MüNDƏRİcat


Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri



Yüklə 1,69 Mb.
səhifə37/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri

Hazırda müəssisələr işçilərin əməyinin ödənilməsi sistemini sərbəst müəy­yən edirlər. Bu zaman əmək haqqının ödənilməsinin maksimum həddinə məh­du­diyyət qoyulmur. Müəyyən dövr üçün nəzərdə tutulan iş vaxt normasını və əmək borcunu tam yerinə yetirən işçinin aylıq əmək əmək haqqı dövlət tə­rə­fin­dən müəyyən edilən minimum əmək haqqından az ola bilməz. Hazırda mini­mum əmək haqqı məbləği dövlət tərəfindən 10000 manat həcmində müəyyən olunur.

Müəssisənin işçilərinin əməyi müəssisə tərəfindən təsdiq edilən vəzifə ma­aş­ları və ya işəmüzd qiymətlərlə, mülki-hüquqi müqavilə üzrə işə götürül­mə­lə­rin­ki iş müqavilədə nəzərdə tutulan şərtlərlə ödənilir. Əməyin ödənilməsi sis­te­mi istehsalın texnologiyası xüsusiyyəti, işçilərin ixtisası və dərəcələri, onların yerinə yetirdiyi işin keyfiyyəti ilə əlaqədardır. Xalq təsərrüfatının bütün sa­hə­lər­də hər bir iş dərəcəsi üçün tarif qiyməti və norma qoyulur. İş dərəcələri və ta­­rif qiymətləri işin xaraterindən asılı olaraq müəyyənləşir. Hər bir dərəcə üçün tarif əmsalı qəbul edilir. Hər bir işçinin əmək haqqı əməyin müəssisədə tət­biq olunan konkret forma və sisteminə uyğun olaraq onun əməyinin kə­miy­yət və keyfiyyətindən və müəssisənin gəlirinin əməyin ödənilməsinə yönəldilən hissəsinin həcmindən asılıdır. Hazırda əməyin ödənilməsinin müxtəlif forma­ları mövcuddur: işəmüzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.

İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə ye­tirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işə­muzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütə­rəq­qi sistemləri mövcuddur. Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəy­yən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə ye­ti­ril­miş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və müka­fat­lı vaxtamuzd sistemə bölünür. Son illərdə əməyin təşkilinin və həvəs­lən­diril­mə­sinin briqada forması geniş istifadə edilir. Hazırda ayrı-ayrı müəssisələrdə son nəticəyə görə əməyin ödənişi formalarından da istifadə olunur. Bu zaman bü­tün briqadanın əmək haqqı məhsul vahidinə görə əməyin ödənilmə qiy­mə­ti­ni istehsal olunmuş məhsula vurmaqla hesablanır. Briqadanın ümumi əmək haq­qı onun üzvləri arasında əvvəlcədən müəyyən olunmuş nisbətlərə uyğun olaraq bölünür. Mühasibat uçotunun məqsədləriüçün məhsulun maya dəyə­ri­nə daxil edilən və işçilərə hesablanmış əmək haqqı əsas və əlavə əmək haqqına bölünür.

Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, müka­fat­lar və s. ödəmələr nəzərdə tutulur. Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənliməmiş vaxta görə hesablanan ödə­mələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetiril­mə­si­nə görə ödəmə, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyet­mə­­lə­rin güzəştli satları və s.) başa düşülür. Müəssisənin işçilərinə onların əmə­yi­nin kəmiyyət və keyfiyyətinə görə ödənilən pul və natural formada cəmi əmək haqqı fondunu təşkil edir. Əmək haqqı fonduna müəssisə tərəfindən işçi­lə­rə ödənilmə mənbəyindən, əmək haqqı forma və sistemindən asılı olmayaraq hesablanmış əmək ödənişi məbləği, həvəsləndirici və əvəzi ödənilmə xarakterli, habelə natural formada ödənilən məhsullun dəyəri də daxildir.

Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil. Görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin