Multikulturalizm ili



Yüklə 55,98 Kb.
tarix04.12.2016
ölçüsü55,98 Kb.
#776
2016-cı ili “Multikulturalizm ili”

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2016-cı il.

Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.

O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlərmədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. 



Multikulturalizmin “sivilizasiyalararası dialoq”, “tolerantlıq” mövzusu ilə oxşar və fərqli cəhətləri

Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.

Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə səbəbləri

Avropa və bəzi qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada “Homo sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.

Cəmiyyətdə multikulturalizm əhəmiyyəti

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

Azərbaycanda multikulturalizm

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.

Multikulturalizm .O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Multikulturalizmin “sivilizasiyalararası dialoq”, “tolerantlıq” mövzusu ilə oxşar və fərqli cəhətləri

Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.

Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə səbəbləri

Avropa və bəzi qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada “Homo sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.

Cəmiyyətdə multikulturalizm əhəmiyyəti

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

Multikultiralizmin Azərbaycan arenasında vəhdət, bərabərlik və

həmrəylik nümayişi.

“Bu, ölkəmizin tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir”.



c:\users\admin\downloads\multikulturalizm.jpgc:\users\admin\downloads\siaphoto_523670.jpg

Multikultiralizmin mahiyyətinə diqqət yetirsək, o, beynəlxalq anlayışda eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət deməkdir. Məsələyə bu prizmadan yanaşdıqda deyə bilərik ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrininin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Ölkəmizdə mutikultiralizm ənənələrinin güclənməsinə müstəqiliyin bərpasından sonra göstərilən dövlət dəstəyi də dünyada nümunə sayılacaq dərəcədədir. Azərbaycan bu gün hər gün hər bir dünya vətəndaşı üçün multikultural məkana çevrilib. Dövlətimiz və xalqımız öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir. Bu baxımdan multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirmək olar. Bunu ən gözəl və əyani surətdə həyata keçirən məkan isə Azərbaycan cəmiyyətidir. Xalqımızın multikultural dəyərlərlə yaşadığını təsdiqləyən amillər sırasında birinci yeri tolerantlıq tutur ki, onun da bariz nümunəsi Prezidentin İlham Əliyevin çaörışına cavab olaraq Azərbaycan dindarları tərəfindən Heydər məscidindən bu günlərdə bütün İslam Dünyasına verilən vəhdət mesajıdır. Noyabrın 15-də Bakıdakı Heydər məscidində qılınan cümə namazı nəinki İslam dünyasının. Eyni zamanda xalqların diqqətindən yayınmadı. Çünki vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün Müsəlmanlar bir araya gəldi. Onlar bununla Azərbaycanın əsl tolerant məkanı olduğunu göstərdilər: eyni vaxtda, birlikdə namaz qılıb, dua etdilər. Əlbəttə, bununla xalqımız bir daha yüz illər boyu qoruyub saxladığı ənənəyə sadiqliyini nümayiş etdirdi. Dövlət və xalq hakimiyyətini vəhdətinin nümayişi olan tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2016- cı ilin “Multikulturalizm ili” elan olunması fonunda çox mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, həmin tədbir Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir. Min ildən artıqdır ki, İslam dünyasının iki böyük şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və müxtəlif məkanlarda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbüslər göstərilsə də bu, davamlı xarakter almayıb. Müqəddəs kitabımız olan “Quranni –Kərim” də bütünlüklə müsəlmanlar sülhə, birliyə və vəhdətə çağrılır. Təbii ki, bu da dini zəmində ixtilafların baş verdiyi çağdaş dünyamızda çox aktualdır.

Multikultiralizm Azərbaycanda dövlət siyasəti, xalqın həyat tərzidir.

c:\users\admin\downloads\thumbmaker.pngc:\users\admin\downloads\4954212bbe79.jpg

İlham Əliyev Humanitar Formunun rəsmi açılış mərasimdəki nitqində bu barədə belə dedi: “ Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda mutimədiniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

III ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda çıxışı zamanı Azərbaycan Prezidenti yüzdən artıq dövlət nümayəndələrinin Bakıda olduğunu bildirdi.

743- cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim şəhəri Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim şəhəri olan Şəki şəhəri yaxınlığındadır.

UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verməsi də xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “ Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda xüsusi vurğulandı ki, ekstermizm və terorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik: “Ayrı-seçkilik, ksenfobiya, islamofobiya, antisentizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikultiralizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”. Beləliklə, multikultiralizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intelektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultiral təhlükəsizliyin təmin olunmasına sistemi yanaşmanın mövcudluğundan xəbər verir.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İtifaqının Birgə təşkilatçılığı ilə “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Bakı Beynəlxalq Teatr Konfransı da dünyanın səhnə sənətində, həmçinin Azərbaycanın mədəni həyatında önəmli hadisə sayıldı. Belə tədbirlər Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikultiralizm kimi dəyərli yüksək qiymətləndirilməsinə əyani sübutdur. Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında xüsusi olaraq bildirdi ki, aktuallığı ilə seçilən belə tədbirlər, eyni zamanda tarixi mahiyyət daçıyan mövzu qloballaşma dövründə xalqlararası və dinlərarası və dinlərarası mədəni əlaqələr baxımından da diqqətçəkəndir. Məsələyə mütəxəssislər tərəfindən göstərilən münasibət və yanaşmalar məram baxımından bir nöqtədə birləşir: mədəniyyətlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin priortetlərindəndir.



Prezident İlham Əliyev: “Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir, üçüncüsü isə Azərbaycanda mutikultiralizm ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır”.
Yüklə 55,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin