Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İ şləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə25/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
Mülki müdafiə-converted

 İ
şləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi 
İ
stehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə 
mülki müdafiə bilikləri mənzil – təsərrüfat idarələrində yaradılan məsləhət 
məntəqələrinin yardımı ilə müstəqil surətdə və ya Mülki Müdafiə hazırlığı üzrə 
keçirilən təlimlərə (məşqlərə) cəlb edilməklə öyrədilir. 
 
Dövlət və qeyri-dövlət ali və orta ixtisas məktəbi tələbələrinə, texniki peşə 
və ümumtəhsil məktəbləri şagirdlərinə Mülki Müdafiənin öyrədilməsi. 
Ali təhsil müəssisələrində Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları 
Təhsil nazirinin əmri ilə yaradılır və ümumi qaydalara müvafiq komplektləşdirilir. 
Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları müəllimlərinin bilikləri sahə 
təkmilləşdirmə tədris müəssisələrində, Mülki Müdafiə kurslarında və müvafiq 
sazişlərə əsasən digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində 
təkmilləşdirilir. 
Mülki Müdafiə və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələblərinə 
öyrədilməsi məcburi olan fənlər sayılır və tədris proqramlarına daxil edilir. 


Tələbələrə Mülki Müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 
– fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq 
olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək; 
– tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi 
yardım göstərməyi bacarmaq; 
– ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində Mülki Müdafiə və tibbi hazırlıq 
fənləri üzrə məşğələlər aparmağı bacarmaq. 
Mülki Müdafiə və tibbi biliklərin əsasları üzrə məşğələlər xüsusi fənn 
olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir və imtahan verməklə 
yekunlaşır.
Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə təcrübə keçən dövrdə 
Mülki Müdafiə və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır. 
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər 
məktəblərin 10-11 sinif şagirdlərinə, Mülki Müdafiə fənni «Gənclərin ibtidai hərbi 
hazırlıq proqramına» bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda 
hərbi rəhbər tərəfindən tədris olunur. 
Mülki Müdafiə fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə 
– 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və 
sinif rəhbərləri tərəfindən tədris olunur. 
Mülki Müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli 
Mülki Müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin