MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Kommersiya fəaliyyətinin təşkilati- iqtisadi mexanizmi



Yüklə 280,39 Kb.
səhifə3/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   2   3   4   5   6   7   8   9   ...   29
referat 387 (10)

Kommersiya fəaliyyətinin təşkilati- iqtisadi mexanizmi

Hər bir elm sahəsində olduğu kimi kommersiyada da təşkilati mexanizm anlayışına geniş yer verilir. Kommersiya fəaliyyətinin bazar iqtisadiyyatı şəraitində təşkilati –iqtisadi mexanizmi dedikdə əsasən kommersiya fəaliyyətinin səmərəli həyata keçirilməsi və ahəngdar fəaliyyət göstərməsi üçün zəruri olan sistem elementləri nəzərdə tutulur.
Kommersiya fəaliyyətinin mexanizmini öyrənərkən onun obyekti və subyekti haqqında məlumatlı olmaq yerinə düşərdi.
Əmtəə, məhsul kommersiya fəaliyyətinin obyektidir və buna görə də istənilən əmtəə haqqında zəruri biliklərin olması yüksək ixtisaslı kommersant hazırlanması üçün vacib şərtlərdəndir. Əmtəə haqqında tarixən müxtəlif iqtisadçılar müxtəlif prizmadan çıxış etmişdilər. Məsələn, məşhur alim P. Struve qeyd etmişdir ki, məhsul (əmtəə) həmişə məhsulla dəyişdirilir. Əgər cəmiyyətdə məhsul tələbə müvafiq miqdarda, yəni ayrı –ayrı mallara olan tələbə proporsional miqdarda istehsal olunmuşdursa, həmin cəmiyyətdə məhsul artıqlığı olmayacaq, başqa sözlə, əmtəə mübadiləsi həyata keçiriləcək. K. Marks isə bildirmişdir ki, proporsional bölgüdə satış nəzəriyyəsi kapitalist təsərrüfatında, istehsal və istehlak arasında ona yad ahəngdarlıq bəxş edən apologetik burjua nəzəriyyəsidir. O, heç vaxt etiraf etməmişdir ki, kapitalist üsulu ilə istehsal olunan məhsullar həmişə tam həqiqi mənada realizə edilə bilər. Əksinə, onun bütün mübahisəsi belə fikir yürüdür ki, məhsulun satışı kapitalist cəmiyyətində xroniki və kəskin maneələrlə üzləşir.
Kommersiya fəaliyyətinin subyekti rolunda isə kommersiya fəaliyyətini həyata keçirən və həmin xidmətdən istifadə edən şəxslər nəzərdə tutulur. Bu şəxslər həm hüquqi, həm də fiziki şəxs olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilərlər. Onlara ümumi struktur halında baxdıqda, kommersiya fəaliyyətinin subyektlərini müəyyənləşdirmək olar:




Sxem 1.1. Kommersiya fəaliyyətinin subyektləri




Göründüyü kimi kommersiya fəaliyyətinin subyektləri müəyyən təşkilati –quruluş formasında fəaliyyət göstərirlər. Belə ki, onlar fərdi, tərəfdaşlıq, korporasiya formasında öz kommersiya fəaliyyətlərini təşkil edə bilərlər. Ümumilikdə kommersiya fəaliyyətinin təşkilati formalarının xarakteristikasına nəzər saldıqda:





Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin