MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə20/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   16   17   18   19   20   21   22   23   ...   29
referat 387 (10)

Elektron pullar pul vəsaitlərinin hesabdan hesaba köçürülməsinin, əmanətlər üzrə faizlərin hesablanmasının və digərlərin kağız daşıyıcılarının iştirakı olmadan elektrik siqnallarının ötürülməsi yolu ilə həyata keçirilməsidir. Banklararası pul köçürmələri adi bank şəbəkələrindən istifadə olunmaqla baş verir.
Ənənəvi bank xidmətlərinin göstərilməsində bank istehsalı olan, bank məhsulu olan qiymətli kağızların da mühüm əhəmiyyəti vardır. Məlum olduğu kimi, kommersiya bankları pul bazarında xüsusi borc öhdəlikləri sataraq vəsaitlər cəlb edirlər. Bankların cəlb olunmuş vəsaitlərinin bir hissəsini təşkil edən bu borc öhdəlikləri qiymətli kağızlar şəklində emissiya edilir. Depozitlərdən fərqli olaraq bu vəsaitlər bazarda satış yolu ilə əldə olunur. Onların cəlb olunması təşəbbüsü banklara məxsusdur və adətən belə əməliyyatları iri banklar aparırlar. Kommersiya bankları öz passivlərini formalaşdırmaq üçün səhm, istiqraz, veksel, çek kimi qiymətli kağızların emissiyasından istifadə edir. Bu qiymətli kağızların hər bir növünü buraxmaqla kommersiya bankları əlavə kapital cəlb edir, sonrakı fəaliyyətini təmin etmək üçün mənbə yaradır .
Səhm səhmdar banklar tərəfindən buraxılan qiymətli kağızdır. Səhm emissiyası nəticəsində banklar ilkin olaraq öz səhmdar kapitalını formalaşdırır, sonra isə bu yolla onun həcmini artırır. Səhm onun sahibinin sahmdar kapitala öz payını verdiyini təsdiq edir və sahibinə aşağıdakı hüquqları verir:

  1. Mülkiyyət hüququ;

  2. Səhmdar bankın idarə edilməsində iştirak etmək;

  3. Mənfəətin bir hissəsini divident şəklində almaq;

  4. Bazarda qiymətli kağızları satmaq.

İstiqraz qiymətli kağızların geniş yayılmış formalarından biridir. O, emitent borc öhdəliyidir. İstiqraz səhmdən fərqli olaraq ödənilmə müddətinə malikdir. İstiqrazlar üzrə faizlər dividendlərin hesablanması və ödənilməsinə qədər verilir. Emitent iflasa uğradıqda onun əmlakı ilə növbədə emissiya olunmuş istiqrazlar üzrə borcların ödənilməsinə yönəldilir. İstiqrazların pul vəsaitlərinin cəlb edilməsi məqsədilə buraxılması emitentlərin istiqrazları alan müştərilər tərəfindən kreditləşdirilməsi imkanı yaradır.
Veksel müəyyən qaydada yazılı şəkildə tərtib olunan borc öhdəliyi formasıdır. Veksel, verildiyi şəxsə onun üzərində güstərilmiş vaxtda müəyyənləşmiş şərtlər daxilində borcları geri almaq hüququnu verir.
Vekselin bir çox formaları mövcuddur: adi veksel, köçürmə vekseli, saxta veksel, təyinatlı veksel, xəzinə vekseli, təqdimatlı veksel, müddətli veksel və s. Lakin ən əvvəl veksellər öz xarakterinə görə əmtəə və maliyyə veksellərinə ayrılırlar. Əmtəə vekseli əmtəələrin hərəkəti ilə, maliyyə vekseli isə pul vəsaitlərinin hərəkəti ilə bağlıdır. Banklar ancaq maliyyə vekselinin emissiyası ilə məşğul olurlar.
Çek müəyyən edilmiş formada istifadə edilən qiymətli kağızların geniş yayılmış formasıdır. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1049 –cu maddəsində göstərilir ki, çek orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çekverənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı sərəncamından ibarətdir.
Hal –hazırda təcrübədə çeklərin iki formasından istifadə olunur: a) nağd pulların alınması üçün istifadə olunan pul çekləri, b) nağdsız hesablaşmaların aparılması üçün istifadə olunan hesablaşma çekləri.
Banklar tərəfindən buraxılan ən geniş yayılmış çek forması nağdsız hesablaşmalarda istifadə olunan yol çekləridir. Bütün dünyada nağd pul vəsaitlərinin analoqu kimi geniş istifadə olunan yol çeklərinin bir çox üstünlükləri vardır. Məhz hal –hazırda ən geniş yayılmış yol çeki forması “Amex”dir. Hazırda bütün dünya üzrə bu çeklər nağd pul vəsaitləri ilə bərabər səviyyədə yüz minlərlə restoran, mehmanxana, avtomobil kirayəsi, xidmət məntəqələri, həmçinin mağaza və supermarketlərdə ödəniş vasitələri kimi qəbul olunur. Bununla yanaşı, xüsusilə qərb ölkələri və Rusiyada ”Amex” çekləri insanların evində nağd pulların “yerini tədricən tutmaqdadır” və bu tendensiya getdikcə daha geniş miqyas alır.
Son zamanlar bankların həyata keçirdiyi xidmətlər sırasında qeyri -ənənəvi xidmətlərin də xüsusi çəkisi artmaqdadır. Bankların həyata keçirdiyi qeyri -ənənəvi bank xidmətlərinə yuxarıda qeyd etdiyimiz kimi lizinq, trast əməliyyatları, faktorinq, forfatinq aid edilir.
Lizinq haqqında birinci fəsildə müəyyən qədər məlumat verməyə çalışmışdıq. Lizinq xidməti öz iqtisadi mahiyyətinə görə aktiv xidmət növü sayılsa da, təşkilati formasına görə bankın vasitəçilik xidmətləri siyahısına aid edilə bilər. Lizinq lizinq verənin müəyyən əşyanı müqavilə ilə şərtləndirilmiş müddətə lizinq alanın istifadəsinə verməsidir. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 747.1).
Lizinq həyata keçirilmə müddətinə görə digər icarə növlərindən fərqlənir:
- rentinq (qısamüddətli) –müddəti 1 gündən 1 ilə kimi;
- xayrinq (ortamüddətli) –müddəti 1 ildən 3 ilə kimi;
- lizinq (uzunmüddətli) –müddəti 3 ildən 20 ilə kimi.
Lizinqin icarəyə oxşarlığı olsa da, fərqli cəhətləri də mövcuddur. Lizinqin icarənin digər formalarından əsas fərqi istifadəyə icarədar tərəfindən istismar olunan avadanlıqların deyil, yeni maddi qiymətlilərin verilməsidir. Digər bir fərqli cəhət ondan ibarətdir ki, müvafiq münasibətlər çərçivəsində lizinq verən və lizinq götürənlə yanaşı, lizinq predmetini göndərən də iştirak edir. Lizinq əməliyyatı uzunmüddətli kreditləşmənin alternativi sayılır, uzunmüddətli kreditlərdən fərqli olaraq yalnız natura formasında olur.
Bankın həyata keçirdiyi qeyri -ənənəvi xidmətlərdən biri onun trast xidmətidir. Müasir şəraitdə inkişaf etmiş ölkələrdə əhalinin vəsaitlərinin cəlb edilməsində trast xidmətinin həyata keçirilməsi iqtisadiyyatın çiçəklənən seqmentinə çecvrilməkdədir.
Trast ingiliscə trust sözündən götürülmüşdür, mənası inam , etibar deməkdir. Trast xidməti dedikdə müştərinin tapşırığı ilə onun xeyrinə etibarlı şəxsin hüquqları əsasında əmlakının idarə olunması və digər xidmətlərin göstərilməsi sahəsində bankların və ya digər maliyyə təşkilatlarının xidmətləri başa düşülür. Yəni banklar müqavilə əsasında müştərilərin tapşırığı ilə onların vəsaitlərinin (əmlak, qiymətli kağızlar və s.) idarə edilməsini həyata keçirirlər. Bank bu əmlakı saxlamaq və vəsiyyətnamə əsasında idarə etməklə müştəri üçün trast xidmətini yerinə yetirir. Trast xidməti vasitəçilik xarakteri daşıyır.
Kommersiya banklarının müasir şəraitdə ən geniş yayılmış vasitəçilik xidmətlərindən biri faktorinqdir. Faktorinq (Factor sözü ingilis dilindən götürülüb, tərcüməsi agent, vasitəçi deməkdir) ticarət –komisyon xidmətinin növlərindən biri olmaqla müştərilərin dövriyyə kapitalının kreditləşdirilməsinə xidmət edir. Faktorinq xidməti zamanı bank malgöndərənin tələblərini təmin edərək ondan malalana qarşı yönəldilən ödəniş tələbnaməsi hüququnu əldə edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655 –ci maddəsinə uyğun olaraq faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirməkdir. Faktorinq müqaviləsinə görə, bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin