MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Strateji planlaşdırma və dinamizm prinsipi –



Yüklə 280,39 Kb.
səhifə10/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
referat 387 (10)

Strateji planlaşdırma və dinamizm prinsipi – bu prinsip nəzərdə tutur ki, idarəetmə fəaliyyəti yalnız cari və operativ məsələlərin həllinə deyil, həm də bankın strateji inkişafının təmin olunmasına yönəlmiş olsun. Çünki bankın hazırki fəaliyyətini gələcək fəaliyyətlə yalnız planlaşdırmanın müxtəlif növləri vasitəsilə əlaqələndirmək mümkündür.
Maddi və mənəvi həvəsləndirmə prinsipi – idarəetmənin maddi və mənəvi həvəsləndirmə prinsipinin məqsədəmüvafiq şəkildə həyata keçirilməsi bank fəaliyyətində səmərəliliyin yüksəldilməsi üçün əlahiddə əhəmiyyətə malikdir.
Şəxsi maddi həvəsləndirmə müvəffəqiyyətlə işləməyin başlıca şərtlərindəndir. Heç bir vaxt şəxsi ruh yüksəkliyi ilə uzun müddətli inkişafa malik olmaq mümkün deyil. Yalnız şəxsi maraq, şəxsi həvəsləndirmə, təsərrüfat hesabı prinsiplərini geniş tətbiq etməklə bu ruh yüksəkliyinin köməkliyi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkündür.
Mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə arasında optimal münasibətin yaradılması prinsipi – idarəetmə fəaliyyətinin vacib prinsipləri idarəetmənin təşkilati formasının əsasını təşkil edən mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə, onlar arasında optimal münasibətlərin yaradılmasıdır. Yəni idarəetmənin əsas prinsipi idarəetmədə mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə arasında optimal əlaqənin təmin edilməsidir. Bu prinsip müxtəlif idarəetmə səviyyələrində müəyyən konkret idarəetmə qərarlarının qəbul edilməsində səlahiyyətlərin bölünməsi probleminin həllini nəzərdə tutur. Bu münasibətlərin həllində optimal variant ondan ibarətdir ki, bankın ümumi məqsəd və strategiyası bütövlükdə mərkəzləşdirilmiş qaydada, operativ idarəetmənin isə çox ciddi qaydaya salınması və əlaqələndirilməsi, onların tamamilə təsərrüfat müstəqilliyinə malik olması prinsipi ilə həyata keçirilsin.
Qeyri –mərkəzləşdirmə deyəndə, operativ təsərrüfat məsələlərinin həlli barədə qərar qəbul edilməsi səlahiyyətinin təsərrüfat müstəqilliyi hüququndan istifadə edən bankın filiallarına verilməsi nəzərdə tutulur. Bu prinsip idarəetmənin bütün səviyyələri arasındakı əlaqələrin yüksək dərəcədə koordinasiya olunmasına, idarəetmə strukturunun bütün filiallarının rəhbərlik etdikləri sahənin fəaliyyətinə daha dərindən məsuliyyət daşımasına və bununla da bankın vahid bir orqanizm kimi fəaliyyətinə hərtərəfli şərait yaradır.
Qeyd etmək yerinə düşərdi ki, son illərdə Respublikanın kommersiya banklarında korporativ idarəetmə prinsiplərinə xüsusilə diqqət yetirilməkdədir. Kommersiya bankları ictimai mövqeyinə görə daha geniş əhali kütləsinə xidmət göstərdiyindən və onların fəaliyyət növləri daha riskli olduğundan Beynəlxalq Hesablaşmalar Bankının Bank nəzarəti üzrə komitəsi ( Bazel Komitəsi ) beynəlxalq təcrübə standartı hesab olunan “Bank nəzarətinin əsas prinsipləri”ndən bir neçəsində banklarda korporativ idarəetmənin tətbiqini və bu sistemlərin fəaliyyətinə nəzarəti ön plana çəkmişdir.
Azərbaycanda korporativ idarəetmənin prinsiplərinin tətbiqi təşəbbüsləri bir neçə il bundan əvvəl başlanmışdır. Buna misal olaraq 2004 –cü ilin martında Mülki Məcəlləyə edilmiş əlavə və dəyişiklikləri, habelə Qiymətli Kağızlar bazarı iştirakçılarının fəaliyyətini tənzimləyən bir çox normativ sənədləri göstərmək olar. Bank sistemində korporativ idarəetmə prinsiplərinin tətbiqi hələ 2002 –ci ildə Milli Bank tərəfindən ən mühüm strateji hədəf elan edilmişdir. Əlahiddə qanunvericilik əsasında fəaliyyət göstərdiyindən və kompakt olduğundan bank sektorunda bu prinsiplərin tətbiqi bütövlükdə iqtisadiyyatla müqayisədə daha asan başa gələ bilər. Bunu əsas götürərək, korporativ idarəetmənin bank sektorunda tətbiqi üçün qanunvericilik bazası formalaşdırılmışdır. Bank sistemində korporativ idarəetmənin tətbiqinin əsasları 2004 –cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarında səhmdarların hüquqlarının qorunması, maraqlı tərəflərin idarəetmə proseslərində iştirakı, şəffaflıq, daxili nəzarət sistemləri, auditlə bağlı tələblər və digər məsələlər məhz bu prinsiplərə əsasən müəyyən edilmişdir. Banklarda korporativ idarəetmənin tətbiqi Milli Bank tərəfindən prudensial tələb kimi müəyən edilmiş və bununla əlaqədar xüsusi metodoloji tövsiyyələr hazırlanmışdır.
Milli Bank banklarda korporativ idarəetməni –bankların strateji baxışı əsasında onların strateji vəzifələrinin müəyyən edilməsi, bütün idarəetmə səviyələrində dəqiq vəzifə bölgüsünün olması, bu vəzifələrin lazımınca icrası, idarəetmə orqanları üzvlərinin tutduğu vəzifələrinə uyğunluğu, risklərin səmərəli idarə edilməsi məqsədi ilə müfəssəl nəzarət sistemlərinin tətbiqi, habelə idarəetmənin şəffalığına nail olmaq üçün daxili və xarici auditdən istifadəni təmin edən prudensial idarəetmə üsulu kimi görür.
Qanunlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Milli Bank 2004 –cü ilin sonunda “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” qaydalarını, habelə banklarda tətbiq üçün tövsiyyə olunan “Strateji Planlaşdırma və Təşkilati Struktur”, “Maliyyə İdarəetməsi və Hesabatları”, “Risklərin İdarə Edilməsi”, “Daxili Audit”, “İnformasiya Texnologiyaları”, “İnsan Resursları və Riayət Olunma” standartlarını hazırlamış və banklara göndərmişdir.
“Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” qaydalarında bankda strateji planlaşdırma prosesinin təşkili, bankın idarə edilməsi, təşkilati strukturu və reqlamentinin tərtib olunması, Müşahidə Şurası, onun iclasları, inzibatçılarla münasibətlər, Audit və digər daxili komitələr, audit bölməsi, bankın icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri, maliyyə idarəedilməsi və hesabatlığı, maliyyə açıqlanması və şəffaflığı, inzibatçıların vəzifələrinin icrasına tələblər, əmək haqqı və mükafatlandırma sistemi, korporativ və etik dəyərlər, məsuliyyət kimi bölmələr daxil edilmişdir.
Strateji Planlaşdırma və Təşkilati Struktur” Standartının məqsədi mükəmməl prinsip və metodologiyaları əsas tutaraq hər bir banka aşağıdakılara nail olmaq üçün köməklik göstərməkdədir:
- Strateji baxışın müəyyən edilməsi və Missiya Hesabatının tərtib edilməsi;
- Bankın Strateji Baxışının həyata keçirilməsi üçün Strateji Planın hazırlanması;
- Strateji Planın tətbiqini dəstəkləyən təşkilati strukturun yaradılamsı və adekvat biznes fəaliyyətinin həyata keçirilməsi;
- Bankın fəaliyyət nəticələrinin Strateji Plana uyğun olub –olmamasına nəzarət edilməsi, bankın fəaliyyətinə və bazar şəraitinin inkişafına uyğun olaraq Strateji Planın yenidən qiymətləndirilməsi.
Maliyyə İdarəetməsi və Hesabatları” Standartının məqsədi banka maliyyə idarəetməsi və hesabatlar sahəsində prosedurların müəyyən edilməsində köməklik göstərməkdədir. Hər bir bank bu Standartı öz tələblərinə və vəziyyətinə uyğun olaraq tətbiq etməlidir.
Risklərin İdarə Edilməsi” Standartının məqsədi bankda risklərin idarə edilməsinin təşkilinə köməklik etmək və bu funksiya və prosedurları müəyyənləşdirməkdən ibarətdir. Hər bir bank bu Standartın müddəalarını fəaliyyəti nəticəsində üzləşdiyi risklərin növlərinə, xüsusiyyətlərinə və həcminə, həmçinin sağlam nəzarət mühitinə uyğun olaraq tətbiq etməlidir.
Daxili Audit” Standartının məqsədi hər bir banka qüvvədə olan qanun və normativ sənədlərə, həmçinin beynəlxalq praktikaya əsasən daxili auditin strukturunun yaradılmasına və prosedurların müəyyən edilməsinə köməklik göstərməkdir.
İnformasiya Texnologiyaları” Standartının məqsədi informasiya texnologiyalarının ( “İT” ) idarə edilməsi və nəzarəti , eləcə də İT ilə bağlı təhlükəsizlik sistemlərinin və prosedurların hazırlanmasında banka köməklik göstərməkdir. Bu Standart həmçinin banklara İT sistemlərinin texniki təsnifatı haqqında məlumat verir.
İnsan Resursları və Riayət Olunma” Standartının məqsədi Azərbaycan Respublikasının bütün bankları tərəfindən mövcud qanunlara və beynəlxalq təcrübəyə uyğun insan resurslarının idarə edilməsi prosedurlarını müəyyən etməkdə köməklik göstərməkdədir. Hər bir bank bu Standartı öz tələblərinə və vəziyyətinə uyğun olaraq tətbiq etməkdədir.
Qeyd etmək lazımdır ki, korporativ idarəetmə standartlarının tətbiqinə nəzarət hazırda daxili nəzarət çərçivəsində banklarda aparılan yoxlamaların tərkib hissəsinə çevrilmişdir. Milli Bank ölkənin bank sisteminin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə kommersiya banklarında korporativ idarəetmənin yaradılmasına xüsusi diqqət yetirilir və nəzarət prosedurları çərçivəsində bank səhmdarlarının və inzibatçılarının korporativ idarəetmə ilə bağlı qanunvericilikdə və Milli Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan müddəalara riayət edilməsini daim yoxlayır və qiymətləndirir. Milli Bank tərəfindən banklara verilən ümumi reytinq və xüsusən də “M” ( Menecment CAMEL ) kompanent reytinqi birbaşa banklarda korporativ idarəetmənin təşkilindən və keyfiyyətindən bilavasitə asılıdır.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin