Rəhbər heyətin hazırlığı bilavasitə
təsərrüfat obyektlərində, ərazi və sahə Mülki
Müdafiə orqanları tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların
ixtisasartırma üzrə təhsil müəssisələrində və mülki müdafiə kurslarında
yerinə
yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir.
Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən
məşğələlərdə, məşqlərdə və toplanışlarda hazırlanır, yeni
vəzifəyə təyin olunandan
sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər.
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris
proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin
edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə»
kursu daxil edilir.
Məşğələlər bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda,
həm digər
fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil
hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi –
proqram
həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır.
İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi.
İdarə, müəssisə, təşkilat
və digər obyektlərdə işləyən, lakin Mülki Müdafiə
qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə Mülki Müdafiə bilikləri
iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın
aşağıdakı növləri müəyyən edilmişdir.
– Mülki Müdafiə məsələlərini müstəqil
surətdə öyrənmək və hər ay sex, şöbə
və digər bölmə rəhbərlərinin keçirdiyi Mülki Müdafiə məşqlərində iştirak
etməklə;
–
tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud
bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçməklə.
Obyektin ştatlı Mülki
Müdafiə işçiləri, məşğələ rəhbərləri və ya təlimatçılarla tədris
ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri
olmayan obyektlərdə belə toplanışlar regional şöbələrdə, şəhər,
rayon icra
orqanlarının nəzdindəki Mülki Müdafiə kurslarında təşkil edilir.
Dostları ilə paylaş: