Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki:
"Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda
təmkinlik göstərmə siyasətidir".
İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara
qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə
olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir
istiqamətdə seçilmiş rəftar olmalıdır.
İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və
dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə
müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki,
dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük
baş verən hadisələrə
məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün
heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı
kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər
tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən
ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə
götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu
münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.
Məşhur siyasi xadim
Mahatma Qandinin
qeyd etdiyi kimi, "Günümüzün ehtiyacı yalnız
bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür".
Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi
müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.
Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır.
Məsələn,
Amerikalılar
dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi
halda
Britaniyalılar
dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər.
Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək
qiymətləndirilir, lakin çox
zaman dözümlülük tam dərk edilmir bununda əsas səbəbi qeyri-sabit və
müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o,
özündə formal və qeyri-formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva
edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları
isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal
cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük
münasibəti də onun
açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən
dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də
dözümsüzlük davranışlarına məcbur edəcəkdir və beləliklə də bütün təcrübə bu
davranışlar nəticəsində puç olacaqdır.
5)Multikultiralizmə kommunitarizm yanaşması və onun
nümayəndələri-
Dostları ilə paylaş: