Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə45/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   41   42   43   44   45   46   47   48   ...   97
Mülki müdafiə-converted

İlk yardım: Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib 
zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa
zərərçəkənə şpris - tyubik vasitəsi ilə antidot yeritmək, yaxud atropin 
tableti vermək lazımdır. Bundan sonra zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb 
məntəqəsinə çatdırmaq lazımdır. Zoman damcıları geyimlərin və bədənin 
açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu 
və ya fərdi kimya paketdə olan maye ilə təmizləmək lazımdır. 
Deqazasiya – xlor əhəngi, qələvi, ammonyakın suda məhlulu. 
2. ÜMUMZƏHƏRLƏYİCİ MADDƏLƏR 
Sianid turşusu (HCN)– hidrogen sianidin suda məhlulu olub, rəngsiz, 
uçucu, acı badam iyi verən maye halındadır. Qaynama temperaturu 25,6
0
C, donma temperaturu mənfi 13,3
0
C, sıxlığı 0,692 q/sm
3
-dir. Su, efir və 
spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. 
Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi 
turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. 
Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 
6,2*10-10-dur. 
Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs 
aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. 
Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil 
olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir. 
Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır. 
Sianxlorid (CN)Cl– yüngül uçucu, rəngsiz 13.5 

C- də qaynayan, 
mənfi 6 
0
C-də donan maye halda olan maddədir. Kəskin iyə malik olub
selikli qişaları qıcıqlandırır və gözyaşarma əmələ gətirir. Yüksək qatılıqda 
ümumi zəhərlənmə baş verir. Sianxloridlə zəhərlənmələr – orqanizmdə 
gedən maddələr mübadiləsini təmin edən xüsusi fermentlərin aktivliyinin 
dayandırılmasına gətirib çıxarır.
Sianxloridlə nəfəs aldıqda ağızda acı metal tamı, boğazın 
qıcıqlanması, zəiflik, qorxu və baş gicəllənməsi hiss olunur. 


Zəhərlənmənin zəif hallarında bu hisslər tez keçib gedir, ağır hallarında isə 
bu hisslər get - gedə artır, göz bəbəklərinin genişlənməsi, fikrin çaşqınlığı, 
qıcolma və iflic baş verir. 
İlk yardım: zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək 
lazımdır. Ona antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-
maskanın içərisinə yeridirlər və zəhərlənmə zonasından çıxarırlar. Təmiz 
havada əleyhqazı çıxarıb, geyimin yaxasını açıb zərərçəkənə süni tənəffüs 
vermək lazımdır. 
Antidot olmadıqda venadaxili 40 – 60 sm³ 1 % - li metilen abısı 
məhlulu 25-30 saniyə ərzində yeridilir. Həmin iynə ilə (venada olan) 50 
sm³ 30% - li tiosulfat məhlulu yeridilir. Bu əməliyyat 30 -40 saniyə 
ərzində aparılır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin