öyrədilən şəxslərin hazırlıq dərəcəsi 
nəzərə almaqla müəyyən edilir. 
Kollektiv və ya fərdi əmək müqaviləsi bağlanarkən, mülki müdafiə hazırlığı 
üzrə işə qəbul edənin və əmək kollektivinin vəzifələri müəyyən olunur. 
Mülki müdafiə hazırlığı üzrə mövzular və tədris saatlarının miqdarı müvafiq 
nazirlik, dövlət komitələri, baş idarələr tərəfindən yerli xüsusiyyətlər nəzərə 
alınmaqla işlənib hazırlanır və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır. 
Mülki müdafiə təlimləri və məşqləri – fövqəladə hadisələr dövrlərindəki 
mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi üzrə bütün əhali qruplarını 
hazırlamağın əsas forması hesab edilir. 
Respublikanın əhalisinə mülki müdafiə biliklərinin öyrədilməsində təbliğatın 
bütün formalarından istifadə olunur. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin