4.5. İstehsal itkilərinin uçotu
İstehsal əməliyyatından keçmiş, lakin öz keyfiyyətinə görə müəyyən olunmuş standartlara, texniki göstəricilər və ya sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə uyğun olmayan məhsul və yarımfabrikatlar zay məhsul hesab olunur.
Zay məhsul istehsalı zamanı qeyri-məhsuldar xərclər artır və bunun nəticəsində keyfiyyətli məhsulların həcmi azalmaqla, onun maya dəyəri yüksəlir olur. Buna görə də müəssisələrdə idarəetmə təcrübəsində zay məhsul istehsalının qarşısını almaq mühüm vəzifə kimi qarşıda qoyulur.
Zay məhsul istehsalının qarşısını almaq üçün mühüm tələb zay məhsul buraxılışının əmələ gəlməsi səbəblərinin qarşısının alınması və onda təqsiri olan şəxslərin müəyyən olunması və lazımi tədbirlər görülməsidir. Belə nəzarətin və uçotun təşkili bir sıra hallarda zayın yaranmasının xarakteri və onun müəyyən olunduğu yerdən asılıdır.
Zayın xarakterindən asılı olaraq məhsulun texniki baxışı və qəbulu dövrünə görə düzəldilən və düzəldilməyən zay məhsullara bölünür.
Düzəldilən zay məhsullara o məhsullar daxildir ki, məhsul və yarımfabrikatda buraxılan nöqsanlar düzəldildikdən sonra öz təyinatına görə istifadə olunur, onların düzəldilməsi texniki cəhətdən mümkündür və iqtisadi cəhətdən sərfəlidir.
Dostları ilə paylaş: |