Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


 DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə46/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   42   43   44   45   46   47   48   49   ...   97
Mülki müdafiə-converted

3. DƏRİDƏ YARA ƏMƏLƏ GƏTİRƏN ZM 
İprit – kimyəvi adi – dixlordietilsulfid, aşağıdakı sxem üzrə alınır: 
CH
2
CH
2
O
2HCl
CH
2
OH
CH
2
Cl
2
2
Na
2
S
-2NaCl
CH
2
CH
2
OH 
CH
2
CH
2
OH 
S
2HCl
-2H
2
O
CH
2
CH
2
Cl 
CH
2
CH
2
Cl 
S
İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, 
texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi 
rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. 
Xüsusi çəkisi 1,3 q/sm
3
, qaynama temperaturu 217
0
C, donma
temperaturu isə mənfi 14

C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə 
isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz 
olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. 
Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-
damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) 
dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik 
köplər əmələ gəlir və bu köplər getdikcə böyüyür və 3-5 gündən sonra 
partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli 
müalicədən sonra sağaltmaq mümkün olur. 
Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi, 
göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması 
halları baş verir. 
İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra 
zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması 
müşahidə olunur. 
İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra 
mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-
bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir. 


İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin 
dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin