MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


FƏSİL I. Bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə2/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   2   3   4   5   6   7   8   9   ...   29
referat 387 (10)

FƏSİL I. Bazar iqtisadiyyatı və kommersiya strukturu
1.1 Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətinin inkişafı
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın təkmil inkişafı üçün sahibkarlığın əsaslı azad inkişafı üstün tutulur. Sivilizasiyalı inkişaf dövründə “sahibkarlıq” və “bazar” amilləri bir biri ilə qırılmaz vəhdət təşkil edir. Bu qırılmaz vəhdətin yaradılmasında kommersiya fəaliyyətinin rolu əvəzedilməzdir. Kommersiya fəaliyyətinin özünəməxsus cizgiləri bütün iqtisadi fəaliyyətlərdə əks olunur.
Kommersiya – ticarət sahibkarlığının və ya biznesin bir növüdür. Kommersiya latın mənşəli söz olub ( commersium ) hərfi mənası ticarət deməkdir. Lakin nəzərə almaq lazımdır ki, “ticarət “ termini ikili məna daşıyır : bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi səciyyələnir, digər tərəfdən isə əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsinə yönəlmiş mübadilə prosesini əks etdirir. Kommersiya fəaliyyəti ticarətin ikinci anlayışı- mənfəət əldə etmək məqsədilə alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət proseslərini özündə əks etdirir.
Kommersiya fəaliyyətinin bazar iqtisadiyyatı şəraitində müasir ticarət işinin qanunauyğunluqlarının və meyllərinin aşkar edilməsi və müəyyənləşdirilməsini əsas vəzifə kimi qarşıya qoymaqla, əmtəə tədavülü sferasında ticarət proseslərinin səmərəli yerinə yetirilməsi üçün bu qanuna uyğunluq və meyllərdən istifadə olunması məqsədini güdür.
Ticarətdə kommersiya işi ticarət müəssisə və təşkilatlarının əhalinin təlabatının ödənilməsi və mənfəət əldə edilməsi məqsədi ilə əmtəələrin alqı-satqı proseslərinin həyata keçirilməsinə yönəldilmiş operativ- təşkilati fəaliyyətinin geniş sferasını əhatə edir.
Kommersiya fəaliyyəti bir vaxta görülən ardıcıl və ya paralel əməliyyatları özündə cəmləşdirir. Hər bir biznes əməliyyyatı kommersiyanın həlledici tsikli sayılır. Belə əməliyyatları yerinə yetirmək üçün “biznes-sövdələşmələri” mövcuddur. Bu termin ətrafında qanuna zidd olmayan bütün sazişlər cəmlənir. Kommersiya sövdələşmələri iki və daha çox sahibkarın mənfəət əldə etmək məqsədilə qarşılıqlı şıfahi və ya yazılı sövdələşməsi nəzərdə tutulur.
İqtisadi cəhətdən kommersiya fəaliyyəti istehsal olunmuş hazır məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında əsas vasitəçi rol oynayır.
Kommersiya fəaliyyəti həm də müəyyən xidmət sahələri ilə əhatə olunmuşdur. Kommersiya sahəsində xidmətlər əsasən istehsalla bağlı olub birgə inkişaf etmişdir, buna misal olaraq əmtəələrin yeridilməsi, saxlanılması, çəkilib bükülməsi və s. bu xidmətlər yeni istehlak qiyməti yaratmayaraq sadəcə əmtəənin qiymətinə daxil olur.
Kommersiya fəaliyyəti müəssisə fəaliyyəti olub kompleks məsələlər həllinə istiqamətlənmiş ticarət işidir.
Kommersiya fəaliyyətinin əsas iştirakçıları müəssisələrlə yanaşı həm də istehlakçılardır. Müəyyən olunmuşdur ki, sahibkar üçün son sövdələşmə zamanı gəlir ( iqtisadi mənfəət ) əsasdırsa, istehlakçı üçün isə qazanc ona lazım olan keyfiyyətli əmtəə ( xidmət ) sayılır. İstehlakçı passiv alıcı olmayaraq, kommersiya fəaliyyətinin tamhüquqlu iştirakçısı olub onun tənzimlənməsində iştrak edir. Beləliklə mal verənlə pərakəndə ticarət həlqəsinin əsas subyekti istehlakçı sayılır.
Kommersiya məsələləri istehlak bazarının subyekti əsasında əhalinin tələbinin öyrənilməsinə yönəlməlidir. İstehlakçının əmtəə və xidmət üzərində olan marağı sahibkara əmtəə və xidmətlərə düzgün qiymət qoymağı və çeşid müxtəlifliyi amilinin nəzərdən keçirilərək formalaşmasına təsir edir.
İnzibati- amirlik sistemində mövcud idarəetmə metodları ona gətirib çıxarırdılar ki, ticarətdə kommersiya işi əsasən bölüşdürücü funksiayanı yerinə yrtirməklə məhdudlaşırdı. Yuxarıdan məhsul istehsalı üçün bir çox plan tapşırıqları verlirdi, həmçinin fondlar da rəhbərlik tərəfindən bölüşdürülürdü. Ticarət müəssisələrinin işçilərindən yalnız bu tapşırıqlara sözsüz əməl etmək tələb olunurdu.
Bazar münasibətlərinin və sahibkarlığın inkişafı, müəssisələrin tam təsərrüfat müstəqilliyinə, özünü maliyyələşdirmə və özünü idarəetmə sisteminə keçməsi kommersiya işinin prinsip və metodlarının, əmtəə resurslarının formalaşması qaydalarının köklü surətdə dəyişilməsinə gətirib çıxarmışdır. Bu prinsiplər əsasən aşağıdakı kimi xarakterizə olunur:
- Tərəf- müqabil, kontragent seçimində müstəqillik;
- Alış mənbələrinin ( mal göndərənlərin ) çoxluğu;
- Tərəf- müqabillərin iqtisadi bərabərliyi;
- Əmtəə alqı- satqısı və mal göndərilməsi proseslərinin öz-özünə nizamlanması və tənzimlənməsi;
- Qiymətqoymada müstəqillik;
- Malgöndərənlərlə alıcılar arasında rəqabət;
- Tərəflərin üzərinə götürdükləri öhdəliklərə görə ciddi maddi və maliyyə məsuliyyəti daşımaları.
Respublikamızın plan- bölüşdürücü sistemindən təsərrüfatçılığın bazar prinsiplərinə keçməsi kommersiya fəaliyyətinin metodlarına tezliklə yiyələnməyi tələb edir. Təəssüf ki, ticarətin inkişafının əsaslı strategiyasının olmaması , bazar münasibətlərinin hüquqi bazasının natamamlığı, dövlətin əmtəə-pul münasibətlərinin tənzimlənməsindən tam təcrid olunmaması bu sahədə böyük əngəllərin yaranmasına səbəb olmuşdur.
Normativ bazanın hazırlanmasının gecikdirilməsi , həddən artıq vergi təzyiqi, yerli istehsalçılara tam dəstəyin olmaması kommersiya fəaliyyətində bir sıra neqativ halların yaranmasına , “ gizli “ iqtisadiyyatın mövcudluğuna şərait yaratmışdır ki, bu da sivil kommersiya münasibətləri prinsiplərindən uzaqdır.
Bununla yanaşı , son dövrlərdə ölkənin hüquqi – qanunvericilik bazasının inkişafı əmtəə tədavülü sferasında kommersiya münasibətlərinin inkişafında pozitiv dəyişikliklərin baş verməsi üçün əlverişli şəraitin formalaşdırılması prosesi əhəmiyyətli dərəcədə sürətləndirilmişdir.
Ticarətin istehsalla qarşılıqlı əlaqələrinin iqtisadiyyatın inkişafında əvəzedilməz rolu vardır. Bazarda ticarətin yeri və rolu tələblə təklif arasında optimal nisbətin yaradılmasından çox asılıdır. Bazar münasibətləri şəraitində istehsal olunan məhsul o cümlədən izafi məhsulun reallaşdırılmasından mənfəət əldə edilməsi və təkrar istehsaldan və məhsul alıcıları olan əhalinin sosial iqtisadi münasibətlərindən çox asılıdır. Təəsüüf doğuran hal odur ki, dünya bazarı sisteminə keçid şəraitinin yarandığı bir dövrdə istehsal sahələrinin çox hissəsi dayanmışdır. Ona görə də ilk istehsal sahələrinin səmərəli işi təmin edilməlidir. Yalnız bundan sonra istehsalla istehlak arasında qarşılıqlı iqtisadi münasibətlər yaratmaq olar. Bazar münasibətləri şəraitində istehsalla ticarət arasında iqtisadi münasibətlərin xarakterik cəhətləri aşağıdakılardan ibarətdir.
- İstehsalla istehlakın qarşılıqlı surətdə öyrənilməsinin təmin edilməsi ;
- Tələb və təklifin nəticələrinə əsasən istehlak mallarına sifariş tələbnamələrinin
tərtibi;
- Sifariş tələbnamələr əsasında uyğun müəssisələr arasında müqavilələrin bağlanması;
- Uyğun istehsal proqramının hazırlanması ;
- Malların müqavilə şərtlərinə uyğun göndərilməsi və qəbul edilməsi işinin təşkili;
- Göndərilən və qəbul olunan malları dəyərinin ödənilməsi üzrə hesablaşmaların təşkili;
Dünya bazarı sisteminə keçid dövründə ticarət sahəsində biznesin inkişafı və istehsal sahələrinin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatına ciddi ziyan vermişdir. İstehsal yerli ehtiyyatlar hesabına nizama düşərsə ilk növbədə əhaliyə keyfiyyətli mal satışının səmərəli təşkili və alıcı tələbinə uyğun qurulması vacibdir. Bunun üçün əhalinin istehlak tələbi malları şəbəkəsinin mexanizmi yaranmalıdır. Eyni zamanda ticarət müddəti keçmiş və keyfiyyətsiz malların satışının qadağan edilməsi və belə hallara qarşı dünyanın inkişaf etmiş ölkələrində mövcud olan çox ciddi sərt cəza tədbirləri görülməsi qanunlardan istifadə edilməlidir.
Bazar iqtisadiyyatı şəraitində respublikamızda alqı işinin təşkili və texnologiyası köklü surətdə dəyişikilərə məruz qalmışdır : inzibati- amirlik iqtisadiyyatı dövründəki əmtəələrin göndərilməsi ciddi reqlamentləşdirilməsi, kommersiya işçilərin müstəqliyinin, təşəbbüskarlığının olmadığı dövrün əvəzinə azad bazar münasibətləri dövrü gəlmişdir ki, bu dövrdə də azad kommersiya fəaliyyətinin inkişafına təkan vermişdir.
Azərbaycanda kommersiya fəaliyyətini səmərəli həyata keçirmək üçün bazar amilini dərindən öyrənmək lazımdır.
Sağlam bazar təkmil rəqabət olan bazardır. Onun tərkib hissələri tələb-təklif və qiymətdir. Bu ünsürlər istehsalla istehlak arasında konkret əlaqələrin və kəmiyyət nisbətlərinin formalarını xarakterizə edir və həmin həmin sahələr arasında iqtisadi münasibətləri əks etdirir. Bazarın bu ünsürləri alqı satqıda iqtisadi münasibətlərin dinamikliyini əks etdirir.
Dünya bazar münasibətlərinin yaranması şəraitində mal tələbinin, tələb və təklifin, mal bolluğunun və onun qiymətlərinin bazar vasitəsilə nizamlanması fikirlərin əsaslı olması dünyanın inkişaf etmiş ölkələrində dövlət tənzimlənməsi şəraitində baş verə bilər. Bizim ölkəmizdə proqramsız və dövlət tənzimlənməsi olmadan iqtisadi bazara keçid şəraitində bunu düşünmək ağılsızlıqdır.
Təsərrüfatçılığın bazar şərtləri malgöndərənlərlə əmtəə alıcıları arasında kommersiya münasibətlərinin yeni tipinin yaranmasına səbəb olmuş, ticarət işçilərinin təşəbbüskarlığı və müstəqilliyi üçün geniş imkanlar açılmışdir.
Ticarət müəssisə və təşkilatlarının kommersiya işçilərinin aktual vəzifəsi milli istehsalçıların məhsullarının mal dövriyyəsinə cəlb edilməsindən ibarətdir.
Bununla əlaqədar , əmtəə istehsalçıları və mal göndərənlərlə müqavilə münasibətlərinin dairəsini genişləndirmək , mal göndərilməsi üzrə müqavilələrin səmərəliliyini və təsirinin artırmaq lazımdır. Malgöndərilməsi müqavilələri milli istehsala aktiv təsir göstərməlidir , bu da öz növbəsində , xalq istehlakı mallarının buraxılışının artırılmasına , onların ucuz alternativ xammaldan hazırlanmasına , əhali üçün optimal əmtəə çeşidinin formalaşdırılmasına gətirib çıxarmalıdır.
İstehsal ilə istehlak qarşılıqlı əlaqələrin həyata keçirilməsinin və bu əlaqələrin təkmilləşdirilməsinin milli məcmu məhsulun təkrar istehsalında böyük əhəmiyyəti vardır. İstehsal olunan məhsullar istehlakçıya çatdırılmazsa , istehlak baş verməz , istehsal prosesini təkrarlamaq olmaz. Başqa sözlə , istehsalın fasiləzliyini təmin etmək üçün zəruri şərt olan milli məcmu məhsulun realizə olunması nəinki həmin məhsulun dəyərinin ödənilməsini , eyni zamanda onun istehlakını da təmin etməlidir. Əslində bu əlaqələr təkrar istehsalın bölgü və mübadilə sahələri vasitəsi ilə həyata keçirilir. Burada xüsusən pullu mübadilə , yəni ticarət - kommersiya fəaliyyəti böyük əhəmiyyət kəsb edir, çünki məhz o , istehsalla və onun şərt olduğu bölgü ilə istehlak arasında , həm də əsas vasitəçi bir momentdir.
Ticarət həm istehsala , həm də istehlaka yaxındır. Ticarət mallara olan tələbin həcmini və strukturunu öyrənərək , cəmiyyət üçün nə qədər mal lazım olduğu haqda istehsala məlumat vermək üçün daha əlverişli imkana malikdir.
O, mallara artmaqda olan təlabatın həcmi və strukturunu öyrənərək , bir tərəfdən istehsal və istehlak arasında daha düzgün nisbətlər yaradılmasında istehsala (sahibkarlara, firma və şirkətlərə) komək edir , digər tərəfdən geniş təkrar istehsalı prosesinə nəzarət edilməsində ondan iqtisadi bir alət kimi istifadə edilir.
Kommersiya fəaliyyəti tələbin formalaşmasında , estetik zövqlərin inkişafında , yeni tipli , quruluşlu və modalı malların istehsalının mənimsənilməsində də mühüm rol oynayır. Bazarda yeni-yeni malların satışa çıxarılması və bu mallara təlabatın oyadılması, istehsalın və ticarətin durmadan inkişaf etdirilməsi şərtlərindən biridir.
Bu şərtə əməl olunması üçün əsas vasitəçi , habelə istehsalı şərtləndirən mühüm amillərdən biri olan kommersiya fəaliyyətinin istehsalla və sair kontragentlərlə təsərrüfat əlaqələri daim təkmilləşdirilməli , onların cəmiyyət qarşısında məsuliyyəti artırılmalıdır.
Bazar iqtisadiyyatı şəraitində kommersiya işinin keyfiyyəti biləvasitə azad satış qaydasında reallaşdırılan əmtəələri axtarıb tapmaq , sənaye və kənd təsərrüfatı müəssisələrini , kooperativləri , fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri əhali üçün zəruri olan əmtəə istehsalında maraqlandırmaq bacarığından asılıdır.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün kommersiya işçiləri öz iqtisadi rayonlarını və onun təbii sərvətlərini yaxşı tanımalı , sənayenin , kənd təsərrüfatının vəziyyətini , bölgə müəssisələrinin istehsal imkanlarını və onların istehsal etdikləri məmulatların çeşidini real qiymətləndirməlidirlər.
Malgöndərənləri və onların imkanlarını öyrənmək üçün kommersiya xidməti işçiləri əmtəə birjalarının , topdan yarmarkaların , satış – sərgilərin və ən yaxşı nümunələrin və yeni məmulatların baxış – sərgilərinin işində iştirak etməli , kütləvi informasiya vasitələrində reklam elanlarını diqqətdə saxlamalı , tələb və təklif bülletenlərində, birja məlumatlarında, prospekt, kataloq və s.Olan informasiyaları nəzərdən qaçırmamalıdırlar.
Müasir dövrdə ticarət təşkilatları və müəssisələrinin kommersiya iqtisadi – maliyyə əlaqələrinin müxtəlif formalarından istifadə etməklə ( barter , klirinq , sərbəst dönərli valyuta ilə hesablaşmalar və s. ) xarici iqtisadi fəaliyyətin əhatə dairəsinin genişlənməsinə kömək etməlidir.
Kommersiya işinin səviyyəsinin artırılması onun texnologiyasının daim təkmilləşdirilməsini , idarəetmənin yeni texnikasından , avtomatlaşdırılmış iş yerlərində istifadə olunmasını , kommersiya proseslərinin , o cümlədən əmtəələrin topdan və pərakəndə satışının idarə olunmasının kompüterləşməsini tələb edir.
Ticarətin təşkili və texnologiyası mal yeridilişi prosesinin , ticarət müəssisələri fəaliyyətinin təkmilləşdirilməsinə dair ümumnəzəri və metodoloji müddəalarına əsaslanır. Maddi istehsal sferasından istehlak sferasına mallar topdan və pərakəndə ticarət müəssisələri vasitəsi ilə keçərək müvafiq ticarət – texnoloji proseslər başa çatır. Mal yeridilişinin hər bir mərhələsində - istehsaldan ticarət müəssisələrinin anbarlarına daşınması, anbarlarda yerləşdirilməsi, qəbulu, saxlanılması, ticarət şəbəkəsinin mallarla təchiz edilməsi, mağazadaxili əməliyyatlar , malların alıcılara buraxılması və onlara əlavə xidmətlərin göstərilməsi müxtəlif əmək alətləri və vasitələri ilə həyata keçirilir.
Kommersiya əməliyyatlarının kompüterləşdirilməsi kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə informasiya sisteminin yaradılmasına imkan verir ki , bu da əmtəə tədavülü sferasında bazar , marketinq fəaliyyətinin texniki əsasını təşkil
edir.


    1. Yüklə 280,39 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin