MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ


Öhdəliklərin yerinə yetirilməmələri və bunların aradan kaldırılması



Yüklə 81,96 Kb.
səhifə40/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
New Microsoft Word Document

Öhdəliklərin yerinə yetirilməmələri və bunların aradan kaldırılması


SUBPODRATÇI;

  • Müqavilədən imtina etdikdə vəya Müqavilənin imzalanmasından etibarən 7 (yeddi) gün müddətində İcra və Avans Təminatlarını PODRATÇIya təqdim etmədikdə.




  • İşə başlama təlimatının verilməsindən etibarən .....(.....) gün ərzində üzürlü səbəblərin olmasını təsdiq edən bildiriş təqdim etmədən işlərin icrasına başlamadıqda,

  • Özü vəya Səlahiyyətli Nümayəndəsi İş yerində işlərə nəzarət etməkdən israrla imtina etdikdə

  • İş yerində kifayət qədər işçi, təchizat və/vəya avadanlıq saxlamadıqda və/vəya işləri dayandırdıqda,




  • Bu Müqavilənin 4- cü bəndinə zidd olaraq Müqavilənin bir hissəsini və ya hamısını SUBSUBPODRATÇILARA təhvil verdikdə,




  • PODRATÇININ yazılı razılığını almadan, Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə həvalə etdikdə

  • İşçilərinin və İstehsalçıların ödənişlərini vaxtı vaxtında aparmadıqda

  • PODRATÇININ icazəsi olmadan PODRATÇININ mülkiyyətində olan maşın, avadanlıq və təchizatdan istifadə etdikdə




  • İşləri İş Proqramına uyğun olaraq icra etmədikdə, müqavilə ilə müəyyən edilən tələblərə riayət olunmadıqda vəya əldə edilən nəticələrin tələblərə uyğun olmayacağı müəyyən edildikdə. PODRATÇI tərəfindən edilən şifahi vəya yazılı xəbərdarlıqları nəzərə almadıqda və nəticə etibarı ilə bu Müqavilənin predmetini təşkil edən işləri yazılı xəbərdarlığı aldığı gündən etibarən 10 gün müddətində ona verilən göstərişləri yerinə yetirmədikdə və nöqsanları aradan qaldırmadıqda.




  • İşləri Müqavilə şərtlərinə uyğun icra etmədikdə və ya Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini israrla yerinə yetirmədikdə,

  • Nəzarətçi və digər səlahiyyətləndirilmiş işçilər tərəfindən SUBPODRATÇIYA onun istifadə etdiyi qurğu və görülən işlərin verilən tələblərə uyğun olmadığı bildirən xəbərdarlığa baxmayaraq, xəbərdarlıq verilən gündən etibarən 7 gün müddətində SUBPODRATÇI həmin işləri Tikinti meydançasından söküb uzaqlaşdırmadıqda vəya dəyişdirmədikdə,




  • Müflis olduqda, müflisliyin tanınması üçün müraciət etdikdə, kreditorları xeyrinə razılaşma imzaladıqda vəya onların xeyrinə haqqlarından imtina etdikdə, vəya bu Müqavilənin predmetini təşkil edən işlərə nəzarəti Kreditorları tərəfindən təyin edilən təftiş komissiyası tərəfindən aparılmasını qəbul etdikdə, şirkətini ləğv etdikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə üçün verilən ləğv etmə qərarları xaric) vəya əmlakı müsadirə olunduqda.

Yuxarıda qeyd edilənlərdən biri vəya birneçəsi mövcud olduqda PODRATÇI:




  • İşləri davam etdirmək şərti ilə işlərin bir qismini Subpodratçıdan alır,




  • Vəya SUBPODRATÇINI tikinti meydancasından çıxararaq bu Müqaviləni ləğv edir.

Bu müqavilənin ləğv edilməsi SUBPODRATÇINI PODRATÇI qarşında hazırki müqavilədən irəli gələn öhdəliklərin icrasından azad etmir və bu müqavilə ilə PODRATÇININ haqq və səlahiyyətlərinə heç bir şəkildə təsir etmir.
Bu müqavilə ləğv olunduqda PODRATÇI, SUBPODRATÇICININ İcra Təminatını və hazırki müqavilə dəyərinin 10% miqdarında cərimə məbləğini tutmaq səlahiyyətinə malikdir.
Müqavilənin ləğvi nəticəsində icra olunmayan işləri PODRATÇI öz işçi qüvvəsi ilə vəya DİGƏR SUBPODRATÇILAR vasitəsi ilə icra etdirə bilər. Müqavilənin ləğvi nəticəsində SUBPODRATÇININ öhdəliyində olan işlərin icrası PODRATÇI tərəfindən DİGƏR SUBPODRATÇILARA həvalə edildiyi təqdirdə DİGƏR SUBPODRATÇILARIN gördüyü işlər nəticəsində PODRATÇIYA dəyən bütün zərər və xərclərdən SUBPODRATÇI məsuliyyət daşıyır.

İşlərin vaxtında icra olunması məqsədi ilə PODRATÇI vəya işlərin icrası üçün PODRATÇI tərəfindən təyin edilən DİGƏR SUBPODRATÇILAR SUBPODRATÇININ tikinti sahəsində mövcud olduğu avadanlıqlardan, mallardan, təchizatlardan və müvəqqəti tikililərdən istifadə etmək hüququna malikdirlər.

PODRATÇI SUBPODRATÇININ tikinti meydançasındakı müvəqqəti anbarlarını, sexlərini, mallarını, cihaz və avadanlıqlarını satıb SUBPODRATÇININ bu Müqavilə əhatəsindəki ödənişləri əvəzinə istifadə edə bilər. SUBPODRATÇI PODRATÇININ tikinti meydançasındakı işlərinə maneəçilik törətməyəcəyinə (məhkəmə qərarıyla əmlakına həbs qoydura bilməz) vəya heç bir halda ləngitməyəciyinə dair öhdəlik götürür.

Yuxarıda qeyd edilən səbəblərdən SUBPODRATÇININ işlərinə xitam verildikdə PODRATÇI tərəfindən SUBPODRATÇIYA ödənilməsi nəzərdə tutulan muzd SİFARİŞÇİ və PODRATÇI arasında keçirilən Yekun Qəbulun sonuna qədər və müqavilə xitamı nəticəsində PODRATÇIYA dəyən zərərin məbləğin müəyyənləşdirilməsinə qədər ödənilməməlidir.


Aparılan yoxlamalar nəticəsində SUBPODRATÇIYA ödənilməli vəsaitin məbləği müəyyən edildikdən sonra həmin vəsaitdən PODRATÇININ xərcləri və bu Müqavilənin şərtləri ilə müəyyən edilən cərimələr, zərərin kompensasiyası və dəbbə pulun məbləğləri çıxıldıqdan sonra SUBPODRATÇIYA ödənilməlidir.

SUBPODRATÇININ ödəməli olduğu cərimələrin, kompensasiyaların və dəbbə pulun məbləğləri ona ödənilməli muzdun məbləğindən artıq olduqda həmin məbləğ SUBPODRATÇININ PODRATÇIYA olan borcu kimi qəbul edilir və PODRATÇININ tələbi əsasında dərhal SUBPODRATÇI tərəfindən odənilməlidir.

PODRATÇININ bu bəndlərdən irəli gələn hüquqlarından istifadə etməsi onu bu Müqavilə şərtlərindən irəli gələn digər hüquqlarından istifadə etmək səlahiyyətini məhdudlaşdırmır.





    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin