Mülki müdafiə və ilkin tibbi yardım-2 Mövzu 01: Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibb xidmətinin təşkili.İlk tibbi yardım və onun növləri


Mövzu 03: Qanaxma və qanaxmalar zamanı ilk tibbi yardım. Qan və qanəvəzedicilərin köçürülməsi. Travmatik şok və zədələnmələr zamanı ilk tibbi yardım



Yüklə 91,92 Kb.
səhifə3/7
tarix25.01.2023
ölçüsü91,92 Kb.
#80709
1   2   3   4   5   6   7
Mülki müdafiə və ilkin tibbi yardım-2 18.01.2023-1-1

Mövzu 03: Qanaxma və qanaxmalar zamanı ilk tibbi yardım. Qan və qanəvəzedicilərin köçürülməsi. Travmatik şok və zədələnmələr zamanı ilk tibbi yardım.
51.Qulaqdan qanaxma zamanı nə edilməməlidir?

  1. steril mələfə və ya təmiz əski ilə qulağı örtüb,yüngülcə saxlayın (infeksiyalaşmaya imkan verməyin)

  2. mayenin axmasının qarşısını alın

  3. zərərçəkənə yarımoturaq vəziyyət verin

  4. ehtiyatla yumşaq salfetlə ancaq mayeni silin

  5. zərərçəkəni xəstəxanaya çatdırın

52.Xarici qanaxmanı birbaşa sıxmaqla dayandırılmasında damarın birbaşa sıxılması neçə dəqiqə davam edə bilər?

  1. damarın birbaşa sıxılması 2 dəqiqədən artıq olmamalıdır

  2. damarın birbaşa sıxılması 15 dəqiqədən az olmamalıdır

  3. 2 saat

  4. damarın birbaşa sıxılması 15 dəqiqədən artıq olmamalıdır

  5. 1 saat

53.Burun qanaxması zamanı aparılan tədbirlər

  1. Qanın xaricə axmasına imkan yaradın.

  2. Zərərçəkəni oturdub boynunu önə əyərək, başını azacıq qabağa və aşağı sallayın.

  3. Boğaza axan qanı zərərçəkən udmalıdır

  4. Əgər burun sümüyünün sınığı yoxdursa, burun pərlərini (burunun bütün aşağı nahiyəsini) iki tərəfdən 10 dəqiqə ərzində sıxıb saxlayın və burunun yuxarı hissəsinə soyuq kompres qoyun.

  5. Qanaxma dayandıqdan sonra, azı 5 dəqiqə ərzində zərərçəkən ağızla nəfəs almalıdır


  1. 1,2,4

  2. 2,3,5

  3. 4,5

  4. 1,3

  5. 2,3,4

54.Qanaxmalar səbəbinə görə bölünür:

  1. travmatik, patoloji, fizioloji

  2. arterial, venoz, kapillyar

  3. daxili, xarici, qarışıq

  4. profuz, orta həcmli və zəif

  5. birincili, ikincili

55.Qanaxmalar zədələnmiş damarın növünə görə bölünür :

  1. arterial, venoz, kapillyar

  2. daxili, xarici, qarışıq

  3. travmatik, patoloji, fizioloji

  4. birincili, ikincili

  5. nəzərə çarpan, gizli

56.Qanaxmalar xarici mühitə münasibətinə görə bölünür :

  1. daxili, xarici, qarışıq

  2. travmatik, patoloji, fizioloji

  3. arterial, venoz, kapillyar

  4. birincili, ikincili

  5. birsaylı, təkrar, çoxsaylı

57.Arterial qanaxmanın əlamətlərinə aid deyil:

  1. tünd rəngli qan

  2. qanın sürətlə axması

  3. qanın fəvvarə kimi axması

  4. al qırmızı rəngli qan

  5. arterial damarın zədələnməsi

58.Kliniki əlamətlərinin təzahürünə görə qanaxmalar bölünür:

  1. travmatik, patoloji, fizioloji

  2. profuz, orta həcmli və zəif

  3. aydın nəzərə çarpan və gizli

  4. dayanmış və davamedən qanaxma

  5. kəskin, xroniki

59.Qanitirmənin əsas əlamətlərini göstərin:

  1. tezləşmiş nəbz, qan təzyiqinin azalması, sölğunluq, hemoqlobinin azalması

  2. anizokriya, normal qan təzyiqi, tezləşmiş nəbz, hemoqlobinin azalması

  3. tezləşmiş nəbz, qan təzyiqinin azalması, sölğunluq, hemoqlobinin artması

  4. dəri örtüyünün sölğunluğu, bayılma, hipertermiya

  5. tezləşmiş nəbz, qan təzyiqinin azalması, dəri örtüyü normal rəngdə, hemoqlobinin miqdarı normal

60.Qanaxmanın hansı növündə xəstənin ağzından köpüklü qan xaric olur:

  1. ağ ciyər

  2. mədə

  3. burun

  4. uşaqlıq

  5. bağırsaq

?61.Profüz qanaxmada xəstənin ölümünün səbəbi:

  1. qara ciyərin fuksiyasının

  2. böyrək çatmamazlığı

  3. tənəffüs aktının pozulması

  4. pozulması baş beynin kəskin hipoksiyası

  5. qıcolma

62.Dövr edən qanın həcminin neçə faiz azalması hemorragik şokun inkişafına səbəb olur?

  1. 20 -25%

  2. 30 -40%

  3. 5-10 %

  4. 15-20%

  5. 45-50%

63.Qansaxlayıcı kəmər tətbiq edilir :

  1. dizaltı arteriyanın qanaxmasında

  2. burun qanaxmasında

  3. bazu venasının qanaxmasında

  4. qida borusunun qanaxmasında

  5. kapilyar qanaxmada

64.Qanaxmanın qəti dayandırılmasının mexaniki üsulu:



  1. damarın tikilməsi

  2. qansaxlayıcı kəmərin tətbiq edilməsi

  3. damarın barmaqla sıxılması

  4. sıxıcı sarğının qoyulması

  5. hemostatik süngərin tətbiqi

65.Ağ ciyər qanaxmasında qadağandır:

  1. döş qəfəsinə dik vəziyyət vermək

  2. döş qəfəsinə buz qoymaq

  3. qanı tüpürmək üçün qab vermək

  4. xəstəyə horizontal vəziyyət vermək

  5. K vitamini tətbiq etmək

66.Qansaxlayıcı kəmərin mənfi cəhəti :

  1. yumşaq toxumanın və sinirlərin sıxılması

  2. ətrafın soyuması

  3. qanaxmanın dayanması

  4. istifadə edilməsinin çətinliyi

  5. dərinin solğunluğu

67.Qan qrupu nədir?

  1. eritrositlərin antiqeni

  2. qazanılmış аntiçismlər

  3. leykositlərin antigeni

  4. zərdab zülalı

  5. trombositlərin antigeni

68.Saidin yuxarı üçdə birindəki yaradan arterial qanaxmanı saxlamaq üçün yuxarı ətraf bükülməlidir:

  1. dirsək oynağında

  2. mil - bilək oynağında

  3. bazu oynağında

  4. bazu və dirsək oynağında

  5. bazu və mil - bilək oynağında

69.Qansızma - budur :

  1. toxumanın müəyyən yerində qanın toplanması

  2. plevra boşluğuna qanın yığılması

  3. qanın diffuziya yolu ilə toxumaya sızması

  4. qarın boşluğuna qanın yığılması

  5. burun qanaxması

70.Hansı qanaxmada qan qusuntu kütləsi ilə xaric olur:

  1. mədə

  2. böyrək

  3. venoz

  4. ağ ciyər

  5. diş

71.Hadisə yerində qanaxma zamanı göstərilən ilk tibbi yardımın məqsədi nədir?

  1. qanın müvəqqəti saxlanılması

  2. ağrısızlaşdırma

  3. zərərçəkmişin təxliyyəsi

  4. zərərçəkmişə psixoloji yardımın göstərilməsi

  5. qanın qəti dayandırılması

72.Bağırsaq qanaxması zamanı məsləhət görülür:

  1. zərərçəkmişə rahatlıq vermək

  2. sifon imaləsi

  3. işlədici dərman vermək

  4. təmizləyici imalə

  5. zərərçəkmişi qidalandırmaq

73.Travmatik şokun səbəbi nədir?



  1. ağır travma

  2. xəstəyə peyvəndin, antibiotikin yeridilməsi

  3. psixi gərginlik

  4. miokardın infarktı

  5. yüksək qızdırma

74.Şokun əlamətlərinə aid olmayanı seçin

  1. bradikardiya

  2. tərləmə artır

  3. dəri avazıyır

  4. taxikardiya

  5. tənəffüs tezləşir

75.Şokun torpid fazasında hansı kliniki əlamər olmur?

