Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Buddizm: tarixi, dini təlimin əsasları, buddizmdə dini cərəyanlar



Yüklə 55,37 Kb.
səhifə8/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Multikulturalizm cavab001

6.Buddizm: tarixi, dini təlimin əsasları, buddizmdə dini cərəyanlar

Buddizm dünyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq və İslam) ən qədimidir. Buddizmin ümumbəşəri din sayılmasının səbəbi onun Xristianlıq və İslam kimi etno-konfessional və coğrafi sərhədləri aşaraq, fərqli mədəniyyət və ənənələrə mənsub müxtəlif xalqların dininə çevrilməsidir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500 milyon (təqribən 1 milyonunu rahiblər təşkil edir) mənsubu vardır və onlar əsasən, Cənub, Cənub-Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, Çin, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, Yaponiya, eləcə də Sinqapur və Malayziyada çinli əhalinin məskunlaşdığı bölgələrdə) yaşayırlar. Həmçinin Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya respublikalarında ənənəvi olaraq Buddizmə sitayiş olunur. XIX əsrin sonlarından etibarən Buddizmin Avropa və Amerika qitələrində yayılması prosesi başlamışdır. Elə “Buddizm” termini də XIX əsrdə avropalılar tərəfindən bu dinə verilən addır. Onun mənsubları isə dinlərini “Dharma” (qanun, təlim), yaxud “Buddadharma” (Budanın təlimi) adlandırırlar. “Budda” sözü isə sanskrit və pali dillərində - “aydınlanmış”, yaxud “oyanmış şəxs” mənasını verir. Buddizm ilk baxışda dindən daha çox, fəlsəfi sistemə bənzəyir. Ona görə də bəzi tədqiqatçılar ona fəlsəfi-etik təlim, idrakla bağlı elm və mədəni ənənə kontekstində yanaşmışlar. Lakin qeyd etmək lazımdır ki, Buddizmdə bir dinə xas olan bütün keyfiyyətlər mövcuddur. Buddizm kainatı yaradan fövqəlqüdrətin (tanrının) mövcudluğu ideyasından bəhs etməsə də, ümumən, mistik təmayüllü din kimi xarakterizə olunur.

Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində yaranmışdır. Bu dövrdə Hindistanın məhz həmin bölgəsində yeni dini təlimin yaranmasına bir sıra faktorlar təsir göstərmişdir. Belə ki, kasta sisteminin hakim olduğu qədim veda dinində yüksək imtiyaz tanınan brahman sinfinin (ruhanilərdən ibarət ali təbəqə) bu bölgədə təsirləri nisbətən zəif idi. Kasta sisteminin digər nüfuzlu zümrəsi sayılan kşatrilərin (döyüşçü və dünyəvi hakimlər sinfinin) təsirləri isə əksinə daha güclü idi. Bundan başqa, həmin bölgədə dini prinsiplərə deyil, dünyəvi qanunlara əsaslanan dövlət quruculuğu prosesi gedirdi. Bu da sözügedən iki təbəqə arasında fikir ayrılığına, hətta konfliktlərin yaranmasına səbəb olurdu. Tədqiqatçıların fikrincə, məhz dünyəvi hakimlərə istinad edən Buddizm kasta sistemini tamamən rədd etmiş və bununla da brahmanizmə müxalif dünyagörüşü kimi meydana çıxmışdır.

Buddizmin təliminin əsas hədəfi, icra olunan bütün ibadət və normaların məqsədi insanı həyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq mənəvi xoşbəxtlik, səadət hissinə - Nirvanaya çatdırmaqdır. Qədim hind fəlsəfəsi və dini dünyagörüşünə görə, insan, heyvan və bitkilər bədən və ruha sahibdirlər. Bədən ölümlü, ruh isə həmişəyaşardır. Bədən öldükdən sonra ruh görülən pis və yaxşı əməllərdən asılı olaraq (karma) digər insan, heyvan, yaxud bitki bədəninə keçir (reankarnasiya). Sonsuz təkrarlanan bu zəncirvari doğuş-ölüm prinsipi “Sansara” adlanır. Kasta sisteminə görə, brahmanlardan başqa digər insanların sansaradan xilas olması mümkün deyil. Hətta brahmanların belə sansaradan azad olması olduqca çətin iş sayılır. Buddanın gətirdiyi yeni təlim isə tamamilə bu fikrə qarşı çıxır, kasta sistemini inkar edir və individual insan olaraq hər bir fərdin sansaradan xilasının mümkünlüyünü ifadə edirdi. Bu isə nirvanaya çatmaqla, yəni həyatın aldadıcı arzu və istəklərindən qurtulub, həqiqətin mahiyyətini dərk edib zehni aydınlanmaqla (oyanmaqla) mümkündür. Dolayısı ilə nirvanaya çatmış insanın ruhu sansaradan tamamilə azad olmuş sayılır.




Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin