Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Nüvə sursatının trotil



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə38/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   34   35   36   37   38   39   40   41   ...   97
Mülki müdafiə-converted


partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Nüvə sursatının trotil 
ekvivalenti tonla, kilotonla və meqatonla ölçülür. 
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə 
daşıyıcılarına yerləşdirirlər: 
– ballastik raketlərin başlıq hissələrində; 
– zenit və qanadlı raketlərin döyüş hissəsində; 
– aviasiya mərmilərində;
– artileriya mərmi və minalarında; 
– torpedoların döyüş hissələrində;
– mühəndis minalarında. 


Nüvə 
partlayışlarının 
dağıdıcı 
faktorları 
insanların 
məhv 
edilməsində kompleks xarakter daşıyır, böyük əraziləri əhatə edir və öz 
təsirini uzun müddət saxlayır. 
Nüvə silahının zədələyici amilləri 
Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –
işıq şualanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% –
nüfuzedici radiasiyanın və 1% – elektromaqnit impulsunun 
yaranmasına sərf olunur. 
Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada şar 
(göbələk) şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində 
partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə 
milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava 
sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış 
məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa 
başlayır və nəticədə havada zərbə dalğası yaranır.
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk 
sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas 
parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir 
müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki 
normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. düşən kq. qüvvə ilə 
ifadə olunur və KP (kilopaskalla) ölçülür.
Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif 
dərəcəli zədələr alırlar. 
İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı 4 növə növlə bölünür: 
– yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman 
yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti 
itirilməsi baş verir; 
– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə hallarda 
bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan 
qanaxma baş verir; 
– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol 
və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli 
qanaxma baş verir.
– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman 
bütün sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi 
baş verir.
Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı 
adlandırılır. Dağıntıların xarakterinə görə bu sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü 
dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası. 
– Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu sahənin 
hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada 
istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə 
sığınacağların bir qismi uçulur. Küçələrdə başdan - başa uçqunlar əmələ qəlir və 
sığınacaqların giriş yolları uçqunlarla tutulur. 


– İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr güclü 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin