Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


 Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə32/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
Mülki müdafiə-converted

2. Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi. 
Mülki Müdafiə rəhbəri yaranmış vəziyyəti qiymətləndirərkən bu məsələləri 
araşdırıb dəqiq öyrənməlidir: 
- tapşırılmış işləri hansı şəraitdə (radiasiya və kimyəvi şərait, hava şəraiti, ilin fəsli, 
gecə və ya gündüz və s.) yerinə yetirmək lazım gələcəkdir və bu şərait işlərin 
gedişatına necə təsir göstərə bilər? 
- tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti və s.) 
necədir? 
- hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən 
ibarətdir? 
Beləliklə, Mülki Müdafiə rəhbəri alınan tapşırığı aydınlaşdırdıqdan və vəziyyəti 
qiymətləndirdikdən sonra müəyyən bir qərara gəlir. 
3. Qərarın qəbul edilməsi
Mülki Müdafiə rəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən 
aşağıdakıları müəyyənləşdirir: 
- tabeliyindəki qüvvələrin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin həcmi 
və ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı məsələyə xüsusi 
diqqət yetirilməlidir və s.); 
- hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri; 


- digər qüvvələrlə (qonşularla) qarşılıqlı fəaliyyət qaydası; 
- işlərin təchizatı və təminatı üzrə görüləsi tədbirlər; 
- iş prosesində idarəetmə necə təşkil ediləcək. 
Qərar qəbul etmək idarəetmə prosesinin ən çətin və məsuliyyətli mərhələsidir. 
Obyekt rəhbərinin vəzifə üzrə bilikləri, iş təcrübəsi, təşkilatçılıq bacarığı və liderlik 
qabiliyyəti təzahürünü məhz bu mərhələdə tapır. 
Rəhbər qərar qəbul edəndən sonra icraçıları əməli işə cəlb etmək üçün öz qərarını 
onlara sərəncam (əmr) formasında elan edir. 
4. Tabelikdəkilərə tapşırıqların verilməsi (çatdırılması). 
Vəziyyətdən asılı olaraq tabelikdəkilərə iş tapşırığı əmr və ya sərəncam 
formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da qərargah vasitəsilə çatdırılır. 
Mülki Müdafiə rəhbərinin verdiyi bütün şifahi əmr və göstərişlər Mülki Müdafiə 
qərargahında yazılı surətdə rəsmiləşdirilib qeydə alınır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin