MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə23/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   19   20   21   22   23   24   25   26   ...   29
referat 387 (10)

Bank olmayan kredit təşkilatı –ayrı –ayrı bank əməliyyaylarını həyata keçirmək üçün Milli Bankdan lisenziya almış hüquqi şəxslərdir. Öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olamqla) yalnız pul formasından kreditlər verməklə məşğul olur.
Bankın filialı –hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəliklər üzrə bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bir bölməsidir.
Xarici bankın filialı –xarici bankın qeydə alındığı ölkədə ona icazə verilmiş bank əməliyyatlarını Milli Bankın lisenziyası ilə müəyyən həcmdə xarici bankın adından Azərbaycan Respublikasında həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.
Bank holdinqi şirkəti –bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.
Bankın şöbəsi –hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən, kredit verən, köçürmə, hesablaşma –kassa əməliyyatlarını aparan ayrıca bölməsidir.
Kredit ittifaqları –kredit birlikləri mənfəət məqsədi daşımırlar və fəaliyyətləri sadəcə üzvləri ilə məhdudlaşır. Üzvləri hər hansı bir borclanma sənədləri ilə birliklərin ortağıdır. Kredit ittifaqları daha çox üzvlərin istehlak kreditləri ehtiyacına yardım edirlər. Kredit ittifaqları ortaqlıq anlaşması təməlinə söykənirlər. Kredit birliklərində istehlakçılar finansmana çevrilirlər, ancaq kommersiya banklarında belə bir durun yoxdur. Modern bir kredit ittifaqı hər hansı bir kommersiya bankının verdiyi bütün xidmətləri verə bilir. Kredit birlikləri kommersiya bankları kimi çalışırlar. Kredit ittifaqları ilə digər əmanət quruluşları arasındakı təməl fərq göstərdikləri xidmətlərlə bağlıdır. Kredit ittifaqları mənfəət əldə etmək məqsədilə qurulmamışdır. Kredit birlikləri vergidən azad yardım alan qurumdur və yatırılan əmanətlərlə səhmdara çevrilir və faiz ödəmələri mənfəət payı olaraq üzvlərə verilir. Kredit ittifaqlarında çalışanların əksəriyyəti maaşsız işləyir. Kredit ittifaqlarının kreditlərinin 60% -ə yaxını ittifaqın üzvlərinə açılır. Kredit ittifaqlarının aktiv hissəsində qiymətli kağızlara yatırımlar da yer alır. Azərbaycan Respublikasında “kredit ittifaqları haqqında” Qanun 2 may 2000 –ci ildə qəbul edilmişdir və kredit ittifaqları könüllü, mənafe əsasında birləşən fiziki şəxslərin, kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
Əmanət Kredit birlikləri -150 il bundan öncə yaranmalarına baxmayaraq onların tam mənada inkişafı II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Əmanət Kredit birlikləri banklara qarşı rəqib olaraq ən ciddi qurumlardır. Əmanət Kredit birlikləri mənzil tikintisi sahəsinin finansmanı mövzusunda ixtisaslaşır və bunların xidmətindən başlıca olaraq orta gəlirə sahib olan fərdlər istifadə edir. Əmanət Kredit birliklərinin balansının aktivində ən böyük payı kreditlər və ipotekə əsaslanan qiymətli kağızlar təşkil edir. (ümumi aktivlərin 70% -i). Son vaxtlar ipotekə əsaslanan qiymətli kağızlar artmağa meyllidir, çünki onlar ipotekə görə daha asan satılmağa başlamışdır. Əmanət Kredit birlikləri məcburi ehtiyat normalarına tabedirlər. Buna əsasən kredit birlikləri nağd pul, nağd və mərkəzi bankda əmanət olaraq tutmaq məburiyyətindədir.
Finans şirkətləri öz varlıq və borclarına əsaslanıb qiymətli kağızlar ixrac etməklə və topladıqları fondları birbaşa olaraq nağd kredit istəyən istehlakçılara və ya istehlak mallarının finansmanı üçün şirkətlərə qısa və uzunmüddətli kredit təklif edən finans qurumlarıdır. Ümumiyyətlə, finans şirkətləri, hər hansı bir yerdən ucuz kredit əldə edə bilməyən kommersiya şirkətləri və fərdlərin qısa –ortamüddətli kreditlərə olan ehtiyacını ödəməyə yardımçı olur. Finans şirkətlərinin, banklardan fərqli olaraq, kiçik əmanətləri toplamaq yerinə, kapital bazarına qiymətli kağız satar və ya onları banklardan borc alaraq əldə edər. Adətən, finans şirkətləri istehlakçıya kredit verir. Məsələn, ABŞ –ın “General motors” avtomobil korporasiyası maşınları tez satmaq məqsədilə “General motors akseptans korporation” finans şirkəti təsis etmiş və beləliklə, maşınları kreditə satmaq onun realizasiyasını gücləndirmişdir.
İstər bank, istərsə də bank olmayan kredit təşkilatlarınnın strukturuna nəzər saldıqda görmək olar ki, əgər müstəqilliyin ilk illərində onların sayı yalnız kəmiyyət tərəfindən çoxalırdırsa, müasir dövrümüzdə kredit sistemi kəmiyyət tərəfdən çoxalmaqla yanaşı, keyfiyyətli xidmət göstərməkdə də xeyli ixtisaslaşmışdır. Ümumilikdə 2003 -2009 –cu illərin kredit sisteminə nəzər saldıqda, onun xeyli inkişaf etdiyini və srtukturunun genişləndiyini söyləmək olar:







Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin