Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Əsas idarəetmə məntəqəsində



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə31/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   27   28   29   30   31   32   33   34   ...   97
Mülki müdafiə-converted

Əsas idarəetmə məntəqəsində Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət 
rəisləri (baş mütəxəssislər), MM qərargahının əsas heyəti (qərargah rəisi, şöbə və 
bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya 
xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri və s. verilir. 
Ehtiyat idarəetmə məntəqəsində Mülki Müdafiə rəisinin müavini, qərargah 
rəisinin müavini, xidmət rəislərinin köməkçiləri və s. yerləşirlər. Məntəqənin normal 
işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat 
vasitələri də verilə bilər. 


Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsas idarəetmə məntəqəsindən 
rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə 
eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Yardımçı 
idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri 
tərəfindən təyin edilir. 
Ölkəyə düşmən basqını təhlükəsi yaranan dövrdə idarəetmə məntəqələrində 
vəzifəli şəxslərin fasiləsiz növbətçiliyi təşkil edilir. Oradakı rabitə-xəbərdarlıq 
vasitələri iş vəziyyətinə gətirilir, məntəqə kəşfiyyat nəzarət cihazları və digər 
avadanlıqlarla təchiz olunur, onun qorunması təşkil edilir, yaxınlığında radiasiya və 
kimya müşahidə məntəqələri qurulur, işçi və xidmətçi heyətlərin vəzifələri 
dəqiqləşdirilir. 
Mülki Müdafiə tədbirlərinin təşkili və yerinə yetirilməsi üzrə Mülki Müdafiə 
rəhbəri və qərargahının fəaliyyət qaydası, əsasən, yaranmış şəraitdən, qarşıya qoyulan 
konkret vəzifələrdən və icra üçün verilən müddətdən asılı olur.
Mülki Müdafiə rəhbərinin idarəetmə üzrə iş ardıcıllığı aşağıdakı 
mərhələlərdən ibarətdir: 
1. Alınmış tapşırığın aydınlaşdırılması. 
Mülki Müdafiə rəhbəri yuxarı rəisdən tapşırığı alarkən, özü üçün tam 
aydınlaşdırmalıdır: 
- qarşıda duran işlərin məqsədini və yuxarı rəisin niyyətini; 
- bu işlərin icrasında tabeliyindəki qüvvələrin yeri və rolunu; 
- icra ediləcək işlərin həcmini. 
Mülki Müdafiə rəisi tapşırığı aydınlaşdırıb, dəstələri fəaliyyətə hazırlamaq 
məqsədilə dərhal görülməli tədbirləri müəyyənləşdirməli, tabelikdəkilərə bu barədə 
ilkin sərəncam verməli və qərar qəbul etmək üçün lazımi məlumatları toplamağı 
qərargaha və xidmət rəislərinə (mütəxəssislərə) tapşırmalıdır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin