Körpələrevi,uşaqbağçasıfasiləsiz təhsil sisteminin ilk mər- hələsidir. Uşaq bağçasının başlıca vəzifəsi uşaqları ümumtəhsil məktəbinin birinci sinfində müntəzəm təhsilə hazırlamaqdır. Bağçaya getməyən uşaqlar ailə şəraitində hazırlaşdırılır.
İbtidaitəhsil.İbtidai təhsil, ibtidai məktəbdə, natamam orta məktəbin və ümumi orta məktəbin I-IV siniflərində verilir.
İbtidai təhsilli uşaqlar natamam orta məktəbdə və ya ümumi orta məktəbin V-XI siniflərində təhsillərini davam etdirirlər.
Natamamortatəhsil.Natamam orta təhsili olan şagirdlər ya ümumtəhsil məktəbinin X-XI siniflərində, ya peşə məktəblərində, ya orta təhsil verən digər tədris müəssisələrində təhsillərini davam etdirirlər. İstehsalata gedərək axşam ümumtəhsil məktəblərində təhsil alanlar da olur.
Ortaümumitəhsil.Bu təhsil icbari olduğundan fasiləsiz təhsil sistemində baza mərhələsini təşkil edir.