Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


İslam: tarixi, dini təlimin əsasları, ayin və mərasimlər, məzhəblər. Azərbaycanda İslam



Yüklə 55,37 Kb.
səhifə11/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Multikulturalizm cavab001

8.İslam: tarixi, dini təlimin əsasları, ayin və mərasimlər, məzhəblər. Azərbaycanda İslam

İslam dünyada 1,5 milyard nəfərə yaxın ardıcılı olan dinin adıdır və geniş yayılmış dinlərdən biridir. İslam sözü ərəbcə itaətetmə mənasındadır. İslamın tərəfdarları müsəlman adlandırılır. İslam VII əsrin əvvəlində Ərəbistan yarımadasının mərkəzində - Məkkə və Mədinə şəhərlərində təşəkkül tapmış və tezliklə dünyanın böyük hissəsinə yayılmışdır.İslam dininin Azerbaycanda yayilmadinin esas gostericisi erablerin Vll- Vlll esrerde Azerbaycana yurusleri ile elaqedardir. Yaranmasından etibarən keçirdiyi mərhələləri öz olaraq təqdim etdiyimiz İslam tarixi, ümumi insanlıq tarixi içərisində əhəmiyyətli bir yer tutar və onun ən böyük qollarından birini təşkil edir. Çünki ümumi tarixin min beş yüz illik hissəsində müsəlmanların idarəsinin və İslam mədəniyyətinin damğası vardır; İslam, bu müddətdə insanlığa əhəmiyyətli yeniliklər gətirdi. İsalm dini diger dinlere nisbeten daha sonra yaranmis bir dindir.Bu baximdan diger dinlere nisbeten daha tekminlesmisdir.610 cu ilde Mehemmed Peygember terefinden yaradilmisir.Azerbaycana geldikden sonra bir cox xalqlari oz etrafinda birlesdirmeye nail olmusdur.İslam dini Erbistan yarmafasinda bir sira cenub - qerbi Asiya olkelerinde ,hemcinin Simali Afrikanin 13 muselman olkesinde yayilmisdir. Azerbaycanda yayilan islam dini ile diger olkelerde yayilan islam dini arasinda ele de ciddi ferq yoxdur.Bunun ferqini izah etmek ucun qayidaq ereb yurusleri dovrune.Ereb yurusleri zamani erebler hara gedirdise mutleq orada oz adet enenelerini de yayirdilar.Onlardan en vacibi İslam dini olmusdur.Diger erazilerde erebler bu dini zorla yaydigi,ehaliye zorla bu dini qebul etdirdiyi halda azerbaycanda bu din insanlarin konullu isteyi ile yayilmisdir.



Məzhəblər etiqadi və fiqhi (hüquqi) olmaqla iki qrupa bölünür. Etiqadi məzhəblər kateqoriyasına İslamın inanc əsasları və əqidə prinsiplərini özünəməxsus şəkildə izah edən dini məktəblər daxildir. Bu məktəblərin alimləri arasında fikir ayrılığı Allahın sifətləri, insana iradə azadlığının verilibverilməməsi, Quranın yaradılıb-yaradılmaması, qəza və qədər kimi müxtəlif etiqadi məsələlərlə bağlı yaranmışdı. Məsələn, bəzi etiqadi məktəblərin nümayəndələri “Quran”da keçən Allahın üzü, əlləri və buna bənzər ifadələri hərfi mənada qəbul etdikləri halda, digər etiqadi məzhəblərin ardıcılları bu məfhumları məcazi anlamda başa düşmüşlər.Etiqadi məzhəblərdən danışarkən, mötəziliyi ayrıca qeyd etmək lazımdır.Bu etiqadi məzhəb tarixə qovuşsa da, İslam dünyasında dini-fəlsəfi fikrin inkişafında böyük rol oynamışdır. Ərəb dilində bu məzhəb “əl-mütəzilə”(“ayrılanlar, “uzaqlaşanlar”) adlanır. Mötəzilə məzhəbinin nümayəndələri fəlsəfəçilər və müxtəlif dinlərin nümayəndələri ilə elmi mübahisələr apararaq İslamın inanc əsaslarını ağıl və məntiqə uyğun izah etmiş, rasional dəlillər əsasında dini müdafiə etməyə çalışmışlar. VIII-X əsrlərdə çiçəklənmə dövrünü yaşamış mötəzilə məzhəbi zaman keçdikcə siyasi dəstəkdən məhrum qalmış,beləliklə, tarix səhnəsindən silinmişdir.Fiqhi məzhəblər ortaq və fərqli hüquqi metodların tətbiqi səbəbilə meydana gəlmişdir. Bütün fiqhi məzhəblər hər hansı məsələ barədə hökm çıxararkən, ilk növbədə, “Quran” və sünnəyə əsaslanır. Sadəcə hər məzhəbdə “Quran” ayələri və hədislər özünəməxsus şəkildə təfsir olunur. Həmçinin müsəlman hüquq məktəblərində icma, qiyas və digər İslam hüququnun əsasları ilə bağlı fərqli yanaşmalar mövcuddur.Islam dininin etiqad əsaslarına “üsulüddin” (“dinin əsasları”) deyilir.Dilimizdə bəzən “iman əsasları” ifadəsindən də istifadə olunur. Etiqad əsasları dedikdə dinin nəzəri əsasları başa düşülür. İslamın etiqad əsasları müxtəlif İslam məktəblərində (məzhəb) fərqli formalarda öz əksini tapsa da, bütün müsəlmanların qəbul etdiyi təməl əqidə prinsipləri aşağıdakı kimidir:

Tövhid-İslamda təkallahlılıq inancına böyük əhəmiyyət verildiyi üçün “tövhid” ən əsas etiqadi prinsip sayılır.“Tövhid” kəlməsi ərəb dilində “yeganə”, “bir” mənalarına gələn “vəhdət”,“vəhd” kökündən törəmişdir; hərfi mənada “hər hansı bir şeyin yeganə və bir olduğunu qəbul etmək” deməkdir. İslam terminologiyasına görə, “tövhid” sözü“Allahın təkliyini qəbul etmək” mənasını ifadə edir. Nübüvvət-Peyğəmbərlərə iman gətirmək İslamın ikinci inanc əsasını təşkil edir. Dini ədəbiyyatda bu inanc əsası “nübüvvət” (ərəb dilində “peyğəmbərlik” mənasına gəlir) termini ilə ifadə olunur. İslama görə, Allah bəşəriyyətə və ya hər hansı topluma doğru yol göstərmək üçün insanlar arasından seçdiyi öz elçilərini göndərir. Onlar Tanrıdan vəhy alır, günah işləmir, müdrikliyi, zəkası, sədaqəti,etibarlı olmaları ilə seçilir, qətiyyən yalan danışmır və digər üstün əxlaqi keyfiyyətləri ilə seçilirlər.Müsəlmanlar inanırlar ki, Məhəmməd peyğəmbər Allahın sonuncu elçisidir və ondan sonra Tanrı tərəfindən heç bir peyğəmbər göndərilməyəcək. Axirət-İslamın inanc əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Müsəlmanlar ölümdən sonrakı həyata “axirət” (ərəb dilində “son”,“sonuncu gün” deməkldir) və ya “məad” (ərəb dilində “qayıdış” mənasına gəlir)deyirlər.Axirət inancına əsasən, insanlar öldükdə onların ruhları bədənlərindən ayrılaraq yaşamağa davam edir. Qiyamətədək sürən bu ruhani həyata müsəlman qaynaqlarında “bərzəx” (ərəb dilində “aralıq“, “keçid” mənasına gəlir) adı verilmişdir. Qiyamət qopduqda insanlar yenidən dirildiləcək, dünyada etdikləri əməllərinə görə Allah tərəfindən mühakimə olunacaqlar. Yaxşı əməl sahibləri “cənnət” adlanan əbədi mükafat yurduna, pis əməl sahibləri isə “cəhənnəm” deyilən cəza yurduna göndəriləcəklər. Beləliklə, insanların dünyada etdikləri yaxşı və pis işlər əvəzsiz qalmayacaqdır.


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin