Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə39/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   35   36   37   38   39   40   41   42   ...   97
Mülki müdafiə-converted

dağıntı zonası adlandırılır. Buradakı bina və qurğular əsasən dağılır, sığınacaqlar və 
yeraltı kommunal-enerqetika şəbəkələrinin əksəriyyəti salamat qalır.
– İzafi təzyiqin təsirinə 30 kPa-dan – 20 kPa-dək məruz qalmış sahələr orta 
dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hüdudları daxilindəki binalar orta 
dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtələf 
yerlərində uçqunlar yarana bilər.
– İzafi təzyiqin təsirinə 20 kPa- dan –10 kPa-dək məruz qalmış sahələr zəif 
dağıntı zonası adlandırılır. Bu zaman binanın ikinci dərəcəli elementləri yəni qapı və 
pəncərələri, artırmaları və daxili arakəsmələri dağılır, küçələrdə tək - tək uçqunlar
yaranır.
Zərbə dalğasının zədələyici təsiri partlayışın gücündən, partlayışın növündən
partlayış mərkəzindən olan məsafədən və yerin relyefindən asılı olur. 20 kilotonluq 
nüvə partlayışı zamanı zərbə dalğası 1km məsafəyə 2 saniyə, 2km məsafəyə 5 saniyə, 
3km məsafəyə 8 saniyə ərzində çatır. 
Zərbə dalğasından ən etibarlı qorunma üsulu mühafizə qurğularında 
yerləşməkdir, həmçinin xəndəklərdən, yeraltı zirzəmilərdən və yerin relyefindən də 
müəyyən qədər istifadə etmək mümkündür.
2. İşıq şüalanması
Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi 
adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş
partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma 
müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən 
bir neçə on saniyəyə qədər davam edir. 
İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və 
bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna 
görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, 
yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir.
İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od 
kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq
selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq 
şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm -nə, şüalanma 
ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. 
İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar 
törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq 
impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər:
– birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu 
zaman dərinin qızarması baş verir;
– ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu 
zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
– üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu 
zaman dərinin ölməsi baş verir; 
– dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ 
gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir. 


İnsanların aldığı yanıqların dərəcələri işıq şüalanmasının miqdarından, paltarın 
növündən, kipliyindən və rəngindən də asılı olur. Açıq rəngli və gen paltar geyinmiş 
insanlar, qara və dar paltar geyinmiş insanlara nisbətən az yanıqlar alırlar. 
Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, 
gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada 
işıq impulsunun təsiri qat – qat azalır.
Sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqlar işıq şüalanmasının 
təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əşyalar da insanları 
işıq şüalanmasından qoruya bilir.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin