MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə14/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
referat 387 (10)

Anderayter vəzifəsinin icrası ondan ibarətdir ki, anderaytinq qiymətli kağızın emitentdən alınması və mənfəət əldə edilməsi məqsədilə başqasına satılması deməkdir.
Bu əməliyyat ənənəvi bank xidmətlərindən risklidir. Buna görə 1933 –cü ildə ABŞ konqresi banklara eyni vaxtda investisiya və kommersiya əməliyyatları ilə bağlı məşğul olmağı qadağan etdi. Sonralar isə firmalar bank kreditləşməsindənsə, öz qiymətli kağızlarını emissiya edib yerləşdirməyi üstün tutdular. Banklar köhnə müştərilərini qaytarmaq üçün investisiya əməliyyatları ilə məşğul olmaq zərurətini aydınlaşdırdılar. Bu xidmət iri müəssisələrin birləşməsi, özəlləşmə proseslərinin sürətlənməsi nəticəsində artmağa meyl etdi.
Qeyd etmək lazımdır ki, bankların yerinə yetirdiyi bu vəzifələr onların kommersiya fəaliyyətindəki rolunu müəyyənləşdirir. Bankın rolu dedikdə, onun təyinatı, nəyin naminə yaranması, mövcud olması və inkişaf etməsi başa düşülür. Bankın vəzifələri kimi, onun rolu da özünəməxsusdur.
Bankların mübadilə sferasında fəaliyyət göstərdiyini nəzərə alsaq, onun iqtisadiyyata, xüsusilə kommersiya sahəsinə təsirinə və təyinatına hər şeydən əvvəl bu sferanın prizmasından baxmaq lazımdır.
Bankların təyinatı ticarətdə təkrar istehsal prosesinin fasiləsizliyini və sürətlənməsini təmin etmək üçün müvəqqəti sərbəst kapitalın və vəsaitlərin təmərküzləşməsindən, pul dövriyyəsini nizamlamaq və səmərələşdirməkdən ibarətdir.
Banklar sərbəst vəsaitlərin yığıcısı kimi çıxış edir, həmin vəsaitləri, əlavə pul vəsaitlərinə ehtiyacı olan təsərrüfat subyektlərinin müxtəlif ehtiyaclarının ödənilməsinə istiqamətləndirir. Kiçik hissələrlə toplanan müvəqqəti sərbəst vəsaitlər kiçik axınla banklara daxil olaraq böyük məbləğdə vəsaitlər ehtiyatına çevrilir. Vəsaitlərin təmərküzləşməsi, istehsalın tələbatın ödənilməsinə istiqamətlənməsi, onların sərəncamında olan artıq vəsaitlərin dövriyyəsi bankların iqtisadi aləmlə, ticarətlə qarşılıqlı fəaliyyətinin və əlaqəsinin mühüm atributu, əlamətidir. Banklar tərəfindən vəsaitlərin toplanması və sonrakı mərhələdə təkrar bölgüsü, nəinki, istehsalın və əmtəə dövriyyəsinin fasiləsizliyini təmin edir, həmçinin bütövlükdə təkrar istehsal prosesini sürətləndirir.
Bankların rolu şərti olaraq həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərdən keçirilməlidir. Kəmiyyət tərəfi bazara çıxarılmış və realizə edilən bank məhsulunun həcmi və müxtəlifliyi ilə müəyyənləşir. Praktiki olaraq kəmiyyət cəhətinə görə bankların rolu onların apardığı aktiv əməliyyatların həcmi ilə müəyyənləşdirilir. Bank statistikası bununla əlaqədar olaraq xalq təsərrüfatına qoyulan kreditlərin həcmini, iqtisadiyyatın ayrı –ayrı sektorları bölümündə, o cümlədən əhaliyə və müəssisələrə verilən qısamüddətli, uzunmüddətli kreditlər və s. şəklində əks etdirir. Apardığımız tədqiqata uyğun olaraq, ayrı –ayrı ölkələrin statistikası isə banklar tərəfindən kommersiya məqsədləri üçün verilən kreditləri aydın görməyə imkan yaradır.
Ümumilikdə bank fəaliyyətini ümumiqtisadi göstəricilərlə əlaqədə nəzərdən keçirmək, təhlil etmək lazımdır. Bank tədavül sferasında fəaliyyət göstərir, mühüm vəzifələri yerinə yetirir və o, xalq təsərrüfatının sahələrindən, bütövlükdə isə təkrar istehsal prosesindən təcrid edilmiş şəkildə fəaliyyət göstərə bilməz. Məhz elə bu mənada bankların rolunun bütövlükdə iqtisadiyyata təsirini təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün deyildir, çünki banklar öz məhsulunu təqdim etməklə iqtisadiyyatın sahələrinə kömək edərək onları inkişaf etdirir. Bankların roluna təkcə makro və mikro səviyyədə təqdim olunan ödəmə vəsaitlərinin kütləsinin buraxılışı və idarə olunması mövqeyindən baxılsa, bu yalnış və problemli bir məsələ olardı. Dövriyyəyə buraxılan pulun miqdarı ancaq bank tərəfindən hansı həcmdə əməliyyatların aparıldığını söbut edir. Bu cür əməliyyatsız mübadilə baş verə bilməz, istehsalın və əmtəə mübadiləsinin həcmi kəskin azalar. Ödəmə vəsaitlərinin buraxılışı bank fəaliyyətinin xarakterik cəhətidir. Amma banklarının rolunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi cəhətdən heç də demək olmaz ki, bu son nəticədir. Çünki ödəmə vəsaitlərinin buraxılışı iki mühüm cəhətə malikdir. Birincisi, onun kütləsi pul vahidinin sabitləşməsinə, ikincisi isə istehsalın səmərəliliyinə və əmtəə mübadiləsinə təsir edir. Hər iki cəhətin bankın təyinatının mənasını təşkil etməsinə baxmayaraq, bəzən praktikada onları bir –birinə əks mövqeli cəhətlər kimi təsəvvür edirlər. Banklar pulları dövriyyəyə buraxaraq onun istehsalata və əmtəə mübadiləsinə necə təsir etdiyini görməyə bilməz. Eyni zamanda dövriyyəyə lazım olduğundan artıq ödəmə vəsaitləri buraxıldıqda, bank bunun pul dövriyyəsinin sabitliyini pozmasını, inflyasiya yaratmasını, kapital və yığımı dəyərsizləşdirməsini, vəsaitlərin dövriyyə sürətinin azaltmasını görməyə bilməz. Həmçinin banklar, bəzən mübadilə üçün lazım olan pul vəsaitləri axınının süni surətdə yubadılmasının ödəmələrdə problemlər yaratdığını da görməyə bilməz. Belə ki, Azərbaycan Respublikasında da 90 –cı illərin əvvəllərində pul çap edilməməsi və dövriyyəyə pul buraxılışı nağd pul dövriyyəsinin tələbatından geri qaldığına görə ödəmələrdə müəyyən gecikdirilmə baş vermişdir. Respublika hökuməti qısa bir müddət ərzində məcburiyyət qarşısında qalaraq 1992 –ci ilin əvvəllərində istiqrazları pul əvəzi dövriyyəyə buraxdı. Güclü inflyasiya şəraitində kommersiya sahəsində, müəssisələr arasında ödəmələrin həyata keçirilməməsinin əsas səbəblərindən biri emissiyanın pul dövriyyəsinin tələblərindən geri qalması idi. Bu isə digər səbəblərlə yanaşı nəticədə istehsalın dayanmasına, bir çox sənaye məhsulu buraxılışının azalmasına gətirib çıxardı.
İqtisadiyyatda pul vahidinin sabitləşdirilməsi, onun kütləsinin xalq təsərrüfatının tələblərinə uyğunlaşdırılması ölkədə aparılan pul siyasətinin tarazlığının əsas göstəricisidir. Eyni zamanda bu siyasətin mühüm komponentlərindən biri də bankın iqtisadiyyatdakı təyinatını necə yerinə yetirməsidir. Artıq qeyd etdiyimiz kimi banklar mübadilə sferasında fəaliyyət göstərir. Mübadilə isə bildiyimiz kimi ictimai məhsulun istehsalı, bölgüsü və istehlakından kənarda, ayrılıqda mövcud ola bilməz. Çünki onlar ictimai təkrar istehsal prosesinin ayrılmaz hissələridir. Təkrar istehsal prosesi isə məhz ticarətin özülünü təşkil edir. Buna görə də makroiqtisadi səviyyədə bankların rolu, onların bütövlükdə iqtisadiyyata, xüsusən kommersiya fəaliyyətinə təsiri nəzərə alınmadan izah edilə bilməz. Bank mübadilə institutu olmaqla, təkcə bu məqsədə deyil, həmçinin bank xidmətləri istehlakçılarının son məqsədlərinə çatması üçün fəaliyyət göstərir. Bu səbəbdən də, bankların rolunu xarakterizə edərkən təkcə pul kütləsinin göstəriciləri ilə kifayətlənmək olmaz. Bununla yanaşı, bankın fəaliyyət həcminə ictimai məhsulun dövriyyəsi və artımının əldə olunmuş səviyyəsi ilə qarşılıqlı əlaqədə baxmaq lazımdır.
Bankların rolunu qiymətləndirərkən sonda onların ictimai təyinatını da qeyd etmək lazımdır. İctimai inkişafın keçid və dönüş mərhələsində, bir ictimai –iqtisadi quruluşdan digərinə, təsərrüfatçılığın bir sistemindən digərinə keçərkən bankların ictimai təyinatı özünü bir qədər mürəkkəb formada büruzə verir və sanki arxa plana çəkilir. Bəzi bankların fəaliyyətində, xüsusi mənfəət naminə işləmək ictimai maraqlara üstün gəlir. Çox vaxt nəyin bahasına, hətta müştərilərin zərərinə olsa da, xüsusi mənfəət əldə etmək arzusu iqtisadi normaların və qanunların pozulmasına gətirib çıxarır. Bir qayda olaraq öz fəaliyyətini ancaq kommersiya məqsədi ilə quran, öz maraqlarını müştərilərin maraqlarından, ictimai maraqlardan üstün tutan banklar iflasa məruz qalır. Müəssisələrin və əhalinin etimadını doğrultmayan belə bankların həmişə itkiləri çoxalır, onların yaşaması üçün çıxış yolu müştərilərin maraqlarına xidmət edən siyasətə keçiddədir.


    1. Yüklə 280,39 Kb.

      Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin