MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə27/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   21   22   23   24   25   26   27   28   29
referat 387 (10)

Beynəlxalq İnkişaf Assosiyasiyası (BİA) (İnternational Development Asosciation, İDA), 1960 –cı ildə BYİB –nin filialı kimi ölkələrin (daha az inkişaf etmiş və İEOÖ) güzəştli şərtlərlə (uzun müddətə və güzəşt dövrü 10 il) kreditləşdirilməsi ilə yaradılmışdır. Adətən kreditin təqdim olunmasına görə BİA yalnız 0.75% həcmində adminstrativ xərclər üçün komission haqq alır. BİA istifadəyə başlandığı dövrün 11 –ci ilindən qaytarılmağa başlanması şərti ilə 50 il
müddətinə kredit faizsiz təqdim edir. Kreditin məqsədi İEÖ –dən, İEOÖ -ə kommersiya sahəsində məhsul ixracının stimullaşdırılmasıdır. BİA 3 ildən bir maliyyələşir (adətən İEÖ tərəfindən). BİA kreditləri yalnız adambaşına düşən ÜDM –nin orta səviyyəsi 480 dollar və daha aşağı olan kasıb ölkələrə təqdim edir.
Avropa Yenidənqurma və İnkişaf Bankı, AYİB (European Bank Reconstruction and Development, EBRD) - 1990 –cı ildə Şərqi və Mərkəzi Avropa ölkələrində, o cümlədən keçmiş SSRİ ərazisindəki ölkələrin iqtisadiyyatını maliyyələşdirmək məqsədilə yaradılmışdır. AYİB –nin 2 operativ departamenti var: “İşgüzar (kommersiya) bank və “İnkişaf bankı”. “İşgüzar bank” vasitəsilə kommersiya sahəsində özəl müəssisələrin layihələrinin maliyələşdirilməsi həyata keçirilir. “İnkişaf bankı” bazar iqtisadiyyatının infrastrukturunun inkişafı ilə bağlı layihələr, o cümlədən bank sektorundakı layihələri maliyyələşdirir. Hal –hazırda bankın üzvləri bütün Avropa və MDB ölkələridir. AYİB–nin kapitalının həcmi isə 20 mlrd dollardır. Xüsusilə ölkələrin ticarət sahəsinin maliyyələşdirilməsində AYİB –nin müstəsna əhəmiyəti vardır. Belə ki, 1999 –cu ildə AYİB Mərkəzi və Şərqi Avropa, o cümlədən MDB ölkələrinin yerli banklarının ticarət fəaliyətinə təsir göstərmək üçün yeni proqram hazırlamışdır. Proramın məqsədi –regionlarda daimi dəyişən iqtisadi mühitin və sosial şəraitin tələblərinə cavab verməkdir. AYİB –nin bank fəaliyyətinin sxemi elastik və operativ elementlərə malikdir. Yerli bankların ticarət fəaliyyətinə təsir göstərməyi nəzərdə tutan proqramın üstünlükləri aşağıdakılardır:
- AYİB akkreditivlərin ödənilməsinə və digər köçürmə və emitent bankların sadə vekselləri üzrə ödənişlərə zəmanət təqdim edir.
- Emitent –banklara təqdim olunan ticarətin bütün xəttlər üzrə maliyyələşdirilməsi daimi deyil. AYİB istənilən vaxt bunu dəyişdirə və ya tamamilə ləğv edə bilər. Bu isə o deməkdir ki, emitent banklardan öhdəlik üçün və birdəfəlik komissiya haqqları çıxılmır.
- AYİB –nin zəmanətinə görə komission qoyuluşları üzən valyuta ilə və AYİB –nin zəmanət verdiyi hər bir ticarət –maliyyə vasitəsi üçün müəyyən olunur.
- Balans kreditəşdirilməsi ilə yanaşı AYİB bir sıra yerli bankların yerli ticarət müəssisələrini kreditləşdirmək üçün qısamüddətli yeniləşən ixrac öncəsi kreditlər də təqdim edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 1997 –ci ildə mənzil qərargahı Yunanıstanda olmaqla yaradılmışdır. QDTİB –nın məqsədi regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrində layihələri maliyyələşdirilməsində və səhm kapitalında iştirakla bağlı layihələrin reallaşmasını həyata keçirməkdir. Üzv ölkələri əsasən Balkan və MDB ölkələrindən təşkil olunmuşdur. Respublikamızda da kredit qoyuluşlarında öz fəallığı ilə seçilən QDTİB 2002 –ci ildə nizamnamə kapitalı 6.85 milyon ABŞ dolları olan Azərbaycan Mikromaliyyələşdirmə Bankının yaradılmasında 1.25 milyon ABŞ dolları vəsaitlə iştirak etmişdir. 2006-cı ildə Bankın səhm kapitalı səhmdarların hesabına artırılaraq 11 mln AZN olmuşdur. Hazırda QDTİB Azərbaycan Mikromaliyyələşdirmə Bankının 20 % səhm kapitalına malikdir.
QDTİB ixrac-idxal əməliyyatlarının maliyyələşşdirilməsini həm vasitəçi maliyyə institutlarına (əsasən kommersiya banklarına) verilən kredit xətləri, həm də ixracatçı və idxalatçıların birbaşa kreditləşdirilməsi vasitəsilə həyata keçirir. Bu zaman Bank aşağıdakı alətlərdən istifadə edir:
- İxracdan əvvəl maliyyələşdirmə üçün bank kredit xətləri;
- İdxalın qısa və uzunmüddətli maliyyələşdirilməsi üçün bank kredit xətləri;
- Ayrı-ayrı ixracatçı və idxalatçıların ortamüddətli maliyyələşdirilməsi;
- Ticarət əməliyyatlarının maliyyələşdirilməsində iştirak.
Maliyyələşmə obyektinin növündən asılı olaraq kreditlərin müddəti 180 gündən 3-5 ilə qədər ola bilər. QDTİB ticarət kontraktının dəyərinin 100 faizə qədərini ödəyə bilər.
Avropa İnvestisiya Bankı, AİB (European İnvestment Bank, EİB) regional tələblərə xidmət edən hökümətlərarası institutlardan biridir. O, 1958 –ci ildə Avropa İqtisadi Birliyinin bazası əsasında yaradılmışdır. Respublikamız da 2001 –ci ildən bu təşkilatın üzvüdür. AİB Avropa Birliyi ölkələrinin regional kredit institutudur. Bankın vəzifəsi AB –nin nisbətən az inkişaf etmiş regionlarının və AB ilə əlaqəsi olan 70 digər ölkənin iqtisadi inkişafını sürətləndirmək üçün uzunmüddətli kreditlərin (7 ildən 20 ilədək) təqdim edilməsidir. Əsas məqsəd –istehsal müəssisələrindəki qeyri –bərabərliklə yanaşı, əsas güclərin paylaşdırılmasındakı qeyri bərabərliyi də azaltmaqdır. Öz statusuna uyğun olaraq AİB ancaq üzv ölkələrin hökumətlərinə, həmin ölkələrin dövlət və özəl müəssisələrinə, həmçinin AB ilə müxtəlif müqavilələrə əsasən əlaqəsi olan dövlətlərə borc verə bilər.
Yuxarıda qeyd etdiyimiz təşkilatlar beynəlxalq kredit sistemində mühüm rol oynamaqla, Respublikamızda da real sektorun maliyyələşməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Lakin bununla yanaşı ayrı –ayrı ölkələrin müxtəlif kredit təşkilatları da Respublikamızda, xüsusilə ticarət sahəsinin maliyyələşməsində mühüm rol oynamaqdadırlar. Respublikaya yatırılan investisiya kreditlərinin həcminə görə ilk üç yer Türkiyə, ABŞ və Almaniya kredit təşkilatlarının payına düşür.
Türk Eximbank iqtisadiyyatın maliyyələşdirilməsində ümumilikdə Azərbaycan Beynəlxalq Bankına hökumət zəmanəti ilə verilmiş kredit xəttini 250 milyon dollara qədər artırmış və bu kreditin də 20% -dən çox hissəsi ticarətin maliyyələşdirilməsinə sərf olunmuşdur. Artıq bu kreditin 92 milyonu isə bu günə kimi ödənilmişdir.
ABŞ –ın USAID təşkilatının Azərbaycana sərf etdiyi yardım və kreditlər isə əsasən dörd sahədə cəmləşmişdi ki, burada da əsas yeri məhz kiçik və orta sahibkarlığın inkişafı, iqtisadi islatahlar, demokratiya və idarəçilik, habelə məcburi köçkünlər üçün humanitar yardımlar göstərilməsi təşkil edir.
Almaniya dövləti isə Kreditanstalt fur Wiederaufbau (KfW) vasitəsilə həyata keçirdiyi maliyyə əməkdaşlığı çərçivəsində Azərbaycana təqribən 72 milyon avro dəyərində investisiya krediti yatırmış və növbəti iki il ərzində bu məbləği 90 milyona çatdırmaq niyyətindədir. Bu məbləğin isə 20 milyona qədəri məhz kiçik və orta sahibkarlığın inkişafına sərf olunması planlaşdırılır.
Ümumilikdə Respublikaya xarici kredit təşkilatları tərəfindən yatırılan investisiya kreditlərinin həcmində artım müşahidə olunmaqdadır. Əgər 2008 –ci il ilə 2009 –cu ili müqayisə etsək kredit qoyuluşlarının həcmində xeyli artım müşahidə olunduğunu görə bilərik. İldən –ilə real sektora xarici kredit təşkilatları tərəfindən yatırılan investisiya kreditlərinin strukturunda məhz kommersiya sahəsinə yatırılmış kreditlər nəzərə çarpacaq dərəcədə üstünlük təşkil edir.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin