Təqdim edilən işdə məsələnin həll alqoritmi işlənmişdir.Bu alqoritm aşağıdakı addımlardan ibarətdir:
- tranzaktların generasiyası;
- verilmiş ehtimalla 2-ci rəfə keçilməsi;
- alətlərin 1-ci rəfdə axtarış vaxtının modelləşdirilməsi;
- verilmiş ehtimalla qeydiyyata yaxınlaşma;
- alətlərin 2-ci rəfdə axtarış vaxtının modelləşdirilməsi;
- anbara növbəyə giriş;
- anbarda növbədə anbarın boşalmasını gözləmək;
- anbarda növbədən çıxmaq;
- götrülən alətlərin qeydiyyat vaxtının müəyyənləşdirilməsi;
- anbarın azad edilməsi;
- tranzaktın anbardan çıxışı;
- növbə ərzində anbarın iş vaxtının modelləşdirilməsi;
- anbarın iş vaxtının 1dəq azaldılması.
İşlənmiş alqoritm əsasında növbə ərzində sistemin əsas xarakteristikalarının nəticələrinin alınması prosesi baş verir.
Bu alqoritm əsasında GPSS(General purpose simulation system) modelləşdirmə dilində aşağıdakı sxem üzrə (şək.1) proqram tərtib edilmişdir.
Şək.1. GPSS model alqoritminin sxematik təsviri
GPSS model alqoritminin sxematik təsvirindən göründüyü kimi burada tranzaktların generasiyası, verilmiş ehtimallrla rəflərə keçilməsi, alətlərin rəflərdə axtarış vaxtının modelləşdirilməsi,verilmiş ehtimalla qeydiyyata yaxınlaşma, anbara növbəyə giriş, anbarda növbədə anbarın boşalmasını gözləmək, anbarda növbədən çıxmaq, götrülən alətlərin qeydiyyat vaxtının müəyyənləşdirilməsi,anbarın azad edilməsi, tranzaktın anbardan çıxışı,növbə ərzində anbarın iş vaxtının modelləşdirilməsi, anbarın iş vaxtının 1dəq azaldılması yolu ilə xidmətin başa çatmasının yoxlanılması baş verir.Əgər model vaxtı,yəni tamamlanma sayğacı bitmişsə standart hesabatda sistemin əsas xarakteristikaları nəticə kimi çıxışa verilir. Qeyd etmək lazımdır ki, modelin başlanğıc vaxtı – 0.000,modelin son vaxtıı isə – 480.000-yə bərabərdir.
Dostları ilə paylaş: |