FƏSİL II. Kommersiya fəaliyyətinin təşkilində bank strukturlarının rolu və funksiyaları 2.1 Kommersiya sahəsində bankların rolu və vəzifələri Banklar iqtisadiyyatın özünəməxsus subyektləri olmaq etibarilə mühüm vəzifələri yerinə yetirirlər. Onlar üzərinə düşən vəzifələri icra etməklə eyni zamanda iqtisadiyyatda , xüsusilə kommersiya fəaliyyəti sahəsində xüsusi əhəmiyyətə malik olan məsələlərin, problemlərin həllində vacib rol oynayırlar. Bir iqtisadi subyekt kimi bankların kommersiya fəaliyyətindəki rolu və onların yerinə yetirdiyi vəzifələr bankın mahiyyəti va funksiyaları ilə bilavasitə bağlıdır.
Qeyd etmək lazımdır ki, bankların yerinə yetirdiyi vəzifələrə dair müxtəlif fikirlərə görkəmli rus alimləri, iqtisad elmləri doktorları V. M. Usoskinin, V. İ. Kolesnikovun, İ. T. Balabanovun, E. F. Jukovun, Q. N. Beloqlazovanın, O. İ. Lavruşinin və başqalarının tədqiqatlarında rast gəlmək olar. 1Bu tədqiqatlar əsasən bankların kommersiya sahəsində yerinə yetirdiyi əsas vəzifələri nəzərdən keçirək. Fəaliyyət göstərdiyi ölkədən, ölkədə mövcud olan ictimai, siyasi, iqtisadi vəziyyətdən və bir çox digər amillərdən asılı olmayaraq bankların ümumi olan bir çox vəzifələri mövcuddur.
Bankların vəzifələri və əməliyyatları praktiki olaraq oxşardır, belə ki, vəzifə bir anlayış kimi bank fəaliyyətinin müəyyən növlərinin xarakteristikası kimi işlədilir, ifadə olunur. Bankların fəaliyyəti dedikdə, onlar tərəfindən yerinə yetirilən əməliyyatlar nəzərdə tutulur. Onda belə oxşarlığın səbəbi aydınlaşır. Bununla əlaqədar olaraq bankların kommersiya sahəsində yerinə yetirdiyi vəzifələri siyahısında aşağıdakılara rast gəlmək olar.
- müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi;
- dövlətin, müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların, hüquqi şəxslərin -
( firmalar, konsernlər, səhmdar cəmiyyətlər, kiçik müəssisələr, fermer təsərrüfatları və s. ) əhalinin – fiziki şəxslərin kreditləşdirilməsi;
- bilavasitə kommersiya əməliyyatları ilə bağlı məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi;
- təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi;
- müştərilərlə kassa –hesablaşma xidməti;
- emissiya təsisçilik və broker vəzifəsinin icrası;
- anderayter vəzifəsinin icrası.