  1. tənəffüs tezləşir

  2. nəbzin sayı artır

  3. qan təzyiqi enir

  4. qanda şəkərin miqdarı artır

  5. dəri sianoz olur

Mövzu 04: Başın, onurğa sütununun, döş qəfəsi, sümüklərin və qarın böşlüğü orqanlarının zədələnmələri zamanı ilk tibbi yardım. Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım.
76.Sıxılma sindromunda ətraflarda olan dəyişikliklərin mərhələlərini seçin

  1. Sıxılma, sınıq

  2. Sınıq, koma

  3. Kompressiya,dekompressiya

  4. Sıxılma, qanaxma

  5. Şok, qanaxma

77.Uzunmüddətli sıxılma sindromu neçə adlanır?

  1. Kraş sindromu

  2. Koma

  3. Kriz

  4. Hipertermiya

  5. Şok

78.Onurğa zədələnmələrində xəstə necə təxliyyə olunmalıdır?

  1. Arxası üstə sərt xərək və ya lövhə üzərində

  2. Arxası üstə yumşaq xərək üzərində

  3. “Qurbağa” vəziyyətində

  4. Oturaq şəkildə

  5. Xəstənin hansı vəziyyətdə təxliyyə olunmasının heç bir fərqi yoxdur

79.Zərərçəkənin təcili yerdəyişməsi hansı hallarda aparılmalıdır:
1.Həyatı üçün real təhlükə olarsa (yanğın, partlayış, dağıntı və s.);
2.Hadisə yerində ilk yardımın göstərilməsi mümkün olmadıqda (nəqliyyat vasitəsində sıxılma, əl çatmaz yer, yardım göstərilməsi üçün münasib yerin və şəraitin olmamağı və s.).
3.Hər bir halda zərərçəkənin təcili yerdəyişməsi aparılmalıdır
4.Ancaq həkim müayinəsi aparıldıqdan sonra
5.Xəstədə sınıq müəyyən olumuşsa

  1. 1,2

  2. 4,5

  3. 3

  4. 1,5

C) 4
80.Zərərçəkənin yerdəyişməsi zamanı hansı tövsiyəyə mütləq əməl olunmalıdır?

  1. Zərərçəkənin başından tutub dartmaq olmaz

  2. Qoltuq altına arxadan girməklə zərərçəkənin sağ əllə sol, sol əllə sağ biləyindən tutub dartmaq olmaz

  3. Zərərçəkəni ədyal və ya jaket üzərində dartmaq olmaz

  4. Arxa tərəfdən qoltuq altına girməklə dartmaq olmaz

  5. Zərərçəkəninpaltarindan dartmaqla daşınması yolverilməzdir.

81.Kəllə-beyin travması zamanı təxirəsalınmaz yardıma aiddir:

  1. başa buz qovuqcuğunun qoyulması

  2. kardiamin

  3. narkotik preparat

  4. qusma əleyhinə dərmanlar

  5. ağrıkəsici

82.Zərərçəkmişin hadisə yerindən xəstəxanaya təxliyyəsi zamanı müvəqqəti hərəkətsizləşdirmə necə adlanır ?

  1. nəqliyyat immobilizasiyası

  2. polimer sarğı ilə hərəkətsizləşdirmə

  3. sıxıcı sarğının qoyulması

  4. müalicəvi immobilizasiya

  5. qips sarğısının qoyulması

83.Çanağın sınığı zamanı zərərçəkmiş bu vəziyyətdə təxliyyə olunmalıdır:

  1. ayaqları bükülmüş

  2. oturaq

  3. yanı üstə uzanmış

  4. üfiqi vəziyyətdə

  5. üzü üstə uzanmış

84.Qabırğanın sınığında əsas əlamət:



  1. yerli krepitasiya

  2. ağrı

  3. qansızma

  4. şişkinlik

  5. hematoma

85.Açıq pnevmotoraksda zərərçəkmişə tibbi yardım zamanı tələb olunur:

  1. oklyuziyon sarğı

  2. Kremer şinası

  3. novokain blokadası

  4. spazmolitiklərin yeridilməsi

  5. isti kompres

86.Açıq pnemotoraksın səbəbi :

  1. yaralanmada havanın plevra boşluğuna keçməsi

  2. tənəffüs zamanı havanın yaradan plevra boşluğuna keçməsi və əksinə

  3. qanın plevra boşluğuna toplanması

  4. havanın dəri altına yığılması

  5. heç biri

87.Ağır travmalarda ölümün səbəbi:

  1. travmatik şok və qanitirmə

  2. qanitirmə

  3. durğunluq pnevmoniyası

  4. irinli yara və osteomielit

  5. böyrək çatmamazlığı

88.Sınıq nahiyyəsində dəri örtüyünün tamlığı pozularsa belə sınıq necə adlanır?

  1. açıq

  2. qapalı

  3. diafizar

  4. yerini dəyişən

  5. sadə

89.Bud sümüyünün sınığı zamanı hərəkətsizləşdirilməlidir:

  1. bud - çanaq oynağı, diz oynağı, aşıq - daban oynağı

  2. bud - çanaq oynağı

  3. bud - çanaq oynağı , diz oynağı

  4. bud - çanaq oynağı, aşıq - daban oynağı

  5. diz oynağı

90.Çıxığın əsas əlaməti :

  1. oynaqda hərəkətin məhdudluğu

  2. ağrı

  3. oynağın patoloji hərəkətliliyi

  4. oynaqda rotasiya

  5. dərinin hiperemiyası

91.Peritonitin ən çox rast gəlinən səbəbi:

  1. mədə xorasının deşilməsi- perforasiyası

  2. bağırsaq keçməməzliyi

  3. öddaşı xəstəliyi

  4. kəskin appendisit

  5. travma

92.Peritonitin əsas müalicəsi:

  1. cərrahi müdaxilə

  2. dezintoksikasiya

  3. antibiotikoterapiya

  4. tənəffüs pozöunluğunun səbəbini aradan qaldırmaq

  5. pəhriz

93.“Kəskin qarında” ilk tibbi yardım:

  1. qarına soyuq qoymaq və təcili xəstəxanaya göndərmək

  2. təmizləyici imalə

  3. ağrikəsicinin verilməsi

  4. mədənin yuyulması

  5. qarına isitqac qoymaq

94.Qarnın qapalı zədələnməsi zamanı bu tədbirlərin aparılması qəti qadağandır:

  1. qarına isti kompres, xəstəni qidalandırmaq, imalə, ağrıkəsicinin verilməsi

  2. qarına soyuq kompres, xəstəni xərəkdə xəstəxanaya gəndərmək

  3. qarına soyuq kompres, xəstəni qidalandırmaq, imalə,

  4. D) xəstəni qidalandırmaq, qarına soyuq kompres, xəstəni xərəkdə xəstəxanaya göndərmək

E) mədəni yumaq
95.Çanaq sümüklərinin çoxsaylı sınığı zamanı əksgöstəriş:

  1. xəstənin erkən ayağa qalxması və fiziki aktivlik

  2. fəsadların proflaktikası və müalicə

  3. travmatik şokun profilaktikası

  4. itirilmiş qanın bərpası

  5. fizioterapiya

96.Vişnevski üsulu ilə ağrısızlaşdırma məqsədi ilə istifadə olunur:

  1. 0,25 % - novokain

  2. 2% novokain

  3. 1% - novokain

  4. 1%- lidokain

  5. 1% - trimekain

97.Yerli ağrısızlaşdırma üçün anestetik :



  1. azot oksidi

  2. ftoratan

  3. oksibutirat natrium

  4. xloretil

  5. analgin

98.Uşaqlarda sınıqlar böyüklərə nisbətən az rast gəlir. Səbəbi.

  1. böyüklərin sümüklərinin tərkibində qeyri üzvü maddələr çoxdur, sümüklər nisbətən ağırdır uşaqların sümüklərin tərkibində üzvi maddələrin çoxluğu

  2. epifizlə metafiz arasında yerləşən qığırdaq zərbənin təsirini artırır

C)

  1. sümüküstlüyündə qan damarları nisbətən azdır

  2. uşaqların sümüklərin tərkibində D vitaminin və kalsiumun çoxluğu

99.Travmatik toksikozda zərərçəkmişin xəstəxanaya təxliyyəsi zamanı infusiyon terapiya:

  1. vacibdir

  2. sıxılmış ətraf azad olandan sonra aparılmalıdır

  3. ancaq hipotoniyada

  4. əksgöstərişdir

  5. qızdırma zamanı

100.Çıxığın yerinə salınması üçün əsas şərt?

  1. xəstənin düzgün vəziyyəti

  2. əlaltı vasitələrdən istifadə

  3. xəstənin psixoloji hazırlığı

  4. uyğun ağrısızlaşdırma

  5. antibiotikin yeridilməsi


Yüklə 91,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin