MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Cədvəl 1.1. Kommersiya fəaliyyyətinin təşkilati formalarının xarateristikası



Yüklə 280,39 Kb.
səhifə4/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   2   3   4   5   6   7   8   9   ...   29
referat 387 (10)

Cədvəl 1.1. Kommersiya fəaliyyyətinin təşkilati formalarının xarateristikası
Kommersiya fəaliyyətinin təşkilində, məhsulun istehsaldan son istehlakçıya qədər çatdırılmasında, təsərrüfat subyektləri arasında olan münasibətlərin tənzimlənməsində malgöndərənlər də xüsusi çəkiyə malikdirlər. Malgöndərənlərin müxtəlifliyini nəzərə alaraq, onları müxtəlif əlamətlərinə görə ( funksional, ərazi, mülkiyyət formaları və s. ) bir neçə qrup üzrə təsnifləşdirmək olar.
Ümumiləşdirilmiş şəkildə bütün malgöndərənləri 2 qrup kateqoriyaya bölmək mümkündür : malgöndərən – istehsalçılar və malgöndərən-topdan müəssisələr.
Malgöndərən istehsalçılar – alıcıların tələbatını ödəmək məqsədilə istehlak təyinatlı müxtəlif çeşidli əmtəələr istehsal edən istehsal müəssisələri, firmaları, fərdi sahibkarlar və s. aid edilir.
Malgöndərən – topdan müəssisələr əmtəələri malgöndərən – istehsalçılardan , həmçinin topdan vasitəçilərdən alır və onları topdan alıcılara ( pərakəndə ticarət müəssisələrinə, agentlərə, brokerlərə, pərakəndə müəssisələrə və s. ) satır.
Kommersiya fəaliyyətinin əsas parametrlərinə topdan və pərakəndə satış, birjalar, auksionlar, yarmarkalar, lizinq, faktorinq və s.əməliyyatları göstərmək olar.
Pərakəndə ticarət: istehlakçılara satılan şəxsi və ailəvi istifadə üçün nəzərdə tutulan malların və xidmətlərin dəyərliliyini artıran bütün sahibkarlıq fəaliyyətinin məcmusundan ibarətdir.
Pərakəndə ticarət – şəxsi istifadə üçün nəzərdə tutulmuş, istehlakçılara malları və xidmətləri satan kompaniyalar, obyektlər və s. ibarətdir ki, onlar istehsal və alıcıları birləşdirən, bölgü kanallarında sonuncu halqadır. İstehsal firmaları malları hazırlayır, topdan və pərakəndə ticarətlə məşğul olan firmalara satır.Topdan firmalar bu malları pərakəndə ticarətə, onlar isə son istehlakçılara satır. Bəzi firmalar bir neçə mallar üzrə , digərləri isə geniş mal çeşidini əhatə edən mağazalar vasitəsi ilə pərakəndə ticarəti həyata keçirir. Digər firmalar isə univermaqlar və kataloqlar üzrə pərakəndə ticarəti həyata keçirir və s.
Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir:
- mağazalarda satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və proqnozlaşdırılması;
- mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması;
- pərakəndə ticarət müəssisələrinin reklam – informasiya fəaliyyəti;
- əmtəələrin pərakəndə satışının daha səmərəli metodunun seçilməsi;
- alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili.
Pərakəndə ticarətdə əmtəə satışının aşağıdakı metodları tətbiq olunur:
- Özünə xidmət : mütərəqqi metodlarla mal satışının əsas metodudur. Mal satışının bu metodunda alıcı ticarət zalında satışa qoyulmuş bütün mallara sərbəst yanaşılır. Mağazanın işçi heyətinin köməyinə müraciət etmədən müstəqil olaraq mal seçilir, mağazanın çıxışında qoyulmuş hesablaşma qovşağında seçdiyi malın dəyərini ödəyir.
- Ənənəvi metod vasitəsilə mallar satıcı tərəfindən alıcıya təqdim olunur, satıcının iş yeri alıcıdan piştaxta ilə ayrılır və hesablaşma satıcı tərəfindən aparılır.
- Pərakəndə mal satışının xüsusi formaları – kreditlə mal satışı, komission qaydada mal satışı, ucuzlaşdırılmış mal satışı.
- Malların açıq nümayişi və alıcıların əmtəələri sərbəst seçmək yolu ilə satış vaxtı alıcılar nümayiş zallarında olan əmtəələrə nəzər yetirərək və satıcıların məsləhəti ilə azad seçim edir.
- Əvvəlcədən verilmiş sifarişlər üzrə satış zamanı müəyyən müqavilələr və ya müqaviləsiz müəyyən həcmdə və müəyyən qiymətlə həyata keçirilən alqı-satqı metodu nəzərdə tutulur.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin