SUBPODRATÇI, PODRATÇININ Tikinti Müdiriyyətinin icazəsi olmadan heç bir şəkildə PODRATÇIYA aid mal, avadanlıq və ya iş maşınlarını istifadə etməməlidir. İcazəsiz istifadə edilən mallar, təchizat və iş avadanlıqları PODRATÇININ təyin edəcəyi qiymətlərlə SUBPODRATÇININ muzdundan tutulmalıdır.
PODRATÇI tərəfindən ona məxsus ambarlardan bu Müqavilə predmetini təşkil edən işlərdə SUBPODRATÇININ istifadəsi üçün nəzərdə tutulan malların istifadə olunduğu miqdarlar və istifadə olunmamış və anbara qalıq olaraq qaytarılmış miqdarların müəyyən edilməsi üçün hər ayın sonunda qeydlər aparılmalıdır. Aparılan qeydlər və yoxlamalar nəticəsində SUBPODRATÇIYA təhvil verilən, işlədilən və qaytarılan malların həcm və miqdarlarında ziddiyətlər vəya fərq yarandıqda əskik gələn malların dəyəri SUBPODRATÇININ muzdundan tutulur. Müqavilənin 4.3.maddəsi qüvvədə qalmaq şərti ilə.