Bu bölmədə model alqoritmindən göründüyü kimi tranzaktların generasiyası, verilmiş ehtimallarla rəflərə keçilməsi, alətlərin rəflərdə axtarış vaxtının modelləşdirilməsi,verilmiş ehtimalla qeydiyyata yaxınlaşma, anbara növbəyə giriş, anbarda növbədə anbarın boşalmasını gözləmək, anbarda növbədən çıxmaq, götrülən alətlərin qeydiyyat vaxtının müəyyənləşdirilməsi,anbarın azad edilməsi, tranzaktın anbardan çıxışı,növbə ərzində anbarın iş vaxtının modelləşdirilməsi, anbarın iş vaxtının 1dəq azaldılması yolu ilə xidmətin başa çatmasının yoxlanılması baş verir.Əgər model vaxtı,yəni tamamlanma sayğacı bitmişsə standart hesabatda sistemin əsas xarakteristikaları nəticə kimi çıxışa verilməlidir.
FƏSİL 3. İstehsal müəssisələrində logistika məsələsinin modelinin işlənməsi 3.1. İstehsal müəssisələrində logistika məsələsinin modelinin yazılışı
İndi isə qoyulmuş məsələnin həlli alqoritmi əsasında GPSS-də modelini yazaq.
“Fəhlə anbarının” modelleshdirmesi sistemi
1-ci Rəfdən alətlərin götürülmə sayının təyini
INST1 FUNCTION RN1,D5
0.2,2/0.4,3/0.6,4/0.8,5/1,6
Burada , RN1 random funksiyanın adı,D5-isə Determinik cütlüklərin sayının 5 olduğunu göstərir.
2-ci Rəfdən alətlərin götürülmə sayının təyini
INST2 FUNCTION RN2,D3
0.33,1/0.66,2/1,3
Burada , RN2 random funksiyanın adı,D3-isə Determinik cütlüklərin sayının 3 olduğunu göstərir.
Götürülən alətlərin qeyd etmə vaxtının təyini aşağıdakı əməliyyatla təyin olunur.
T_OBSL FVARIABLE (FN$INST1+FN$INST2)#1.2
Bu komandalar vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirək.
GENERATE 8,2
Generate makro komandası ilə modelin girişinə məlumatlar daxil olur. Burada , 8,2 onu göstərirki fəhlənin anbardan alət götürmək üçün gəlmə interval 6-10 dəqiqədir.
TRANSFER .355,,STEL2
Transfer makro komandası verilmiş ehtimalla ikinci obyekte kecidi göstərir. Bizim misalda bu 0.355-dir.
ADVANCE 10,4
Birinci rəfdə alətin axtarılması vaxtının modelləşdirilməsi Advance makro komandası ilə yerinə yetirilir. Bizim nümunədə bu vaxt intervalı 6-14 dəqiqə təyin edilmişdir.
STEL2 TRANSFER .221,,KLAD
Stel2 Transfer makro komandası ilə ikinci obyekte keçid ehtimalını təyin edir.
Burada 0.221 verilmiş ehtimalla qeydiyyatçıya yaxınlaşma ehtimalını təyin edir.
ADVANCE 12,2
İkinci rəfdə alətin axtarılması vaxtının modelləşdirilməsi Advance makro komandası ilə yerinə yetirilir. Bizim nümunədə bu vaxt intervalı 10-14 dəqiqə təyin edilmişdir.
KLAD QUEUE UCHET
Queue makro komandası növbəyə daxil olmanı təyin edir. Bizim nümunədə növbənin adı UCHET-dir .
SEIZE CLAD
Qurğunun boşalmasınını gözləmək SEİZE makro komandası ilə təyin edilir.Biziçm misalda qurğunun adı CLAD təyin edilmişdir.
DEPART UCHET
DEPART makro komandası ilə növbədən çıxma üçün istifadə edilir .
ADVANCE V$T_OBSL
Götürülmüş alətin qeyd edilmə vaxtının modelləşdirilməsi.
RELEASE CLAD
Release makro komandası ilə Clad qurğusundan çıxma əmri yerinə yetirilir.
TERMINATE
Terminate makro komandası isə fəhlənin anbarı tərk etməsini yerinə yetirir.
GENERATE 480
Növbə ərzində anbarın iş vaxtının modelləşdirilməsi GENERATE makro komandası ilə yerinə yetirilir .
TERMINATE 1
Terminate 1 o deməkdirki anbarın iş vaxtından hər dəfə 1 dəqiqə çıxılır.
START 1
Dostları ilə paylaş: |