Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə65/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   61   62   63   64   65   66   67   68   ...   97
Mülki müdafiə-converted

Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın vəzifələri : 
– işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə 
partlayışının gücü və koordinatları; 
− radiasiyanın səviyyəsi, zəhərləyici maddələrin konsentrasiyası və zəhərli hava 
buludunun yayılma istiqaməti ; 
− zədələnmə ocağının hüdudları; 
− xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda zədələnmə 
şəraitinin necə dəyişdiyi; 
− mühafizə qurğularının və oradakı insanların vəziyyəti, onlara yardım 
göstərmənin yolları; 
− kommunal energetika şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti; 
− MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi marşrutlar; 
− yanğın ocaqları və yanğının yayılma istiqaməti
– hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın 
zonalarının yaranıb-yaranmadığı barədə məlumatlar əldə etməkdir. 
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə 
topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaq 
üzün kəşfiyyat qüvvələrini əvvəlcədən komplektləşdirib işə hazırlamaq, onların 
fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif 


növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır. 
 
Fövqəladə hallar zamanı kəşfiyyatçılar müəyyən etməlidir: 
− MM qüvvələrinin qəza zonasına çatdırılmasının ən təhlükəsiz və qısa yolunu; 
− binalarda, qurğularda, kommunal-enerji təsərrüfatında dağıntıların və həyat 
üçün təhlükənin dərəcəsini; 
− dağıntıların təmizlənməsi, zərərçəkənlərin çıxarılması və onların köçürülməsi 
üçün əlverişli yolların mövcudluğunu; 
− hava şəraitini və işlərin aparılmasına onun təsirini
− mexanizasiya vasitələrindən istifadənin və partlayış işlərinin aparılmasının 
mümkünlüyünü; 
– hərəkət istiqamətində dağıntının xarakterini, dağılmış ərazilərin təqribi 
sahəsini və bu ərazilərdən keçidlərin və yolların salınması üçün ən səmərəli 
üsulları (iş həcmi ən az olan yollardan marşrut seçilir); 
– kommunal-təsərrüfat xətlərinin dağılması nəticəsində su basmış sahələrdə 
qəzanın aradan qaldırılması üçün görüləcək işlərin xarakteri və həcmini; 
– zədələnmiş bina və qurğulara baxış zamanı ilk növbədə daşıyıcı divarların və 
asılan konstruksiyaların (balkonların, karnizlərin) vəziyyətini; 
– sənaye müəssisələrindəki təzyiq altında olan və kimyəvi təhlükəli maddələr 
saxlanılan tutumların vəziyyətini; 
– binanın daxilinə baxış keçirərkən, orada qalan insanların yerlərini və s. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin