MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ VƏ ONA XİTAM VERİLMƏSİ Müqavilənin Ləğvi və İşin Təsviyyəsi
Müqavilənin xitamı ilə əlaqədar Müqavilənin digər maddələri qüvvədə qalmaq şərti ilə;
Bu Müqavilə imzalandığı tarixdən etibarən SUBPODRATÇIya verilən müddət ərzində işyeri onuntərəfindən təhvil alınmadıqda, verilən müddət ərzində SUBPODRATÇI işə başlamadıqda, öhdəliklərindən imtina etdikdə, işi bu Müqavilə şərtlərinə uyğun icra etmədikdə (əskik, heç və ya vaxtında vs.) vəzifə və öhdəliklərini qismən və ya tamamilə yerinə yetirmədikdə PODRATÇI/ALICI tərəfindən ona xəbərdarlıq edilir və 10 gün müddətində xəbərdarlıqda qeyd edilən halların aradan qaldırılması tələb edilir. (İşin tamamlanma tarixi Müqavilədə qeyd edildiyi üçün işlər bu müddət ərzində yerinə yetirilmədikdə PODRATÇI/ALICI heç bir xəbərdarlıq etmədən Müqaviləni bir tərəfli qaydada ləğv etmək hüququna malikdir.) PODRATÇI\ALICI tərəfindən verilən müddət ərzində və PODRATÇININ müvafiq təlimatlarına əsasən qüsur və nöqsanlar aradan qaldırılmadıqda vəya SUBPODRATÇININ gördüyü tədbirlər PODRATÇI/ALICI tərəfindən qənaətbəxş hesab edilmədikdə, PODRATÇI/ALICI, hazırki Müqaviləni heç bir xəbərdarlığa ehtiyac qalmadan bir tərəfli qaydada ləğv etmək, qalan işləri özü görmək və/və ya başqalarına gördürərək dəyərini, SUBPODRATÇININ muzdundan və/və ya təminatından kəsmək hüququna malikdir.
Müqavilənin ləğvi səbədindən PODRATÇIYA dəyən zərərin qarşısının alınması üçün PODRATÇI/ALICI tərəfindən SUBPODRATÇININ bütün alacaqları müsadirə edilə bilər. İşlərin icrası üçün tələb edildikdə, PODRATÇI/ALICI tikinti meydançasında SUBPODRATÇIYA məxsus olan avadanlıq, maşın və digər qurğulardan əvəzsiz olaraq istifadə etmək və girov olaraq saxlamaq hüququna malikdir. SUBPODRATÇI PODRATÇININ/ALICININ bu səlahiyyətini qəbul və bəyan edir.
SUBPODRATÇI bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirilməməsi səbəbindən hazırki müqavilə ləğv edildiyi təqdirdə SUBPODRATÇININ muzdu aşağıda qeyd edildiyi kimi hesablanmalıdır. PODRATÇIya/ALICIYA ödənilməli olan məbləğ SUBPODRATÇInın muzdundan çox olduğu təqdirdə, həmin fərq SUBPODRATÇI tərəfindən PODRATÇIya/ALICIYA ödənilməli borc kimi qəbul edilir.
Müqavilənin ləğvi tarixindən etibarən 7 (yeddi) gün müddətində, Müqavilənin ləğvi tarixinə qədər görülən işlər üçün, tərəflər, (SUBPODRATÇI olmadıqda, bu protokola qeyd edilir) aparılan ölçmələrə əsasən "Ölçmə Protokolu" tərtib edir. Ölçmə protokolunda qeyd edilən işin yekun dəyəri Müqavilədəki üsul və əsaslara görə qiymətləndirilir.
PODRATÇI və/vəya ALICI, yerinə yetirilməmiş işləri bu müqavilənin ləğvindən sonra, SUBPODRATÇININ hesabına uyğun gördüyü üsullarla digər SUBPODRATÇILARA (tamam-kamal üsulu, təklif alma, əmanət üsulu, vahid qiymət v. s) gördürə bilər.
Yerinə yetirilməmiş işlər tamamlandıqdan sonra bu işlərin dəyəri, icra təminatının məbləğindən artıq olduqda, SUBPODRATÇININ dondurulmuş muzdundan, varsa sığorta alacaqlarından xəbərdarlıq və məhkəmə qərarına ehtiyac olmadan kəsilə bilər.
Yerinə yetirilməyən işlərin dəyəri, SUBPODRATÇININ muzdundan, dondurulmuş vəsaitlərindən və ya təminatlarından yüksək olduğu təqdirdə aradakı fərq SUBPODRATÇININ PODRATÇIYA borclu olaraq təstiqlənir və SUBPODRATÇI həmin borcun PODRATÇININ/ALICININ ilk tələbi ilə qaytarılmasını öhdəsinə götürür. Tamamlanmayan işlərin dəyəri, SUBPODRATÇININ təminatlarından az olduğu təqdirdə təminatdan artıq qalan məbləğ SUBPODRATÇIYA qaytarılmır. PODRATÇI/ALICI tərəfindən tutulan təminat SUBPODRATÇININ üçüncü şəxslərə olan borcları əvəzinə ödənilməməlidir.
SUBPODRATÇI iflas etdikdə bu Müqavilə ləğv olunur. Bundan başqa, hər hansı bir səbəbdən məhkəmə qərarı ilə SUBPODRATÇININ işləri dayandırıldıqda və ya fəaliyyəti ilə əlaqədar tələb edilən xüsusi icazəsi (lisenziyası) ləğv edildikdə hazırki Müqavilə ləğv edilir və SUBPODRATÇININ təminatı PODRATÇI tərəfindən qazanmış gəlir olaraq tutulur.
Müqavilə ləğv edildikdə, SUBPODRATÇI, işləri dərhal dayandırmalıdır və iş yerini qısa müddətdə təhlükəsiz və təmiz şəkildə tərk etməlidir.
Yuxarıda qeyd edilən şərtlərdən asılı olmayaraq PODRATÇI/ALICI uyğun hesab etdiyi təqdirdə SUBPODRATÇIYA 14 (on dörd) gün əvvəlcədən yazılı xəbərdarlıq edərək bu Müqaviləni bir tərəfli qaydada ləğv etmək hüququna malikdir. PODRATÇI/ALICI, bu Müqaviləni işin hər mərhələsində dayandırmaq hüququna malikdir və SUBPODRATÇI, PODRATÇININ/ALICININ bu hüququnu qəbul etməyi öhdəsinə götürür.
Beləliklə, SUBPODRATÇI bu mövzuda PODRATÇI və/və ya ALICI tərəfindən edilən yazılı xəbərdarlığa dərhal əməl etməlidir və işləri dayandırmalıdır. Belə olduqda, ləğv etmə tarixindən etibarən 7 (yeddi) gün ərzində ləğv etmə tarixinə qədər görülmüş işlər SUBPODRATÇI və PODRATÇI tərəfindən (SUBPODRATÇI və ya Nümayəndəsi olmazsa bu xüsus protokolda qeyd edilir)tərtib edilən "Ölçmə Protokolunda" qeyd edilir. SUBPODRATÇI`nın işlərdə heç bir qüsurunun olmaması şərti lə PODRATÇI və/və ya ALICI, SUBPODRATÇI`ya Ölçmə Protokolunda qeyd edilən görülmüş lakin dəyəri ödənməmiş işlərin dəyəri ödənilməlidir. Bu Müqavilə ləğv edildiyində SUBPODRATÇI`ya görülməmiş işlərə və/və ya təmin və təhvil edilməmiş mal, avadanlıqlara görə heç bir kompensasiya, əldən çıxmış fayda, zərərin əvəzi və digər ödənişlər aparılmayacaqdır.
Bu Müqavilə hər hansı səbəbdən və kim tərəfindən ləğv edilməsindən vəya ləğv edilməməsindən asılı olmayaraq SUBPODRATÇI, PODRATÇININ SİFARİŞÇİ qarşısında üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik törətməməlidir və PODRATÇININ SİFARİŞÇİ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetiriməsini, hətta tələb etdiyi bir hüququ olduqda belə, məhkəmədən PODRATÇININ SİFARİŞÇİ qarşısında öhdəliklərinin icrasına maneəçilik törədən qərarın çıxmasını tələb etməməlidir.
PODRATÇININ işlərini ləngitməməlidir, əmlakının müsadirəsi tələbi ilə çıxış etməməlidir, kompensasiya tələbi irəli sürməməlidir. Əks təqdirdə, SUBPODRATÇI PODRATÇIYA/ALICIYA dəyən zərərn tam həcmini ödəmək və hazırki müqavilədəki digər cərimələri qüvvədə saxlamaq şərti ilə bu müqavilənin tam dəyəri məbləğində PODRATÇIYA cərimə ödəməyi öhdəsinə götürür.
Dostları ilə paylaş: |