Topdan ticarət. Xalq istehlakı mallarının topdan ticarəti mal tədavülü prosesinin tərkib hissəsini təşkil edir. O, istehsal ilə pərakəndə ticarət arasında aralıq halqa olub, ölkədə səmərəli mal yeridilişinin təmin edilməsinə xidmət edir. Topdan ticarət istehsal ilə istehlak arasında əlaqə yaradılması və möhkəmləndirilməsində mühüm rol oynayır.
Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılara reallaşdırılmasını nəzərdə tutur ( müəssisələrə və ya fərdi şəxslərə sonradan yenə satmaq üçün ). Belə satışın nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz əksini tapır. Topdan maldövriyyəsi isə topdan müəssisənin fəaliyyətinin əsas göstəricilərindən biridir.
Əmtəənin topdan satışı iki formada həyata keçirilə bilər: tranzit formada, bu zaman topdan müəssisə əmtəələri öz anbarına daxil etmədən onların satışını aparır və ya əmtəələrin satışını öz anbarlarından həyata keçirir.
Ümumi şəkildə əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyətinin mahiyyəti aşağıdakı əsas əməliyyatların yerinə yetirilməsindən ibarətdir:
- əmtəələrin topdan alıcılarının tapılması (satış bazarının müəyyənləşdirilməsi );
- əmtəə alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması;
- əmtəələrin topdan satış formalarının və metodlarının seçilməsi;
- topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili;
- əmtəə alıcıları müqavilələrin yerinə yetirilməsi uçotunun təşkili;
- topdan müəssisələrin reklam - informasiya fəaliyyəti.
Bazar münasibətləri şəraitində topdan firmalar öz xüsusi mağazaları ( palatkaları ), anbarları vasitəsilə və ya avtomağazalardan istifadə etməklə əmtəələrin əhaliyə pərakəndə satışını da həyata keçirirlər. Bu hallarda topdan müəssisələr faktiki olaraq topdan – pərakəndə firmalara və ya ticarət evlərinə çevrilir.
Ümumiyyətlə kommersiya fəaliyyətinin inkişaf etdirilməsində topdan və pərakəndə ticarətin və onların tərkib elementlərinin nəzərdən keçirilməsi bazar iqtisadiyyatı dövründə mənfəətin artırılması və təkmilləşmək baxımdan məqsədəuyğundur.
Birja ticarəti:Birja- əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın və qiymətli kağızların alışında və satışında azad bazar münasibətləri formalaşdırılır.
“ Birja “ termini latın sözü olub ( bursa ) “ çanta “ mənasını daşıyır. XV əsrdə Niderlandın iri ticarət mərkəzi Brugge məhşur dəllal və pul dəyişən Van der Bursanın evinin qarşısındakı meydanda xarici veksellər əldə etmək və ticarət məlumatlarının mübadiləsi məqsədilə dünyanın müxtəlif ölkələrindən tacirlər yığılırdı. Beləliklə XV- XVI - əsrlərdə birjalar Hollandiya , İtaliya, İngiltərədə yaranmışdır.
Birjalar üçün standartlar üzrə ( müəyyən edilmiş sortlar ) və ya standart nümunələr üzrə ( taxıl, qənd, yun, pambıq, kauçuk, metallar) əmtəələrin alqı-satqısı xarakterikdir.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə birja ticarəti taxıl və digər kənd təsərrüfatı məhsulları, tikinti materialları, əlvan və qara metallar və digər əmtəə bazarlarının vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Birjaların müasir dövrdə satdığı əmtəələr və etdiyi sövdələşmələrdən asılı olaraq 3 növü mövcuddur :
- Faktorinq
- Əmtəə
- Fond birjaları