Home –bankinq (ev –bank sistemi) xidmətinin inkişafının üç mərhələsi vardır:
- birinci mərhələ - PS bankinq - ikinci mərhələ - İnternet –bankinq - üçüncü mərhələ - telefon –bankinq PS bankinq sistemi. Bu cür əməliyyatların başlanğıcı 1983 –cü il hesab edilir. Çünki bu ildə Nottingam Building Societytikinti cəmiyyəti, British Telecom Britaniya telefonkompaniyası və Bank of Scotland Homelink sistemindən istifadə etməyə başladılar. Bu sistem vasitəsilə bankın müştəriləri evdən və ya ofisdən müxtəlif növlü əməliyyatlar (hesabların idarə edilməsi, hesab haqqında məlumatların əldə edilməsi, ödənişlərin həyata keçirilməsi və s.) həyata keçirə bilərlər.
İnternet –bankinq bank xidmətlərinin İnternet vasitəsilə əldə edilməsi sistemidir. İnternet vasitəsilə ilk bank xidməti XX əsrin 90 –cı illərinin ortalarında ABŞ –da həyata keçirilsə də, maliyyə biznesinin aləti kimi İnternetə maraq bütün dünyada sürətlə artmaqdadır. Statistikaya əsasən İnternet vasitəsilə bir müştəriyə xidmət filial istifadəçilərinin xidmətindən 14% ucuz başa gəlir. İnternet vasitəsilə bank xidmətlərindən istifadə edən hər bir müştəri ildə orta hesabla bankın xərclərini 565, 3 ABŞ dolları məbləğində azaltmış olur.
İnternet –bankinq aşağıdakı imkanları özündə əks etdirir:
pul köçürmələrinin həyata keçirilməsi; xarici valyutanın alqı –satqısı; müxtəlif növlü hesabların açılması; real vaxt rejimində daxil olmuş ödənişlər barədə informasiyanın əldə edilməsi; digər əlavə xidmətlər və s.
Wap bankinq mobil telefonlar vasitəsiləbank xidmətlərinin əldə edilməsi sistemidir. Telebank sisteminin tətbiqinin maksimal səmərəsinə onun plastik kartlarla inteqrasiyası sahəsində nail olunur. Müştəri məsafədən bilavasitə kart hesabından əməliyyatlar həyata keçirə bilər. Bu zaman kart vasitəsilə bankomatlardan nağd pulun çıxarılması, əllə ödəniş qəbzinin doldurulması, vaxt təyin etmək və banka gəlmək və s. bu kimi problemlərdən Telebank sistemindən istifadə etməklə qaçmaq olar.