II fəsil. 1913-cü il II Balkan savaşı və beynəlxalq nəticələri London anlaşması(1913) və II Balkan savaşının başlanması
Balkan müharibəsini və buradakı problemləri həll etmək məqsədilə görüşlər keçirmək üçün 1912-ci ilin 17 dekabr tarixində Londonda beynəlxalq “Səfirlər Konfransı” işə başladı.
Ümumiyyətlə həmin gündə iki London konfransı işə başlamıışdı. Birincisi Balkanlardakı problemə digərinə isə Avropanın altı əsas aparıcı dövləti başçılıq edirdi. Konfransa Qrey tərəfindən sədrlik edilirdi. Türkiyə və Balkanlarda yerləşən düşmən dövlətləri böyük dövlətlər tərəfindən himayə edirdilər. Osmanlını Almaniya və Avstriya-Macarıstan, Balkan İttifaqı dövlətlərini isə Rusiya və İngiltərə müdafiə edirdi.
Konfransın işi iki əsad istiqamətə yönəlmişdi. Bunlardam birincisi Osmanlı ilə Balkan dövlətləri arasında sərhədlərin müəyyənləşdirilməsi və barışın əsaslarının hazırlanması, ikincisi Osmanlı dövlətindən ələ keçirilən torpaqların Balkan dövlətləri arasında bölüşdürülməsindən yaranan və eyni zamanda Böyük dövlətləri qarşı qarşıya gətirən anlaşılmazlıqları həll etmək idi.
London konfransı bu əsaslar üzərində çalışmalara başlayandan sonra bəzi çətinliklər ortaya çıxdı. Yunanistan Egey adalarından, Qaradağ İşkodradan, Bolqarıstan Ədirnədən çəkilmək istəmirdi. Osmanlı dövləti isə Egey adaları və Ədirnəni Balkanlara buraxmaq niyyətində deyildi. Digər tərəfdən Rusiya Avstriya-Macarıstan arasında gərginlik ələ alınmamışdı. Həmçinin Rusiya Qafqazlara əsgər yığır və Anadolunu təhdid etməyə başlayırdı. Amma almaniyanın təklifi üzərinə geriləmək məcburiyyətində qalmışdı. Bu səbəbdən dolayı barış görüşmələri uzun çəkdi. Balkan dövlətləri Təkirdağdan Midiyəyə qədər uzanan xəttin qərb hissəsini özlərinə qalmasında israr edirdi. Amma Osmanlının Ədirnəni verməməsi və təkliflərlə razılaşmaması konfransın nəticəsiz qalmasına səbəb oldu.
Səfirlərin birinci iclasında, yəni 27 dekabrda Avstriya və İtaliya böyük xeyir qazandılar. Belə ki, altı böyük dövlətin nəzarəti altında muxtar Albaniyanın yaradılması qərarı alındı. Albaniya Serbiyanın Adriatik dənizinə çıxışına mane olacaq sədd olmalı idi.
Rusiyanın məsləhəti ilə Serbiya elan etdi ki, sülh müqaviləsi bağlanan kimi o Albaniyanı boşaldacaq. Lakin böyük altı dövlət qərar verdi ki, Böyük Dövlətlər tələb etdikləri anda Serbiya Albaniyanı boşaltmalıdır. Beləliklə Serbiyanın Adriatik dənizinə çıxış əldə etmə planları baş tutmadı.
Qalib dövlətlər tələb edirdi ki, Osmanlının sərhədi Midiya-Rodost xətti ilə olmalıdır. Onlar hələ də müqavimət göstərməkdə olan Andrianopolun təhvil verilməsini və Egey dənizindəki adalardan Osmanlının imtina etməsini israrla təkid edirdilər. Rusiya və Avstriya-Macarıstan isə Adrianopolun Bolqarıstama verilməsini istəyirdilər. Avstriya-Macarıstanın bu mövqedə olmasının əsas səbəbi Bolqarıstan hakimiyyətini öz yanına çəkmək və maraqları üçün istifadə etmək idi.
Böyük Dövlətlər 17 yanvar 1913-cü ildə Osmanlıya nota verərək, Ədirnənin Balkanlara verilməsini, Egey adalarının gələcəyini isə onlar tərəfindən müəyuənləşdirilməsini istədilər. Əks təqdirdə hər hansısa savaş yaranarsa Osmanlı Dövləti məsuliyyət daşıyacaqdı. Belə ki 1913-cü il 23 yanvar tarixində Osmanlı dövlətində çevriliş baş verdi. Mahmut Şevket Paşanın başçılığı ilə yeni hökumət quruldu.
Almaniya Rusiya hökumətinə bildirdi ki, Rusiyanın Türkiyənin qarışması ilə Avropada təhlükə yaratdığını bildirdi. 3 fevral 1913-cü ildə Osmanlı dövlətli ilə Baıkanlar arasında savaş yenidən başladı. Ancaq bu dəfə başarısızlıqla nəticələndi. Ardınca İşkodra Qaradağlıların, Yanya Yunanların, Ədirnə Bolqarıstanın əlinə keçdi. Mart ayınfa Adrianopol təslim oldu. Adrianopolun süqutundan sonra Bolqarıstan öz ordusunu Çatalcaya yerləşdirdi. Bolqatıstanın İstanbula yaxınlaşması Çar hökumətini narahat edirdi və buna görə Çar Rusiyası barışıq imzalamağın vacib olduğunu bildirdi. Rusiya bunum qarşılığında Bolqarıstana, Serbiya ilə əldə etdikləri qənimətin bölüşdürülməsində ona kömək etmək vədini verdi.
1913-cü ilin 16 aprelində Bolqarıstanla Osmanlı dövləti arasında barışıq imzalandı. Digər müttəfiqlərlə aprelin 20-də barışıq əldə edildi. Danışıqlar yenidən bərpa olundu.
Beləliklə böyük dövlətlərin iştirakı ilə Osmanıı Dövləti ilə Balkan Dövlətləri aasında 30 may 1913-cü ildə London Barışıq Andlaşması imzalandı. Bu müqaviləyə görə:
Osmanlı dövlətinim qərb sərhədi Midiyə-Enez xətti olacaq
Osmanlı, Albaniya ilə Egey adalarının gələcəyi məsələsini Böyük dövlətlərin ixtiyarına buraxacaq
Yunanıstan Selanik, Cənubi Makedoniya və Qrit adalarına sahib olacaq
Bolqarıstan Kavalla, Dədəağac ilə birlikdə bütün Trakyanı sərhədlərinə qatacaq
Serbiya, Orta və Şimali Makedoniyaya sahib olacaqdı(Şəkil 4)
Osmanlı ilə Balkan arasında razılaşma əldə olunan vaxt, Balkanların qərb hissəsində kiçik şəhər- Skutati uğrunda yeni konflikt alovlanmağa başlafı. Skutari Albaniya və Çernoqoriya tərəfindən mühasirəyə alınmışdı. Rusiya idə Çernoqoriyanı müdafiə edirdi. İngiltərənin təzyiqi ilə Avstriya 1913-cü ilin martında öz ordusunu təxris etməyə başladı.
Lakin böyük dövlətlərim qərarları, Skutari məsələsini tam həll etmədi. Avropanın böyük dövlətləri Çernoqoriyaya qarşı güc tətbiq etməl qərarına gəldilər. Çernoqoriya bu vəziyyətdə türk rəisi Əsəd Paşa ilə müqavilə imzalayaraq onu Albaniyanın kralı elan etdo. Sonda Çernoqoriya Rusiyanın təzyiqi və israrı ilə Skutaridən çıxdı.
Aydın olduğu kimi, 1913-cü ilin 30 may tarixində imzalanmış London sazişi ilə Bolqarıstan, Yunanıstan və Serbiyanın sərhədləri genişləndi. Lakin Balkanlarda qurulan bu status Balkan dövlətlərini məmnun etmədi. Bu da yeni bir problemin yaranması demək idi. Beləliklə 1913-cü il 30 may tarixli London sazişinin imzalanmasına qədər bütün mübahisəli məsələləri bir kənara qoymaqla Osmanlıya qarşı birləşən Balkan dövlətləri, bu sazişin imzalanması ilə bir birinə qarşı aralarında ziddiyyətlərin və problemlərin yaranmasına səbəb oldu.
Birinci Balkan müharibəsində Osmanlının gözlənilməz şəkildə məğlub edilməsi və Balkanlardan çəkilməsi bölgədə güc boşluğunun yaranmasına səbəb oldu. Balkan dövlətləri bu boşluğu özləri doldurmağa başladılar. Müttəfiq olduqları halda onlar arasında bu məsələyə dair problem və ziddiyyətlər artıq başlamışdı. Xüsusilə 1913-cü il London anlaşmasında Makedoniyanın bölüşdürülməsi məsələsi Balkan dövlətlərini qane etməmişdi.
Birinci Balkan savaşı Avtstriya-Alman blokunun zəifləməsinə səbəb oldu. Serbiya güclənməkdə davam edirdi. Nəticədə Avstriya-Macarıstan Qalisiyadan öz qüvvələrini Balkan cəbhəsinə çəkmişdi. Avstriya-Macarıstan çalışırdı ki, Serbiya Bolqarıstandan ayrılsın. Bununla da, Balkan İttifaqını dağıtmaq, Bolqarıstan vasitəsilə Serbiyaya təhlükə yaratmaq istəyirdi.
Serbiya I Balkan savaşında Makedoniyadan əldə etdiyi torpaqların bir qismini Bolqarıstana vermişdi. Amma Bolqarıstan Makedoniyanın digər hissəsinin belə Serbiyada qalmasından narahat idi. Yunanıstan isə Makedoniyanın böyük bir hissəsini öz sərhədlərinə əlavə etməklə ərazisini daha da genişləndirmək siyasəti güdürdü. Həmçinin Yunanıstan Bolqarıstanın Egey dənizinə çıxış əldə etməsindən narahat idi. Rumıniya bütün bunları sübut göstərərək, bölgədəki dəngənin pozulduğunu özünün lehinə istifadə etməyə başladı və Bolqqarıstanla aralarındakı anlaşılmazlıq olan hissəni, yəni Dobrudçinin ona verilməsini istəyirdi. Nəticə etibarilə bu 3 dövlət- Yunanıstan, Rumıniya və Serbiya Bolqarıstanın böyüyüməsini istəmirdi.
1913-cü ildə Serbiya hökuməti 1912-ci ilin 13 martında imzalanan bolqar-serb müqaviləsinə yenidən baxmaq üçün Bolqarıstan hökumətinə müraciət edir. Bu zaman Bolqarıstanla-Yunanıstan arasındakı vəziyyət daha da gərginləşirdi. Yunanıstan Makedoniyanın cənubu və Frakyanı tutmaqla Bolqarıstanı zəiflətmək istəyirdi. Digər problem isə Selanik idi. Bütün bu problemlərə baxmayaraq bu dövlətlər hələ də bir ittifaqda yer alırdı. 1913-cü ilin 1 iyul tarixində Yunanıstanla Serbiya arasında müqaviləsu imzalandı və çox keçmədən Rumıniya da bu müqaviləyə qoşuldu.
Rusiya Balkan İttifaqını saxlamaqda maraqlı idi. O, Bolqarıstanın güzəştə getməsini, Sebiya və Yunanıstanın isə bunun qarşılığında təklifləri azaltmalarını tələb edirdi. Avstriya-Macarıstan isə Bolqarıstanı müharibəyə sürükləyirdi.
Bolqarıstan yunan-serb anlaşmasını görərək, Makedoniyanı ələ keçirmək üçün 1913-cü ilin 29 iyun tarixində Yunanıstan və Serbiyaya hücum etdi. Lakin müharibənin elə ilk günlərindən Bolqarıstan məğlub olmağa başladı.
Bolqarıstan Rumıniyanın müharibəyə qoşulacağını düşünməmişdi. əgər belə bir vəziyyət yaranarsa, yardım üçün o Avstriya-Macarıstana arxalanırdı. Lakin güclənməkdə olan Bolqarıstan hökumətinə qarşı 3 iyul tarixində səfərbərlik elan edən Rumıniya, 10 iyul 1913-cü ildə müharibə elan etdi.
Osmanlı dövləti bu durumdan istifadə edərək, 19 iyul tarixində hücuma keçir və 25 iyul tarixində Ədirnə torpaqlarını bolqar işğalından azad edir. Avstriya-Macarıstan Bolqarıstana yardım məqsədilə müharibəyə qoşulmaq istəyirdi və buna tam hazır idi. Lakin Bolqarıstanın müharibənin ilk günlərində məğlubiyyətindən sonra onu yalnız müdafiə edəcəyini bildirir.
Avstriya-Macarıstan düşünürdü ki, Almaniya ona bu işdə kömək edəcək. Lakin müxtəlif səbəbləri bəhanə edən Almaniya hökuməti Avstriya-Macarıstanı müdafiə etməkdən çəkindi.
Türkiyə 1913-cü ilin 16 iyulunda Adrianopola hücum etdi. Nəticədə 20 iyul tarixində Adrianopolu Bolqarıstan işğalından azad etdi. Bolqarıstan Avstriyadan əlavə dəstək gələcəyinə ümid edirdi. Lakin Avstriya-Macarıstanın Bolqarıstanı müdafiə və yardım etməkdən çəkinməsi Bolqarıstan üçün qəti məğlubiyyət demək idi. Rusiya bütün bu durumlardan istifadə edərək Bolqarıstanı Antantaya qaytarmaq istəyirdi. Buna görə Rusiya Osmanlının 20 iyulda azad etdiyi Andrianopolu yenidən Bolqarıstana qaytarılmasını dəstəkləyirdi.
London müqaviləsinə görə Osmanlının sərhəd xətti Enos-Midiya xətti üzrə olduğu böyük dövlətlər tərəfindən Osmanlıya yenidən bildirilsə də, Osmanlı hökuməti bunu qəbul etməkdən imtina etdi. Adrianopolun yenidən Bolqarıstana qaytarılması cəhdləri uğursuz oldu. Lakin Rusiyanın son anda göstərdiyi təşəbbüslərlə Bolqarıstan daha çox torpaq itirməkdən xilas oldu.
Bolqarıstan bu yenilgilər qarşısında Osmanlı və digər Balkan dövlətlərinə müraciət edərək, barış təklifi etdi. Bunun üçün 1913-cü ilin 30 iyul tarixində Buxarestdə danışıqlar başlandı. Danışıqlar zamanı Kavoll limanına görə Bolqarıstan və Yunanıstan razılaşa bilmədi. Bu məsələdə Rusiya və Avstriya-Macarıstran Bolqarıstanı, Almaniya və Fransa isə Yunanıstanı müdafiə edirdilər. Sonradan İngiltərənin Yunanıstanı müdafiə etməyə başlaması bu məsələnin Yunanıstan xeyrinə həll edilməsi ilə nəticələndi.
Beləliklə 1913-cü ilin 10 avqust tarixində dövlətlər arasında Buxarest sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə:
Bolqarıstan Silistrə, Tutrakan və Şimali Dobridçini Rumıniyaya verəcək
Yunanıstan Epiri bütünlüklə, Selanik, Drama və Kavolla birlikdə Cənubi Makedoniyanı alacaq
Bolqarıstana Makedoniyanın balaca bir hissəsi olan Dedeağac ərazisi qalacaqdı
Beləliklə, Bolqarıstan Egey dənizindəki varlığını davam etdirməklə sərhədlərindən verdiyi torpaqlarla sahəsi kiçildi. Osmanlıdan alınan torpaqlar isə Balkan dövlətləri arasında yenidən bölündü. (Şəkil 5)