İmtina və Dəyişikliklər
Bu Müqaviləyə əlavə və dəyişikliklər (düzəlişlər) “Qoşma”da qeyd edilir və hazırkı Müqavilə üçün nəzərdə tutulmuş qaydada tərəflərin təsdiqi ilə hüquqi qüvvəyə minir.
Protokollar və əlavələr, bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edilir və Müqavilə ilə onların arasında yaranan ziddiyyətlər bu Müqavilənin 13.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada həll edilir.
PODRATÇI bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini üçüncü şəxslərə həvalə edə bilməz.
Bu Müqavilənin ayrı-ayrı bəndləri qanunvericiliyə zidd olduqda, etibarsız elan edildikdə vəya hər hansı digər səbəbdən tətbiqi mümkün olmadıqda bu hallar Müqavilənin digər maddələrinə şamil edilməyəcək. Bu səbəbdən tərəflər arasında yaranan narazılıqlar bu müqavilənin 13.2. bəndinə əsasən həll edilməlidir.
PODRATÇININ hazırki Müqavilədən əmələ gələn hüquqlarından qismən və ya tamamilə istifadə etməməsi onu, bu hüquqlardan imtina etməsi mənasını daşımır.
Dostları ilə paylaş: |