4. Aktivlik. Kompyuter ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nəticəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni kompyuterdə gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqja istifadə olunurlar. Kompyuterə xas olan verilənlərin passivliyi cəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin ijrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Deməli, Sİ sistemi proqramın hər bir gedişini biliklər bazası tərəfindən aktivləşdirir. Beləliklə, biliklər bazasının aktivliyi Sİ-də məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır.
Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.
Struktur verilənləri gözdən keçirsək, görərik ki, bilikləri səciyyələndirən bəzi xüsusiyyətlər verilənlərdə də vardır. Məsələn, birinci iki xüsusiyyət biliklərlə yanaşı verilənlərə də xas cəhətlərdir və birinjiyə görə verilənlər özlərini bazada göstərirlərsə, ikinci cəhət mürəkkəb obyektlərlə sadə obyektlər arasında əlaqənin təyin olunması kimi göstərilir.
Üçüncü və dördüncü xüsusiyyətlər ançaq biliklərə xasdır. Üçünçü çəhətə görə biliklərimiz təkcə struktur baxımdan əlaqəli deyil, bunlar həm də faktorlara, proseslərə, vəziyyətlərə aid qanunauyğunluqları və aralarında olan səbəb-nəticə əlaqələrini göstərir. Dördünjü jəhətə görə insan biliyi aktivdir - o hər zaman öyrənir və yeni bilik əldə edir. Bununla da biliklər prinsipjə verilənlərdən fərqlənirlər. Məsələn, biliklərdə ziddiyyət aşkar olunarsa, bu ziddiyyətin aradan qaldırılması yeni biliyin ortaya çıxmasına səbəb olur.
Şübhəsiz ki, verilənlərlə bilik arasında həmişə kəskin bir fərq sərhəddi mövcud olmuşdur və olmaqdadır. Bu fərq biliklərin təsviri modellərinin meydana çıxması ilə təsbit edilir.
70-ci illərin sonunda İS sahəsində çalışan mütəxəssislər mühüm bir amili başa düşdülər: məsələnin həlli zamanı proqramın effektivliyi təkjə onun istifadə etdiyi formalizmdən və çıxarış sxemindən deyil, onun malik olduğu bilikdən asılıdır. Prinsipial olaraq yeni konsepsiya qəbul olundu ki, onu aşağıdakı kimi ifadə edə bilərik:
- Proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklər çoxluğu ilə təmin etmək lazımdır.
Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına gətirib çıxardı ki, bunların da hər biri müəyyən məhdud predmet sahəsində ekspert kimi çıxış edirlər. Bu proqramlar ekspert sistemlər adlanırlar.