Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə33/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   29   30   31   32   33   34   35   36   ...   97
Mülki müdafiə-converted

Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır:
1-ci bənddə – baş vermiş fövqəladə hadisənin növü, yeri, miqyası və nəticələri; 
2-ci bənddə – fəlakətin nəticələrini aradan qaldırmaq və əhaliyə yardım göstərmək 
üçün cəlb olunan qüvvələrin tərkibi, sayı və xilasetmə işlərinin başlanma vaxtı; 
3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, Mülki Müdafiə qərargahına, hər 
bir Mülki Müdafiə xidmətinə, qüvvəsinə tapşırıq verilir və icra müddətləri göstərilir; 
4-cü bənddə – işlər aparılan dövrdə Mülki Müdafiə rəhbərliyinin yerləşəcəyi İM-
in yeri və icra barədə məlumat təqdim etmək qaydası; 
5-ci bənddə – icra dövründə Mülki Müdafiə rəhbərinin müavinləri kimlərin təyin 
edildiyi göstərilir və əmr imzalanır. 
Əmr icraçılara çatdırılandan sonra Mülki Müdafiə rəhbəri və qərargahının ən 
vacib vəzifələri – tabelikdəkilərin işlərini hərtərəfli təmin etmək, müxtəlif dəstələrin 
qarşılıqlı fəaliyyətini təşkil etmək, eləcə də tapşırıqların vaxtında yerinə yetirilməsinə 
nəzarət etməkdir. 
Qarşılıqlı fəaliyyət dedikdə, müxtəlif təyinatlı dəstələrin eyni yerdə və eyni 
vaxtda birgə işləyərək eyni məqsədə nail olmaq üçün bir-birinə yardım göstərməsi 
nəzərdə tutulur. Bu hər bir qüvvənin fəaliyyətini daha da səmərəli etmək üçündür. 
Qarşılıqlı fəaliyyət adətən, ən əsas vəzifəni (məsələn, insanların xilas edilməsi 
işlərini) yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir. Qarşılıqlı fəaliyyəti 
Mülki Müdafiə rəhbəri təşkil etməli və bunun üçün qüvvələrin fəaliyyət qaydalarını, 
onların arasında rabitə, məlumat mübadiləsi üsullarını, ümumi siqnalları və s. bütün 
qüvvə komandirlərinə izah etməlidir. 
İcraya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət 
yetirmək lazımdır ki, tapşırığın yerinə yetirilməsi daha çox həmin məqamdan asılı 
olsun. Nəzarət, həmçinin qabaqlama xarakteri daşımalıdır ki, sərəncam və 
göstərişlərin yanlış icrasının qarşısı vaxtında alınsın və icraçılara kömək göstərilsin. 
Mülki Müdafiə rəhbəri icraya şəxsən və Mülki Müdafiə qərargahının vasitəsilə 
nəzarət edir. Bütün hallarda Mülki Müdafiə qərargahının vəzifəsi – tabelikdəki 
şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına, düzgün başa 
düşdüklərinə, tədbirlərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə, icraçıların 
qərar və fəaliyyətinin verilən tapşırıqlara uyğun gəlməsinə nəzarət etməkdir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin