Biliklərin produksiyalarla təsviri
Praktiki olaraq produksiya öz-özlüyündə cütlük- “situasiya→fəaliyyət”, “səbəb→nəticə” və s. kimi təsvir olunur. Bu tip qaydalar müxtəlif bilik sahələrində və fəaliyyətlərdə qarşıya çıxır. Belə ki, gündəlik həyatda insanlar müxtəlif növ qaydalarla əhatə olunurlar. Məs. küçə hərəkəti qaydaları, qrammatika qaydaları və s. cinayət məcəlləsinin bəndləri də müəyyən qaydalarla təsvir olunur. Yəni qaydanın sol hissəsi dispozisiyadır, sağ tərəfi isə sanksiya. Kompüter proqramlaşdırılmasına baxsaq produksiya özünü üçlük şəkilində, yəni produksiyanın adı, istifadə şərti və operator kimi göstərilir. Əslində produksiya məna etibarı ilə “Əgər... onda” implikasiyasına uyğun gəlir və produksiyanı şərti olaraq implikasiya kimi işarə etmək olar:
α →β.
Produksiyanı bir qədər də geniş şəkildə, yəni istifadə şərtini göstərməklə açsaq, aşağıdakı ifadə formasında göstərmək olar:
P1^P2 ^ ...^ Pi→B,
Burada Pi (i =1,n) – konyunktiv formada istifadə şərti; B-qərar.
Hər hansı bir avadanlığın istismarına dair produksiya-qaydanı adi danışıq dilində aşağıdakı kimi təsvir etmək olar:
ƏGƏR avadanlıq işçi rejimdədirsə qazın tempraturu T ≥300 S olarsa VƏ qazın təzyiqi 49* 104 Pa olarsa ONDA maye nasosunu söndürmək Və ventilyatoru qoşmaq lazımdır.
ƏGƏR və ONDA hissələrindəki ifadələri uyğun olaraq P1,P2,P3,P4,və P5 predikatları ilə işarə etsək produksiyanı kompüterin daxili dilində aşağıdakı kimi təsvir etmək olar:
(P1^P2^P3) → P4^P5
burada P2 – qazın tempraturunu ölçən qurğudan gələn informasiya; P3 – qazın təzyiqini ölçən qurğudan gələn informasiya; P1- avadanlığın iş rejimini təyin edən informasiya; P4 – maye nasosunun söndürülməsi; P5 – ventilyatorun işə salınmasıdır. Göründüyü kimi A = P4^P5 ifadəsi avadanlığın qəzadan müdafiə olunmasını təmin edir.
MÜHAZİRƏ 10
Semantik şəbəkələr
Biliklərin təsvirinin semantik şəbəkə ilə verilməsi.
İxtiyari mürəkkəb predmet sahəsi kimi ES də müxtəlif xüsusiyyətlər çoxlugu ilə təyin olunur. Ekspert sistemlərin konkret qəbul olunmuş klassifikasiyası yoxdur. Onları xarakteristik göstəricilərinə görə aşağıdakıl kimi klassifikasiya etmək olar:
1. biliklərin təsvir metodları (modelləri);
2. məqsəd və istifadə olunan predmet sahəsi;
3. yaradılma dərinliyi;
4. biliklərin paylanma metodları;
5. giriş icazəsinin təmini;
6. idrak dərəcəsi;
7. sistemin reaksiyası;
1. Biliklərin təsvir metodlarına görə məntiqi, produksion, freym, və s. modellər və uyğun ES var. Müxtəlif predmet sahələri üçün biliklərinin təsvirinin onlarla modeli var. Onlardan ən əsasları (başqaları da bunnlara gətirilə bilərlər):
- produksion modellər;
- semantik şəbəkə;
- freym;
- formal məntiq modeli;
- qeyri- səlis relyasion model.
Produksion model-qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt), onda (nəticə)" tipində təsvir etməyə imkan verir.
Şərt elə bir cümlədir ki, onun əsasında BB-da axtarış gedir, "nəticə" – axtarışın müvəffəqiyyətli gedişində alınan hərəkətdir.
Produksion modeldən istehsal ES-də daha çox istifadə olunur.
Dostları ilə paylaş: |