Mövzu 03: Qanaxma və qanaxmalar zamanı ilk tibbi yardım. Qan və qanəvəzedicilərin köçürülməsi. Travmatik şok və zədələnmələr zamanı ilk tibbi yardım.
51.Qulaqdan qanaxma zamanı nə edilməməlidir?
steril mələfə və ya təmiz əski ilə qulağı örtüb,yüngülcə saxlayın (infeksiyalaşmaya imkan verməyin)
mayenin axmasının qarşısını alın
zərərçəkənə yarımoturaq vəziyyət verin
ehtiyatla yumşaq salfetlə ancaq mayeni silin
zərərçəkəni xəstəxanaya çatdırın
52.Xarici qanaxmanı birbaşa sıxmaqla dayandırılmasında damarın birbaşa sıxılması neçə dəqiqə davam edə bilər?
damarın birbaşa sıxılması 2 dəqiqədən artıq olmamalıdır
damarın birbaşa sıxılması 15 dəqiqədən az olmamalıdır
2 saat
damarın birbaşa sıxılması 15 dəqiqədən artıq olmamalıdır
1 saat
53.Burun qanaxması zamanı aparılan tədbirlər
Qanın xaricə axmasına imkan yaradın.
Zərərçəkəni oturdub boynunu önə əyərək, başını azacıq qabağa və aşağı sallayın.
Boğaza axan qanı zərərçəkən udmalıdır
Əgər burun sümüyünün sınığı yoxdursa, burun pərlərini (burunun bütün aşağı nahiyəsini) iki tərəfdən 10 dəqiqə ərzində sıxıb saxlayın və burunun yuxarı hissəsinə soyuq kompres qoyun.
Qanaxma dayandıqdan sonra, azı 5 dəqiqə ərzində zərərçəkən ağızla nəfəs almalıdır
1,2,4
2,3,5
4,5
1,3
2,3,4
54.Qanaxmalar səbəbinə görə bölünür:
travmatik, patoloji, fizioloji
arterial, venoz, kapillyar
daxili, xarici, qarışıq
profuz, orta həcmli və zəif
birincili, ikincili
55.Qanaxmalar zədələnmiş damarın növünə görə bölünür :
arterial, venoz, kapillyar
daxili, xarici, qarışıq
travmatik, patoloji, fizioloji
birincili, ikincili
nəzərə çarpan, gizli
56.Qanaxmalar xarici mühitə münasibətinə görə bölünür :
daxili, xarici, qarışıq
travmatik, patoloji, fizioloji
arterial, venoz, kapillyar
birincili, ikincili
birsaylı, təkrar, çoxsaylı
57.Arterial qanaxmanın əlamətlərinə aid deyil:
tünd rəngli qan
qanın sürətlə axması
qanın fəvvarə kimi axması
al qırmızı rəngli qan
arterial damarın zədələnməsi
58.Kliniki əlamətlərinin təzahürünə görə qanaxmalar bölünür:
travmatik, patoloji, fizioloji
profuz, orta həcmli və zəif
aydın nəzərə çarpan və gizli
dayanmış və davamedən qanaxma
kəskin, xroniki
59.Qanitirmənin əsas əlamətlərini göstərin:
tezləşmiş nəbz, qan təzyiqinin azalması, sölğunluq, hemoqlobinin azalması
anizokriya, normal qan təzyiqi, tezləşmiş nəbz, hemoqlobinin azalması
tezləşmiş nəbz, qan təzyiqinin azalması, sölğunluq, hemoqlobinin artması
dəri örtüyünün sölğunluğu, bayılma, hipertermiya
tezləşmiş nəbz, qan təzyiqinin azalması, dəri örtüyü normal rəngdə, hemoqlobinin miqdarı normal
60.Qanaxmanın hansı növündə xəstənin ağzından köpüklü qan xaric olur:
ağ ciyər
mədə
burun
uşaqlıq
bağırsaq
?61.Profüz qanaxmada xəstənin ölümünün səbəbi:
qara ciyərin fuksiyasının
böyrək çatmamazlığı
tənəffüs aktının pozulması
pozulması baş beynin kəskin hipoksiyası
qıcolma
62.Dövr edən qanın həcminin neçə faiz azalması hemorragik şokun inkişafına səbəb olur?
20 -25%
30 -40%
5-10 %
15-20%
45-50%
63.Qansaxlayıcı kəmər tətbiq edilir :
dizaltı arteriyanın qanaxmasında
burun qanaxmasında
bazu venasının qanaxmasında
qida borusunun qanaxmasında
kapilyar qanaxmada
64.Qanaxmanın qəti dayandırılmasının mexaniki üsulu:
damarın tikilməsi
qansaxlayıcı kəmərin tətbiq edilməsi
damarın barmaqla sıxılması
sıxıcı sarğının qoyulması
hemostatik süngərin tətbiqi
65.Ağ ciyər qanaxmasında qadağandır:
döş qəfəsinə dik vəziyyət vermək
döş qəfəsinə buz qoymaq
qanı tüpürmək üçün qab vermək
xəstəyə horizontal vəziyyət vermək
K vitamini tətbiq etmək
66.Qansaxlayıcı kəmərin mənfi cəhəti :
yumşaq toxumanın və sinirlərin sıxılması
ətrafın soyuması
qanaxmanın dayanması
istifadə edilməsinin çətinliyi
dərinin solğunluğu
67.Qan qrupu nədir?
eritrositlərin antiqeni
qazanılmış аntiçismlər
leykositlərin antigeni
zərdab zülalı
trombositlərin antigeni
68.Saidin yuxarı üçdə birindəki yaradan arterial qanaxmanı saxlamaq üçün yuxarı ətraf bükülməlidir:
dirsək oynağında
mil - bilək oynağında
bazu oynağında
bazu və dirsək oynağında
bazu və mil - bilək oynağında
69.Qansızma - budur :
toxumanın müəyyən yerində qanın toplanması
plevra boşluğuna qanın yığılması
qanın diffuziya yolu ilə toxumaya sızması
qarın boşluğuna qanın yığılması
burun qanaxması
70.Hansı qanaxmada qan qusuntu kütləsi ilə xaric olur:
mədə
böyrək
venoz
ağ ciyər
diş
71.Hadisə yerində qanaxma zamanı göstərilən ilk tibbi yardımın məqsədi nədir?
qanın müvəqqəti saxlanılması
ağrısızlaşdırma
zərərçəkmişin təxliyyəsi
zərərçəkmişə psixoloji yardımın göstərilməsi
qanın qəti dayandırılması
72.Bağırsaq qanaxması zamanı məsləhət görülür:
zərərçəkmişə rahatlıq vermək
sifon imaləsi
işlədici dərman vermək
təmizləyici imalə
zərərçəkmişi qidalandırmaq
73.Travmatik şokun səbəbi nədir?
ağır travma
xəstəyə peyvəndin, antibiotikin yeridilməsi
psixi gərginlik
miokardın infarktı
yüksək qızdırma
74.Şokun əlamətlərinə aid olmayanı seçin
bradikardiya
tərləmə artır
dəri avazıyır
taxikardiya
tənəffüs tezləşir
75.Şokun torpid fazasında hansı kliniki əlamər olmur?
tənəffüs tezləşir
nəbzin sayı artır
qan təzyiqi enir
qanda şəkərin miqdarı artır
dəri sianoz olur
Mövzu 04: Başın, onurğa sütununun, döş qəfəsi, sümüklərin və qarın böşlüğü orqanlarının zədələnmələri zamanı ilk tibbi yardım. Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım.
76.Sıxılma sindromunda ətraflarda olan dəyişikliklərin mərhələlərini seçin
Sıxılma, sınıq
Sınıq, koma
Kompressiya,dekompressiya
Sıxılma, qanaxma
Şok, qanaxma
77.Uzunmüddətli sıxılma sindromu neçə adlanır?
Kraş sindromu
Koma
Kriz
Hipertermiya
Şok
78.Onurğa zədələnmələrində xəstə necə təxliyyə olunmalıdır?
Arxası üstə sərt xərək və ya lövhə üzərində
Arxası üstə yumşaq xərək üzərində
“Qurbağa” vəziyyətində
Oturaq şəkildə
Xəstənin hansı vəziyyətdə təxliyyə olunmasının heç bir fərqi yoxdur
79.Zərərçəkənin təcili yerdəyişməsi hansı hallarda aparılmalıdır:
1.Həyatı üçün real təhlükə olarsa (yanğın, partlayış, dağıntı və s.);
2.Hadisə yerində ilk yardımın göstərilməsi mümkün olmadıqda (nəqliyyat vasitəsində sıxılma, əl çatmaz yer, yardım göstərilməsi üçün münasib yerin və şəraitin olmamağı və s.).
3.Hər bir halda zərərçəkənin təcili yerdəyişməsi aparılmalıdır
4.Ancaq həkim müayinəsi aparıldıqdan sonra
5.Xəstədə sınıq müəyyən olumuşsa
1,2
4,5
3
1,5
C) 4
80.Zərərçəkənin yerdəyişməsi zamanı hansı tövsiyəyə mütləq əməl olunmalıdır?
Zərərçəkənin başından tutub dartmaq olmaz
Qoltuq altına arxadan girməklə zərərçəkənin sağ əllə sol, sol əllə sağ biləyindən tutub dartmaq olmaz
Zərərçəkəni ədyal və ya jaket üzərində dartmaq olmaz
Arxa tərəfdən qoltuq altına girməklə dartmaq olmaz
Zərərçəkəninpaltarindan dartmaqla daşınması yolverilməzdir.
81.Kəllə-beyin travması zamanı təxirəsalınmaz yardıma aiddir:
başa buz qovuqcuğunun qoyulması
kardiamin
narkotik preparat
qusma əleyhinə dərmanlar
ağrıkəsici
82.Zərərçəkmişin hadisə yerindən xəstəxanaya təxliyyəsi zamanı müvəqqəti hərəkətsizləşdirmə necə adlanır ?
nəqliyyat immobilizasiyası
polimer sarğı ilə hərəkətsizləşdirmə
sıxıcı sarğının qoyulması
müalicəvi immobilizasiya
qips sarğısının qoyulması
83.Çanağın sınığı zamanı zərərçəkmiş bu vəziyyətdə təxliyyə olunmalıdır:
ayaqları bükülmüş
oturaq
yanı üstə uzanmış
üfiqi vəziyyətdə
üzü üstə uzanmış
84.Qabırğanın sınığında əsas əlamət:
yerli krepitasiya
ağrı
qansızma
şişkinlik
hematoma
85.Açıq pnevmotoraksda zərərçəkmişə tibbi yardım zamanı tələb olunur:
oklyuziyon sarğı
Kremer şinası
novokain blokadası
spazmolitiklərin yeridilməsi
isti kompres
86.Açıq pnemotoraksın səbəbi :
yaralanmada havanın plevra boşluğuna keçməsi
tənəffüs zamanı havanın yaradan plevra boşluğuna keçməsi və əksinə
qanın plevra boşluğuna toplanması
havanın dəri altına yığılması
heç biri
87.Ağır travmalarda ölümün səbəbi:
travmatik şok və qanitirmə
qanitirmə
durğunluq pnevmoniyası
irinli yara və osteomielit
böyrək çatmamazlığı
88.Sınıq nahiyyəsində dəri örtüyünün tamlığı pozularsa belə sınıq necə adlanır?
açıq
qapalı
diafizar
yerini dəyişən
sadə
89.Bud sümüyünün sınığı zamanı hərəkətsizləşdirilməlidir:
bud - çanaq oynağı, diz oynağı, aşıq - daban oynağı
bud - çanaq oynağı
bud - çanaq oynağı , diz oynağı
bud - çanaq oynağı, aşıq - daban oynağı
diz oynağı
90.Çıxığın əsas əlaməti :
oynaqda hərəkətin məhdudluğu
ağrı
oynağın patoloji hərəkətliliyi
oynaqda rotasiya
dərinin hiperemiyası
91.Peritonitin ən çox rast gəlinən səbəbi:
mədə xorasının deşilməsi- perforasiyası
bağırsaq keçməməzliyi
öddaşı xəstəliyi
kəskin appendisit
travma
92.Peritonitin əsas müalicəsi:
cərrahi müdaxilə
dezintoksikasiya
antibiotikoterapiya
tənəffüs pozöunluğunun səbəbini aradan qaldırmaq
pəhriz
93.“Kəskin qarında” ilk tibbi yardım:
qarına soyuq qoymaq və təcili xəstəxanaya göndərmək
təmizləyici imalə
ağrikəsicinin verilməsi
mədənin yuyulması
qarına isitqac qoymaq
94.Qarnın qapalı zədələnməsi zamanı bu tədbirlərin aparılması qəti qadağandır:
qarına isti kompres, xəstəni qidalandırmaq, imalə, ağrıkəsicinin verilməsi
qarına soyuq kompres, xəstəni xərəkdə xəstəxanaya gəndərmək
qarına soyuq kompres, xəstəni qidalandırmaq, imalə,
D) xəstəni qidalandırmaq, qarına soyuq kompres, xəstəni xərəkdə xəstəxanaya göndərmək
E) mədəni yumaq
95.Çanaq sümüklərinin çoxsaylı sınığı zamanı əksgöstəriş:
xəstənin erkən ayağa qalxması və fiziki aktivlik
fəsadların proflaktikası və müalicə
travmatik şokun profilaktikası
itirilmiş qanın bərpası
fizioterapiya
96.Vişnevski üsulu ilə ağrısızlaşdırma məqsədi ilə istifadə olunur:
0,25 % - novokain
2% novokain
1% - novokain
1%- lidokain
1% - trimekain
97.Yerli ağrısızlaşdırma üçün anestetik :
azot oksidi
ftoratan
oksibutirat natrium
xloretil
analgin
98.Uşaqlarda sınıqlar böyüklərə nisbətən az rast gəlir. Səbəbi.
böyüklərin sümüklərinin tərkibində qeyri üzvü maddələr çoxdur, sümüklər nisbətən ağırdır uşaqların sümüklərin tərkibində üzvi maddələrin çoxluğu
epifizlə metafiz arasında yerləşən qığırdaq zərbənin təsirini artırır
C)
sümüküstlüyündə qan damarları nisbətən azdır
uşaqların sümüklərin tərkibində D vitaminin və kalsiumun çoxluğu
99.Travmatik toksikozda zərərçəkmişin xəstəxanaya təxliyyəsi zamanı infusiyon terapiya:
vacibdir
sıxılmış ətraf azad olandan sonra aparılmalıdır
ancaq hipotoniyada
əksgöstərişdir
qızdırma zamanı
100.Çıxığın yerinə salınması üçün əsas şərt?
xəstənin düzgün vəziyyəti
əlaltı vasitələrdən istifadə
xəstənin psixoloji hazırlığı
uyğun ağrısızlaşdırma
antibiotikin yeridilməsi
Dostları ilə paylaş: |