Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə37/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   33   34   35   36   37   38   39   40   ...   97
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. 
 
§7. NÜVƏ SİLAHI VƏ ONUN ZƏDƏLƏYİCİ AMİLLƏRİ 
Nüvə silahı haqqında anlayış 
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını 
saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata 
mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar 
digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları 
siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə 
alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki məsələlərin həlli 
üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, böyük ərazilərdə, 
ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti 
Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası 
atmaqla istifadə etmişdir. Nəticədə 313000 nəfərdən artıq dinc sakin 
həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır.
Nüvə silahları o silahlara deyilir ki, onların dağıdıcı təsir qüvvəsi 
nüvə daxili enerjinin ayrılması hesabına baş versin. Nüvə çevrilmələri 
zamanı əmələ gələn enerjiyə nüvə enerjisi deyilir. Məlum nüvə 
silahlarının istifadəsində partlayışlar iki üsulla həyata keçirilir : 
atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element 
atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə 
reaksiyası adlanır; 
hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları 
birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir. 
Nüvə silahlarında zəncirvari reaksiyaları uran və plutonium 
elementləri təşkil edir. Onlar çox radioaktiv maddələr olduqları üçün 
sərbəst halda da bölünərək özlərindən hissəciklər buraxırlar.
Nüvə sursatının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil 
ekvivalenti – nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər olan adi 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin