MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə46/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   39   40   41   42   43   44   45   46   47
New Microsoft Word Document

SUBPODRATÇINİN DİGƏR ÖHDƏLİKLƏRİ


İş yeri və işlərin nəticəsində ortaya çıxan məhsul, avadanlıq/təçhizat, təsisat, mal, tikiliər və s. SUBPODRATÇI tərəfindən qorunmalıdır. Müvəqqəti qəbula qədər işlərin qorunması və nəzarəti SUBPODRATÇIYA aiddir. Müvəqqəti qəbuldan əvvəl PODRATÇI tərəfindən istifadə edilirsə PODRATÇIYA aid olmalıdır.SUBPODRATÇI öhdəsində olan işlərin görülməsi üçün tələb olunan avadanlıq və cihazların ehtiyat hissələrinin siyahısını tərtib etməlidir və PODRATÇIYA təqdim etməlidir.

SUBPODRATÇI, PODRATÇI tərəfindən ona verilən bütün malları göstərilən yerdə imzalı aktla təhvil almalıdır və PODRATÇININ səlahiyyətli nümayəndəsinin göstərəcəyi yerdə saxlamalıdır. SUBPODRATÇI öz iş alətlərini və mallarını İnşaat Sahəsində qeyri-müəyyən yerlərdə saxlamamalıdır.


SUBPODRATÇI dövlət idarə və təşkilatlarına, fiziki və hüquqi şəxslərə aid gizli və aşkar rabitə, siqnalizasiya, yüksək gərginlikli elektrik xəttləri, yol, park sahəsi, səki və digər tikililərin və əmlakın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşıyır. SUBPODRATÇI’nın bununla əlaqədar mövcud qaydalara riayət etməməsi nəticəsində tikililərə dəyən zərər və ziyana görə SUBPODRATÇI məsuliyyət daşıyır və hər hansı problem yarandıqda dərhal əlaqədar təşkilatlara, şəxslərə və PODRATÇIya məlumat verməlidir. SUBPODRATÇI birbaşa və ya başqa səbəblər göstərərək yuxarıda qeyd edilən öhdəliklərini yerinə yetirmədikdə, səhlənkarlıq vəya diqqətsizlik səbəbindən əmlaka toxunacaq zərərin əvəzini ən azı ilkin vəziyyətə qaytarmaq üçün kompensasiya etməyi öhdəsinə götürür.


SUBPODRATÇI podratın icrasına cəlb etdiyi bütün işçiləri Təhlükəsizlik Texnikası Qaydaları ilə tanış etməlidir, buna dair işçilərin yazılı iltizamlarını almalıdır, işçilərin həmin Qaydalara riayət edilməsini təmin etməlidir, öz xərci hesabına podrat sahəsində müvafiq normativ-hüquqi aktlar ilə müəyyən edilmiş hər cür təhlükəsizlik tətbirlərini almalıdır və bütün bunlara görə maddi və mənəvi məsuliyyəti daşımalıdır.

SUBPODRATÇI PODRATÇININ təşkil etdiyi əlaqələndirmə iclaslarında iştirak etməyi və işləri haqqında PODRATÇI tərəfindən müəyyən edilən forma və qaydalara uyğun hesabat verməyi öhdəsinə götürmüşdür.

SUBPODRATÇI PODRATÇIDAN ödəniş tələb etmədən inşaat işlərinin özünün səhvi nəticəsində zərər görən hissəsini layihəyə uyğun olaraq yenidən işləməlidir.


Özünün səhvindən irəli gəlməyən nöqsanlar və zərərlər baş verdikdə SUBPODRATÇI sığorta təşkilatı tərəfindən ona ödənilən məbləğdən artıq PODRATÇIDAN heç bir əlavə ödəniş tələb etməməlidir.
İşin gedişatında PODRATÇI tərəfindən tələb edilən gündəlik və aylıq hesabatların, keyfiyyətin yoxlanılmasına dair hesabatların verilməsi təsdiqlənməsi SUBPODRATÇInın öhdəliyindədir.
PODRATÇI tərəfindən müəyyən edilmiş keyfiyyətin yoxlanılması qaydaları çərçivəsində testlərin keçirilməsi və bu testlərin xərcləri SUBPODRATÇI nın öhdəliyindədir.
SUBPODRATÇI yerinə yetirdiyi işlər ilə əlaqədar olaraq tələb edilən icazələrin alınması üçün tələb edilən sənədləri PODRATÇIYA təqdim etməlidir, dövlət idarələri tərəfindən aparılan qəbul işlərində iştirak etməlidir və icra etdiyi işlərlə əlaqədar olan testlərin keçirilməsini təşkil etməlidir.

İcra edilən işlərin nəticəsində yaranan tikinti və məişət tullantıları SUBPODRATÇI tərəfindən Azərbaycan Respublikası qanun və standartlarına uyğun olaraq tikinti meydançasından əlavə ödəniş tələb etmədən bu müqavilə qiymətləri daxilində çıxarılmalıdır.


Bu müqavilənin predmetini təşkil edən işlərin icrası bitdikdən sonra SUBPODRATÇI verilən müddət ərzində ona aid malları, avadanlıq və qürğuları Tikinti meydançasından çıxarmalıdır və Tikinti meydançasını PODRATÇIYA təmiz vəziyyətdə təhvil verməlidir. Tikinti tullantıları ətrafa yayılmamalıdır. Tullantıların PODRATÇI tərəfindən müəyyən edilməyən yerlərə yığılması və yayılması nəticəsində 3. şəxlərə dəyən zərərlərdən SUBPODRATÇI məsuliyyət daşıyır.



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin