3.3. İstehsal ehtiyatlarının saxlanılmasının və uçotunun auditi
Aparılan iqtisadi nəzarət təcrübəsi göstərir ki, mühasibat uçotu məlumatları müəssisənin anbar təsərrüfatı və isıehsal ehtiyatlarının saxlanılmasına dair tam həcmli informasiya vermir. Buna görə də auditor mütləq qaydada əmtəə-material dəyərlərinin saxlanılması şəraitini, bununla əlaqədar ölçü cihazlarının, buraxılış qaydalarının, ambar təsərrüfatının vəziyyətini öyrənməlidir. Bütün bunlar daxili nəzarətin zəif və müsbət tərəflərini və mühasibat uçotu sisteminin ətraflı öyrənilməsini tələb edir.
Müssisədə audit aparılarkən maddi-məsul şəxslərin material ehtiyatlarının qəbul olunması, saxlanması və buraxılışı ilə əlaqədər olan məsələlərə xüsusi diqqət verilməlidir. Maddi-məsul şəxslər vəzifəyə təyin olunduqdan sonra, işə başlamazdan əvvəl əmtəə-material dəyərlərinin qəbul olunması, onun sənədləşdirilməsi və saxlanma yerindəki uçotu ilə ətraflı tanış olmalıdır. Maddi-məsul şəxslər, onların vəzifələrini icra olunması ilə əlaqədar olaraq mövcud olan təlimatla tanış olunmalıdır. Həmin təlimatda işçinin hüquq və vəzifələri müəyyən olunmuş, material dəyərlərinin qəbulu, buraxılması, onların sənədləşdirilməsi, miqdar uçotunun aparılması qaydası, əmtəə-material hesabatının mühasibatlığa təqdım olunması vaxtı və sairə müəyyən olunmuşdur. Bütün göstərilən məsələlərin icrası yoxlama dövründə araşdırılmalıdır.
Ambarlarda uçotda əks olunmayan materialların olması faktlarına xüsusi diqqət verilməlidir.
İstehsal ehtiyatlarının qorunub saxlanılmasında mühüm məsələlərdən biri müəssisə buraxılış sisteminin lazımi səviyyədə qurulmasıdır. Bununla əlaqədar olaraq müəssisəyə giriş məntəqisində buraxılışların qeydiyyat kitabı, daxil olan yüklərin çəkilməsi qaydlarına riayyət olunması yoxlanılmalıdır.
Müəssisə ambarlarında və buraxılış məntəqəsində aparılan yoxlamadan sonra auditor özü nəzarət qaydasında material dəyərlərinin daxil olması və buraxılması ilə əlaqədar olaraq yoxlama apara bılər. Lazım gəldikdə ayrı-ayrı materiallar üzrə inventarlaşma da aparılması müəyyən olunur.
Müəssisələrdə əmlakın qorunub saxlanılmasında maddi-məsul şəxslərin seçilib, yerləşdirilməsi məsələsi də çox vacibdir. Belə vəzifələrə xüsusi hazırlığı olmayan və əvvəllər əmlak mənimsənilməsi ilə əlaqədar olaraq mühakimə olunmuş şəxslər qəbul olunmur. İşçilərin şəxsi işlərində saxlanılan sənədlər (əmək kitabçası, təhsil haqqında sənəd, əmrlərdən çıxarışlar və s.) əsasında kadrların seçilməsindəki göstərilən qaydaların gözlənilməsi müəyyən olunur.
Göstərilən faktların araşdırılması nəticəsində auditorun əmtəə-material dəyərlərinin qorunması və saxlanılmasına dair əsaslı nəticəyə gəlməsinə imkan verir.
İsıehsal ehtiyatlarının audit yoxlamasında mühüm məsələlərdən biri də daxil olmuş material dəyərlərinin mədaxil olunmasına və onun istifadə olunmasına nəzarətin təşkilidir. Burada mühüm məsələ müəssisənin isıehsal əməliyyatını təmin edən səviyyədə material ehtiyatının yaranması çox vacibdir. Bir qayda olaraq müəssisələrdə daxil olan əmtəə-material dəyərlərinin uçotunu aparmaq üçün jurnal tərtib olunur və həmin jurnaida bütün daxil olan materiallar əks olunur.
Aparılan operativ nəzarətlə bütün satıcı müəssisələrin əmtəə-material dəyərlərini yüklənməsi üzrə bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsi yoxlanılmalıdır. Bununla əlaqədar olaraq müqavilə şərtlərini yerinə yetirməyən satıcılara cərimələr və digər iddlalar təqdım olunması müəyyən olunmalıdır. Bu kımi göstəricilər mühasibat uçotunun 64 №-li «Alınmış avanslar üzrə hesablaşmalar» hesabında əks olunmuş uçot yazılışları və təqdim olunmuş iddia materiallarından istifadə etmək olar.
Xüsusi ilə daxil olmuş material dəyərlərinin informasiya mənbəi 15№-li «Materialların tədarükü və əldə edilməsi», 16 №-li «Material dəyərlərindən kənarlaşmalar», 10 №-li «Materiallar» hesabları, onların subhesablarında və maddi məsul şəxslərin hesabat materiallarında əks olunmuş göstəricilərdən istifadə etmək məqsədəuyğundur.
Audit yoxlamasında xüsusilə mühasibat uçotunun 60 №-li «Malsatan və podratçılarla hesablaşmalar» hesabında əks olunmuş əməliyyatlara diqqət verilməlidir. Satıcılara malların yükləməsi üçün akkredetiv formasında avans şəklində ödəniş pul vəsaiti hər bir partiya malın daxil olunub mədaxil olunması və ya onun yüklənməsinin vaxtında icra olunmaması müəyyənləşdirilməlidir. Mədaxil olmuş mallar onların yüklənmə sənədləri əsasında yoxlanılması və nəticəsinin düzgün sənədləşdirilməsi müyyən olunmalıdır.
Özünüyoxlama sualları
Dostları ilə paylaş: |