Fosgen (COCl
2
karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi)
ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı
ilə xlorun
günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi
«işıqda doğulmuş» mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları
havadan 3,5 dəfə ağırdır. 8,2
0
C-də uçucu mayeyə çevrilir. Az miqdarda
qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə
hidroliz
olaraq HCl və CO
2
əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir,
onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur.
Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir. Fosgenlə nəfəs aldıqda
ağızda şirin dad,
sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss
olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2-12 saat ərzində adam
özünü yaxşı hiss edir. Bu period gizli period adlanır.
Bundan sonra
adamda kəskin dəyişiklik baş verir. Əgər vaxtında həkim yardımı
göstərilməsə, ölümlə nəticələnə bilər. Deqazasiya – havadəyişmə və yaxud
ammonyak iyləməklə mümkündür.
Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma
məhsulu ClCOOCCl
3
boğucu
xassəyə malik rəngsiz, yağlı maye şəklində
olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama
temperaturu 127
0
C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir:
ClCOOCCl
3
2COCl
2
Toksiki xassələri: difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil
olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma
və döş sümüyü
arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib
gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir.
Gizli
dövr orta hesabla 4-8 saata bərabərdir. Əslində bu dövr bir necə səbəbdən
asılı olaraq – (zəiflik, yorğunluq, zəhərin miqdarı, təsir müddəti və s.) 24
saata qədər davam edə bilər. Gizli dövrün qısa olması zəhərlənmənin ağır
olmasını göstərir.
ZM-nin təsirindən ilk dövrdə tənəffüs sürətlənir, tənəffüs orqanları
şişərək sərtləşir və nəticədə orqanizmə daxil olan oksigenin miqdarı azalır.
İltihab nəticəsində ağ ciyərlərə 2-2,5 litrə qədər maye toplana bilər.
İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda
zəhərli zonadan maşınla və ya xərəklə çıxarmaq lazımdır. Zərərçəkəni
piyada yeriyərək zəhərli zonadan çıxarmağa icazə verilmir.
Onu təmiz
havaya çıxardıqdan sonra təcili tibb məntəqəsinə göndərmək lazımdır. Heç
bir halda difosgenlə zəhərlənmiş adama süni tənəffüs vermək olmaz.
Dostları ilə paylaş: