Ekspert sistemlərin qurulması texnologiyasını bəzən mühəndis biliyi adlandırırlar. Bu prosesi təşkil edən mütəxəssislər-yaradıjılar bilik mühəndisləri adlanırlar və onlar hər bir predmet sahəsində bir və ya bir neçə ekspertlə qarşılıqlı əlaqəni yaradırlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həllində lazım olan proseduranı, strategiyanı, emprik qaydaları "çəkir" və şəkil1-dəki kimi bu biliyi ekspert sistemdə quraşdırır (şəkil 1).
Sorğular, problemlər
Evristik qaydalar
Həll üsulları
Şəkil 1. Bilik mühəndisliyi: biliyin ekspertdən kompüter proqramına ötürülməsi.
MÜHAZİRƏ 8
KOMPÜTERDƏ BİLİKLƏRİN TƏSVİRİ
Süni intellekt prinsiplərinə əsaslanan yeni informasiya emalı texnologiyalarında (İET-da) əsas problemlərdən biri biliklərin emalı ilə qərar qəbul etmənin təşkili üçün biliklərin kompüterdə təsvirinin həyata keçirilməsidir. Qeyd etmək lazımdır ki, kompyterlərin yarandığı ilk gündən hər-hansı bir məsələnin həllini kompüterdə yerinə yetirmək üçün tərtib olunan proqramlar haqqında informasiyaların, tələb olunan verilənlərin və digər informasiyaların maşının daxili dilində təsviri problemi, onun inkişafı mərhələlərində həmişə aktuallığını itirməmişdir. Belə ki, kompüterlərin yaradılmasının ilkin mərhələlərində nəinki məsələnin həlli üçün tələb olunan verilənlər, hətta məsələnin həllinin proqramı belə “ 0” və “1” – lərlə kodlaşdırılmaqla kompüterə daxil edilirdi. Bu onunla izah edilir ki, kompüterlərin klassik arxitekturasının daxili dili, məhz “0” və “1”-lərlə kodlaşdırılan ifadələr üzərində riyazi və məntiqi əməliyyatları yerinə yetirmək üçün layihələndirilirdi.
Kompüterlərin daxili və xarici intellektləşdirilməsi, yüksək səviyyəli alqortmik dillərin, translyatorların və digər vasitələrin yaradılması, proqramların və onların vasitəsi ilə məsələlərin həlli üçün verilənlərin maşından kənarda istifadəçilərin başa düşdükləri tərzdə kodlaşdırılaraq təsvir etməyə şərait yaratdı.
Təbiidir ki, istənilən formada kodlaşdırılan informasiyalar apparat və proqramlar şəklində yaradılmış translyatorlar, interpretatorlar vasitəsilə kompüterin daxili dilinə çevrilir və məsələlərin həllini təmin edirdi. Bu nöqteyi-nəzərdən biliklərin kompüterdən kənarda və kompüterin daxilində təsviri yanaşmalarının əvvəlki yanaşmalardan fərqli xarakter daşıdığı üçün, biliklərin təsvirinin xüsusiyyətləri, üsul və vasitələrini araşdırmaq məsələlərinə baxılır.
Dostları ilə paylaş: |