Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.  Toksiki xassələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə50/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   46   47   48   49   50   51   52   53   ...   97
Mülki müdafiə-converted

Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir. 
Toksiki xassələri: Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi 
və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün 
xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları 
xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. 
Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin 
sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-
60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf 
qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, 
psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və 


zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı 
əlamətləri 5 sutkayadək saxlanılır. 
İlk yardım: Zəhərlənənlərə tibbi yardım ancaq tibb müəssisələrində 
göstərilə bilər, çünki müalicə üçün zəhərlənmənin dəqiq diaqnozu 
qoyulmalıdır ki, zəruri olan dərman preparatlarından istifadə edilsin. 
DLT- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristal 
maddədir. Suda yaxşı həll olur.
Toksiki xassələri: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları 
ilə nəfəs aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına 
təsir göstərir. 
DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu. 
Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. 
İnsan orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq
həyəcan, baş gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, 
əllərin soyuması və titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin 
qızarması, yaxud solğunlaşması, istilik yaxud soyuqluq hissləri, tərləmə, 
güclü selik axması və ürəkbulanma əlamətləri müşahidə olunur. Göz 
bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə zəifləyir. Başlanğıc faza 
dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma yollarından asılı 
olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər. 
Psixoz faza zəhərlənmiş insanın emosional əhvalının dəyişməsinə və 
özünü aparmasına təsir edir. Bəzi insanlarda əhvalın pis olması, vahimə 
hissi, iradənin zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, 
səbəbsiz gülüş, yersiz danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu 
hisslər 5-8 saat davam edir. 
Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 
16-18 saat, hərdən 1,5-2 sutkayadək davam edir. 
Psixoloji təsir edən minimal doza 0,0005 mq/kq. 
İlk yardım: Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə 
əmələ gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. 
Əgər psixokimyəvi zəhərləyici maddələr mədəyə düşərsə, onu yaxşı 
yuduqdan sonra 10-15 qram aktivləşdirilmiş kömür verilir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin