Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə100/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   96   97   98   99   100   101   102   103   ...   185
Pedaqogika İMTAHAN

Peşə təhsili. Peşə təhsili müxtəlif tipli peşə məktəblərində verilir. Peşə məktəblərinin bir qismi natamam orta təhsil bazasında, digər qismi isə orta ümumi təhsil bazasında fəaliyyət göstərir və sosial-iqtisadi həyatın ayrı-ayrı sahələri üçün peşəkar fəhlələr hazırlayır.

Orta ixtisas təhsili. Ümumi orta təhsil zəminində həyata keçirilir. Orta ixtisas təhsili verən texnikumlar, litseylər, kolleclər, gimnaziyalar və s. sosial-iqtisadi həyatın müxtəlif sahələri üçün orta ixtisaslı mütəxəssislər yetişdirir.

Ali təhsil. Təhsilin bu növü orta təhsil (ümumi orta təhsil, peşə təhsili və orta ixtisas təhsili) üzərində qurulur. Ali təhsil institutlarda, universitetlərdə,akademiyalarda, konservatoriyalarda, ali kolleclərdə həyata keçirilir.

Elmi-pedaqoji və maddi-texniki imkanlarından asılı olaraq ali məktəb ya birpilləli, ya ikipilləli, ya üçpilləli və ya dördpilləli təhsil verə bilir.

Birpilləli, ikipilləli, üçpilləli və dördpilləli ali məktəbin bakalavr pilləsinin məzunlarına “Bakalavr” elmi və ixtisas dərəcəsi, ikipilləli, üçpilləli və dördpilləli ali məktəbin magistr pilləsinin məzunlarına “Magistr” elmi və ixtisas dərəcəsi, üçpilləli və dördpilləli ali məktəbin məzunlarına elmlər namizədi alimlik dərəcəsi, sonuncu pillənin məzunlarına elmlər doktoru alimlik dərəcəsi müəyyənləşdirilmiş qaydada verilə bilir.

Ali məktəbin müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək imkanı ola bilər: çoxpilləli təhsil kompleksi; təhsil-elmi komp- leks; tərkibində bağça, məktəb, litsey, kollec və s. olan təhsil istehsalat kompleksi; tərkibində elmi tədqiqat mərkəzləri, istehsalat müəssisəsi, klinikası olan təhsil-istehsalat elm kompleksi.



Cəmiyyətin inkişafında ali məktəbin müstəsna rolu var. Yuksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, istehsalatın, elmin, mədəniyyətin, sosial həyat

irəliləməsində ali məktəb geniş imkanlara malikdir.

Aspirantura təhsili. Aspirantura təhsili iri ali məktəblərdə, sahə elmi tədqiqat institutlarında, elmlər akademiyasında həyata keçirilir. Aspirantura təhsili hüququna bərabər olan dissertantura da fəaliyyət göstərir.

Doktorantura təhsili. Fasiləsiz təhsil sisteminin yüksək mər- hələsidir. Doktorantura da aspirantura kimi iri ali məktəblərdə, sahə elmi tədqiqat institutlarında və elmlər akademiyasında mümkündür.

Məktəbdənkənar təlim-tərbiyə. Məktəblilər sarayında, gənc texniklər, turistlər, gənc təbiətçilər stansiyalarında, uşaq yaradıcılıq mərkəzlərində və s. məktəbdənkənar təlim-tərbiyə müəssisələrində həyata keçirilir.

İxtisasartırma təhsili. Təkmilləşdirmə institutlarında və kurslarında, habelə bəzi ali məktəblərin nəzdində təşkil olunur.

Sərbəst təhsil. Sərbəst təhsil adamların müstəqil şəkildə öz hazırlıqlarını (kitab, jurnal və qəzet oxumaqla, radio və televiziyaya qulaq asmaqla, kino və teatra getməklə) artırmaları prosesidir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin