MüNDƏRİcat giRİŞ


II Balkan savaşının nəticələri və bu savaşların beynəlxalq vəziyyətə təsiri



Yüklə 466,04 Kb.
səhifə6/8
tarix19.05.2023
ölçüsü466,04 Kb.
#118101
1   2   3   4   5   6   7   8
Kurs işi son variant

II Balkan savaşının nəticələri və bu savaşların beynəlxalq vəziyyətə təsiri

İkinci Balkan müharibəsi Buxarest sülh müqaviləsi ilə başa çatdı. Lakin bu müharibə Balkanlardakı qüvvələr nisbətini dəyişdirdi. Vahid Balkan dövlətləri ittifaqı parçalandı və iki əsas qruplaşma yarandı. Bir tərəf Serbiya, Yunanıstan və Rumıniya, digər tərəfdə isə Bolqarıstan və Osmanlı dövləti var idi. Balkan ittifaqının dağılması, əslində Avstriya-Macarıstan və Almaniya üçün xeyirli idi.
Bununla belə Balkanlardakı vəziyyət sakitləşmədi. Müharibədən sonra Serbiya dövləti ən böyük istəyini-Adriatik dənizinə çıxış əldə etmək istəyirdi. Albaniya məsələsi isə digər tərəfdən altı böyük güc dövlətin ixtiyarına verilmişdi. Rusiya və Fransa eyni mövqedən yanaşaraq Serbiya və Yunanıstanı sərhədlərin bölüşdürülməsi məsələsində müdafiə edirdi. Almaniya, İtaliya və Avstriya-Macarıstan isə Bolqarıstanı müdafiə edirdi. Sonradan İngiltərədə də bu dövlətlərlə eyni mövqedən çıxış etməyə başladı.
10 avqust 1913-cü ildə sərhədlər məsələsində iki komissiya yaradıldı. Digər tərəfdən Bolqarıstanla Osmanlı dövləti arasında 29 sentyabr 1913-cü ildə İstanbul müqaviləsi imzalandı. 20 maddə və 4 əlavədən ibarət olan İstanbul müqaviləsinə görə:

  1. Bolqarıstan Kırklarəli, Dimetona və Ədirnəni Osmanlıya geri verdi

  2. Osmanlı və Bolqarıstan arasındakı sərhəd Meriç çayı boyunca müəyyənləşdirildi

  3. Bolqarıstanda qalan türklər bolqarlarla eyni hüquqlara sahib olacaq və 4 il müddətində istəyənlər Osmanlıya köç edə bilərdilər

1913-cü ilin 14 oktyabrında oxşar formada Osmanlı dövləti ilə Yunanıstan arasında Atina barışıq müqaviləsi imzalandı. Bu müqavilənin imzalanması isə Osmanlı Dövləti Yunanıstanın Balkanlarda tutduğu torpaqlar ilə Qrit adasının bu dövlətə aid olduğunu rəsmən qəbul etdi. Həmçinin Yunanıstanda qalan türklərin hüquqları və vəziyyətləri buy müqavilə ilə müyyənləşdirildi. Lakin 30 may 1913-cü il London müqaviləsinin beşinci maddəsinə görə, Egey adaları Böyük dövlətlərin qərarında olduğu üçün bu problem Osmanlı-Yunanıstan müqaviləsində yer almadı. Beləliklə Osmanlı dövləti bu qərarı qəbul etdiyini bir daha göstərmiş oldu. Amma Osmanlı dövləti bu adaların Yunanıstana buraxılmasına çəkindiyindən 1913-cü ilin 22-23 dekabr tarixində Böyük Dövlətlərə Osmanlı sahillərinə yaxın Midilli və Saqqız adasını Yunanıstana buraxılmayacağını və bu adaları geri almaq üçün əlindən gələni edəcəyini bildirdi. Lakin Avropa dövlətləri xüsusilə Fransanın sərt mövqeyi ilə bu baş tutmadı.
Böyük Dövlətlər 1914-cü ilin 14 fevral tarixində bir notayla Osmanlı dövlətinə Egey adaları haqqındakı qərarlarını göstərdilər. Buna görə Meis adası istisna olmaqla, Oniki adası İtaliyaya, İmroz və Bozcada xaricindəki bütün Egey adaları Yunanıstana verildi. Bu notadan bir gün əvvəl başqa bir nota Yunanıstan hökumətinə göndərilmişdi. Burada Egey adalarının Yunanıstana verildiyini, bunun qarşılığında isə Yunanıstanın Cənubi Albaniya torpaqlarından çəkilməsinin vacibliyini bildirdi.
Beləliklə Egeye qarışılıq Cənubi Albaniya Osmanlı Dövlətinə verildi. Bu işdə Böyük Dövlətlərdən xüsusilə Adriatik dənizinə görə mübahisə edən İtaliya və Avstriya-Macarıstanın rolu böyük idi. Digər tərəfdən bu,başda İngiltərə olmaq üzrə digər dövlətlərin Osmanlını dənizlərdən uzaqlaşdırma siyasəti idi. Osmanlı dövləti böyük dövlətlərə 1914-cü ilin 15 fevralında nota göndərərək bu qərarı qəbul etmədiyini bildirdi. Məsələ diplomatik danışıqlara aparıldı. Lakin birinci dünya müharibəsinin başlaması və Egey adalarının İtaliya və Yunanıstana qalması danışıqların uğursuz olmasına səbəb oldu.
Balkan müharibəsindən sonra zəifləyən Osmanlı dövləti 1913-cü ilin noyabrında Almaniya ilə yeni müqavilə imzaladı. Müqaviləyə görə Almaniya Osmanlı dövlətinə 42 zabitdən ibarət alman hərbi nümayəndəsi göndərdi. Müqavilənin əsas məqsədi, türk ordusunun yenidən qurulması və gücləndirilməsi idi. Lakin bu müqavilənin imzalanması başda Rusiya olmaq üzrə bir çox dövlətin narahatlığına səbəb oldu. Osmanlı hökuməti isə buna cavab olaraq, Rusiyanın onun daxili işlərinə qarışmamasını bildirdi və Osmanlı-Almaniya müqaviləsinə göstərdiyi narahatlığa etiraz etdi. Çar Rusiyası bu səbəbdən İngiltərə və Fransaya müraciət edərək onu dəstəkləmələrini xahiş etdi. Fransanın maraqlarına uyğun olmasa da, o bu təklifi qəbul etdi. İngiltərə isə Rusiyanın istəyini qəbul etmədi. Uzun və gərgin davam edən danışıqlardan sonra Osmanlı və Almaniya aralarında imzaladığı hərbi müqavilənin bəzi maddələrində Rusiyaya güzəştə getdilər.
Beləliklə bütün bu hadisələr göstərdi ki, ingilis-rus, ingilis-alman və ingilis-fransız əlaqələri Avstriya-Macarıstan və Çar Rusiyası arasında olan ziddiyyətlərdən daha kəskin və gərgin idi.
Balkan savaşının sonunda Osmanlı dövləti ilə Avstriya-Macarıstan və Almaniyanın qurudan bağlantısı kəsiləcək şəkildə, Balkanlarda yeni bir status-kvo quruldu. Rusiya bütün bu məsələlərdən yararlanaraq Boğazlar məsələsini yenidən gündəmə gətirmək və öz xeyrinə həll etmək istədi. Lakin bu məsələdə İngiltərənin dəstəyini ala bilmədi. Beləliklə İngiltərənin qarşı qoymasıyla Boğazlar məsələsi Çar Rusiyası üçün yenidən həll edilmədi.
Ümumiyyətlə Balkan savaşlarında məğlubiyyətə uğrayan və ərazilərini itirən Osmanlı dövləti üçün daxili planda aşağıdakıları qiymətləndirmək olar.

  1. Sərhədlərin daralması

  2. Osmanlının nüfuzunun düşməsi

  3. Millətçilik düşüncəsinin oyanması

Yunanıstan üçün hər iki Balkan müharibəsinin uğurları Venizelos hökumətinin siyasətinin möhtəşəm uğuru idi. Ümumillikdə Selanik və Kavollada daxil olmaqla Makedoniyanın sahilboyu zolağı, Yanya ilə birlikdə Cənubi Epir, Krit adası və Lesbos, Xios və Samos adalarını ələ keçirməklə ərazisini böyütmüş oldu.
Balkan müharibəsindən sonra İngiltərənin Osmanlı dövlətinin Asiya hissəsinə olan marağı daha da artdı və bu məsələdə Almaniya ilə qarşı-qarşıya gəldi. Nəticədə nəinki Osmanlı-İngiltərə əlaqələri, Osmanlı-Almaniya münasibətləri də təsir gördü Osmanlı dövləti ilə Böyük dövlətlər arasındakı münasibətlər, Balkan müharibələri beynəlxalq vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Ümumiyyətlə Balkan müharibəsini nəinki iştirak edən Balkan dövlətlərinə, bütün Avropanın böyük dövlətlərinə təsir göstərdi. Maraqları toqquşan dövlətlər birdaha qarşı-qarşıya qalaraq vəziyyəti daha da çətinləşdirmiş və tarixdə qanlı hadisələrdən biri olan, Birinci dünya müharibəsinin başlamasına səbəb olmuşdur.


Nəticə
1912-1913-cü illər arasında olan I və II Balkan müharibələrinin nəticəsi Osmanlı imperiyası, Böyük dövlətlər həmçinin Balkan dövlətlərinin özləri üçün də gərgin oldu. Belə ki I Balkan savaşında Osmanlı dövləti Avropada böyük torpaqlar itirdi. Digər tərəfdən I Balkan müharibəsində böyük torpaqlar qazanan Bolqarıstan, qazandıqları ilə kifayətlənmədi və yeni müharibəyə başlayaraq II Balkan savaşının təməlini qoydu. Buna baxmayaraq müttəfiqlərindən istədiyi dəstəyi görmədiyi üçün I Balkan savaşında qazandığı torpaqların əksəriyyətini itirməyə məhkum oldu.
Müharibənin nəticəsi təkcə ərazilərlə deyil, böyük insan itkiləri ilə tarixdə qaldı. Bolqarıstanda təxminən 6500, Yunanıstan tərəfindən 9500, Monteneqrodan 3000 insan həlak oldu. Bu rəqəmlərin ən dəhşətlisi isə Serbiyada 36000 və Osmanlıdan 125000 insanın həlak olması idi.
Müharibədə Osmanlı dövləti böyük ərazilərini itirməklə əvvəlki gücünü və mövqeyini itirdi. Artıq Böyük dövlətlər belə Osmanlının bölüşdürülməsi məsələsində aralarında danışıqlar aparırdılar. Balkan müharibəsinin ardınca I dünya müharibəsinə qoşulan Osmanlının müharibəyə yaxşı hazırlaşmaması nəticəsində məğlub olması bu məsələnin-Osmanlı torpaqlarının bölüşdürülməsini daha da gündəmə gətirdi və I dünya müharibəsinin sonunda Vudro Vilsonun “14 maddə” prinsiplərinin bir maddəsində “keçmiş Omanlı ərazisində yaşayan xalqlara öz müqəddəratını təyin etmə hüququnun verilməsi” məsələsinin olması da bunu daha aydın göstərir.
Balkanlarda 500 illik Osmanlı dövlətinin siyasi və hüquqi hakimiyyətinin sona çatdırılmasından daha önəmli olaraq buarada yaşayan türk, bosniya və alban kimi müsəlman xalqlarının varlıqları da təhlükəyə düşdü. Bu zaman, Balkanlarda başladılan müsəlman xalqlarına qarşı etnik və mədəni təmizləmə daha şiddətli hal aldı. Balkanlardakı türklərə qarşı bu cür hərəkətlər, türk xalqının kütləvi sürətdə Anadoluya köçməsinə səbəb oldu. Bu isə öz növbəsində milli Türk dövlətinin qurulmasına zəmin yaratmış oldu. Digər tərəfdən Balkan savaşlarından ortaya çıxan mənzərə, Almaniyanın əvvəlcədən hərəkətə keçməsinə səbəb oldu və bu Avropada böyük bir savaşın başlaması ilə nəticələndi. Balkan savaşlarında Balkan dövlətlərinin qazanması, Ağdənizdəki vəziyyət baxımdan “Şərq məsələsini” altüst etmiş və Avropanın xarici siyasətini dəyişdirmişdir.
Fransa hökuməti Balkanlardakı Osmanlı dövlətinin məğlubiyyətini Almaniya ordusunun məğlubyyəti kimi görürdü. Buda öz növbəsində Fransanın xarici siyasətində Osmanlı dövlətini Almaniyadan uzaqlaşdırmaq və Almaniyaya qarşı yaranacaq müharibədə ondan istifadə etmək idi. Almaniya və İngiltərə öz növbəsində Osmanlının gələcək vəziyyəti ilə bağlı bir nəticəyə gələ bilməmişdilər.
Balkan müharibəsinin digər mühüm nəticəsi beynəlxalq aləmdə baş verən əsaslı dəyişikliklər oldu. Belə ki müharibə vaxtı Bolqarıstanın əsas müttəfiqi olan Rusiyadan müharibədən sonra uzaqlaşmağa başladı. Qeyd etmək lazımdır ki, 1913-cü ilə qədər Rusiyanın Balkanlardakı ən güclü və dayanıqlı müttəfiqi Bolqarıstan idi. Bolqarıstanın müharibə zamanı İstanbula(keçmiş Konstantinopol) qədər irəliləməsindən Rusiyanın narahatlığı(çünki Rusiya boğazların Bolqarıstana keçməsindən narahat idi) Bolqarıstan hökumətini narahat etdi. Həmçinin Rus diplomatiyasının Bolqarıstanla Serbiya arasında Makedoniyanın bölüşdürülməsi və idarə olunması məsələsində uğursuz olması II Balkan müharibəsində Bolqarıstanın məğlubiyyətinə və Bolqarıstanın sonradan təzminat üçün Rusiyaya yox Üçlü Alyansa müraciət etməsinə səbəb oldu. Bu isə Serbiyanın Rusiyanın Balkanlardakı yeganə müttəfiqi olmasına səbəb oldu. 1914-cü ildə isə, Avstriya-Macarıstan Serbiyanı təhdid edəndə, Rusiyanın Serbiyanı qorumaması və dəstəkləməməsi, Balkanların tamamilə əldən çıxması ilə nəticələndi.
Monteneqronun və Serbiyanın Albaniyadakı ambisiyaları Avstriya-Macarıstanın bu iki cənub slavyan dövlətinə qarşı antipatiyasını daha da artırdı. Vyana hökuməti vəziyyəti bu cür görəndə qərar aldı ki, Serbiyanın Balkanlardakı gücünün artmasına mane olmalıdılar. Üç ayrı halda, 1912-ci ilin dekabrı, 1913-cü ilin apreli və 1913-cü ilin dekabrında Balkan müharibələrindən sonra Avstriya-Macarıstan Albaniya məsələsinə görə Serbiya və Monteneqroya qarşı münaqişəyə girdilər. Bütün bunlar baş verən zaman Almaniya, Fransa və Böyük Britaniya Balkanlar ilə birbaşa əlaqə qura bilməməsi səbəbindən yalnız Üçlü Alyans ilə əlaqəli məsələlərə müdaxil edə bilirdilər. Müharibə 1914-cü ilin yayında Bosniyada baş verən hadisələr ilə nəticələnsə də,Avstriya-Macarıstan Serbiya ilə döyüşmək qərarına gəlir. Bu əslində III Balkan müharibəsi yox I Dünya müharibəsi idi. Hər iki Balkan müharibəsi məhz I dünya müharibəsinə gedən yol idi. Cənub-Şərqi Avropada 1912-ci ildə başlayan bu millətçilik məsələləri 1918-ci il müharibənin bitməsinə qədər davam etdi. Lakin problem bununla yekunlaşmadı. Bu regiondakı millətçilik məsələləri XXI əsrə qədər davam etdi.


Yüklə 466,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin